Bu gün UEFA Avropa Liqasında üçüncü təsnifat mərhələsi başa çatacaq.Növbəti oyun günündə daha altı cavab qarşılaşması keçiriləcək.Saat 20:00-da başlayacaq ilk oyun HİK (Helsinki, Finlandiya) və “Maribor” (Sloveniya) komandaları arasında təşkil olunacaq (ilk oyun - 2:0). Türkiyənin “Fənərbağça” komandası Çexiyada “Slovaçko” klubunun qonağı olacaq. “Sarı-lacivərdlilər” İstanbuldakı ilk matçda rəqib komanda üzərində 3:0 hesablı qələbə qazanıblar. “Sürix” (İsveçrə) öz meydanında “Linfild”i (Şimali İrlandiya, ilk oyun - 2:0) qəbul edəcək. Hər iki görüş saat 21:00-da start götürəcək.Günün saat 22:00-da başlayacaq digər oyununda “Düdelanj” (Lüksemburq) və “Malmö” (İsveç, ilk oyun - 0:3) klubları qarşılaşacaq. Bu oyundan yarım saat sonra “Slovan” (Bratislava, Slovakiya) və “Olimpiakos” (Yunanıstan, ilk oyun - 1:1) görüşü başlayacaq.Saat 23:00-də start veriləcək “Partizan” (Serbiya) - AEK (Larnaka, Kipr, ilk oyun - 1:2) qarşılaşması ilə Avroliqanın ikinci oyun gününə yekun vurulacaq.Qeyd edək ki, bundan əvvəl Şimali Makedoniyada “Şkupi”yə 2:1 hesabı ilə qalib gələn İrlandiyanın “Şemrok Rovers” klubu adını pley-off mərhələsinə yazdırıb. Qonaq komanda ilk matçı da qələbə ilə başa vurub - 3:1.Xatırladaq ki, pley-off mərhələsinin matçları avqustun 18-də və 25-də keçiriləcək.xeber100.com