Yunan-Roma və qadın güləşi üzrə Azərbaycan yığmalarının bu il 16-24 sentyabr tarixlərində Serbiyanın paytaxtı Belqradda keçiriləcək dünya çempionatı üçün ilkin heyəti açıqlanıb.
Dünya Güləş Birliyinin rəsmi saytı xəbər verir ki, ölkəmiz nüfuzlu yarışda iki növ üzrə ümumilikdə 16 idmançı ilə təmsil olunacaq.
Kişilərin mübarizəsində Eldəniz Əzizli (55 kiloqram), Nihad Məmmədli (60 kiloqram), Murad Məmmədov (63 kiloqram), Həsrət Cəfərov (67 kiloqram), Ülvü Qənizadə (72 kiloqram), Sənan Süleymanov (77 kiloqram), Rafiq Hüseynov (82 kiloqram), İslam Abbasov (87 kiloqram), Arif Niftullayev (97 kiloqram) və Beka Kandelaki (130 kiloqram) qüvvəsini sınayacaq.
Qadınların yarışında isə Mariya Stadnik (50 kiloqram), Elnurə Məmmədova (53 kiloqram), Jalə Əliyeva (57 kiloqram), Alyona Kolesnik (59 kiloqram), Elis Manolova (62 kiloqram) və Birgül Soltanova (65 kiloqram) mübarizə aparacaq.
Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan dünya çempionatında iştirak edəcək sərbəst güləşçilərin heyəti hələlik açıqlanmayıb.xeber100.com