Azərbaycan Cüdo Federasiyasının məlumatına görə…

Azərbaycanda cüdonun 50 illiyi münasibətilə keçirilən tədbirlər çərçivəsində Zaqatala şəhərində cüdo üzrə ustad dərsi təşkil edilib.Azərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat xidmətindən bildiriblər ki, ACF və Zaqatala Rayonu Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi tədbirdə Zaqataladan olan cüdoçularla yanaşı Şəki, Qəbələ, Qax, Balakən rayonlarından gələn idmançılar da iştirak ediblər.Böyük marağa səbəb olan tədbiri giriş sözü ilə açan ACF prezidentinin müşaviri Natiq Bağırov bildirib ki, Azərbaycanda cüdonun kütləviləşdirilməsi ilə gənc nəslin fiziki və mənəvi sağlamlığına töhfə vermək federasiyanın əsas məqsədlərindən biridir. Eyni zamanda N.Bağırov Azərbaycanda cüdonun inkişafına xüsusi diqqət yetirildiyini qeyd edib və bölgələrdə, o cümlədən Zaqatala rayonunda ACF tərəfindən cüdo idman növü üzrə maddi-texniki bazanın inkişaf etdirilməsi ilə bağlı planlaşdırılan işlər barədə məlumat verib.Daha sonra ustad dərsi çərçivəsində dünya mükafatçısı Natiq Bağırov və V İslam Həmrəyliyi Oyunlarının komanda yarışlarının qızıl medalçısı İbrahim Əliyev müxtəlif cüdo fəndlərinin yerinə yetirilməsini yeniyetmə və gənc cüdoçulara, həmçinin Zaqatala şəhərinin sakinlərinə nümayiş etdiriblər. Tədbirdə cüdonun fəlsəfəsi, mahiyyəti və kəmər bağlamaq qaydaları haqqında geniş məlumat verilib. Praktik cüdo fəndlərinə maraq göstərən Zaqatala sakinləri, uşaqlar və yeniyetmələr tatamiyə dəvət ediliblər və onlar müxtəlif fəndləri yerinə yetirməyə çalışıblar.Tədbir zamanı iştirakçılar üçün viktorinalar təşkil olunub, cüdo idman növü üzrə müxtəlif suallar verilib və düzgün cavab verən şəxslərə hədiyyələr təqdim olunub.Xatırladaq ki, bundan əvvəl Azərbaycan Cüdo Federasiyası ölkəmizdə cüdonun 50 illiyi ilə bağlı keçirilən tədbirlər çərçivəsində Gəncə şəhərində də ustad dərsi təşkil edib. Yaxın gələcəkdə ölkəmizin digər şəhər və regionlarında da analoji tədbirlərin həyata keçirilməsi planlaşdırılır.xeber100.com

Avqust 22, 2022 12:42

Azərbaycan Boks Federasiyasının məlumatına görə…

Türkiyənin Ərzurum şəhərində məktəbli oğlan və qız boksçular arasında Avropa birinciliyində 1/4 final mərhələsi başa çatıb.Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən  bildiriblər ki, 28 ölkədən 378 idmançının qatıldığı yarışda Azərbaycan millisinin daha iki idmançısı yarımfinalda iştirak hüququ qazanıb.Yığma üzvü Sübhan Babayev (44 kq) Emanuel Kioabadan (Rumıniya) sonra gürcüstanlı Tsotne Muntçavadan da güclü olub. O, bu görüşü vaxtından əvvəl hesabına yazıb. Boksçumuz ikinci raundda tam üstünlüklə qələbə qazanıb. Bununla özü üçün ən azı bürünc medalı təmin edən Babayev 1/2 finalda Georgi Ralfla (İngiltərə) üz-üzə gələcək.Bağır Əlimxanlı (46 kq) Oskaras Pliauqanı (Litva) mübarizədən kənarlaşdırdıqdan sonra 1/4 finalda ukraynalı Starik İllya ilə qarşılaşıb. O, rəqibini 5:0 (30:27, 30:27, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub edib. Artıq özü üçün bürünc medalı təmin edən Əlimxanlı yarımfinalda Mixael Xamesi (İngiltərə) sınağa çəkəcək.Əli Məmişov (70 kq) isə adını finala yazdırıb. Orestas Staponkus (Litva) və Niko Qoretaya (Xorvatiya) qalib gələn idmançı yarımfinalda yunanıstanlı Nikalaos Bliatzeni də məğlub edib. Təmsilçimiz 3:2 (28:29, 29:28, 29:28, 29:28, 27:30) hesablı qələbə sayəsində həlledici görüşə yüksəlib. O, çempionluq uğrunda Giorgi Biqvava (Gürcüstan) ilə qüvvəsini sınayacaq.Onlardan fərqli, Kənan Aslanlı (60 kq) və İsmayıl Vəliyev (63 kq) medalın bir addımlığında büdrəyib.Qeyd edək ki, daha öncə Banuçiçək Nəsirli (44 kq) də Avropa birinciliyinin yarımfinalında iştirak hüququ qazanıb. Birincilikdə qaliblər avqustun 20-də bəlli olacaq.xeber100.com  

Avqust 18, 2022 7:10