Milli komandalar arasında baş tutan yoldaşlıq görüşü başa çatıb

10 Sentyabr 2023 11:08

Xəbər 60 dəfə oxunub

Almaniya və Yaponiyanın futbol milli komandaları arasında baş tutan yoldaşlıq görüşü birincinin böyükhesablı məğlubiyyəti ilə başa çatıb. Matç Almaniyanın Volfsburq şəhərindəki “Folksvagen Arena”da baş tutub.

Asiyalılar artıq 11-ci dəqiqədə Dzüni İtonun sayəsində hesabı açıblar. 8 dəqiqə sonra Leroy Zane status-kvonu bərpa etsə də, bu almaniyalıların oyunda sonuncu qolu olub. Cəmi üç dəqiqə sonra qonaqlar fərqlənə biliblər: Ayase Ueda fərqlənə bilib. Matçın sonunda dördqat dünya çempionları qapılarından daha iki top buraxıblar. Takuma Asano və Ao Tanaka hərəyə bir qol vurublar.

Beləliklə, yoldaşlıq görüşü Yaponiyanın səfərdə Almaniya yığması üzərində 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, sözügedən yığmalar arasında sonuncu görüş 2022-ci ildə Qətərdəki dünya çempionatında olub. Həmin matçda da Uzaq Şərq təmsilçisi üstün olub – 2:1.xeber100.com

Bakıda keçiriləcək cüdo üzrə Böyük Dəbilqə turnirinin püşkü atılıb

Sentyabrın 22-24-də Bakıda keçiriləcək cüdo üzrə Böyük Dəbilqə turnirinin püşkü atılıb. Azərbaycan idmançılarının da ilk rəqibləri bəlli olub. 60 kq Balabəy Ağayev - Lukhumi Çkvimiani (Gürcüstan) Əhməd Yusifov - Jorre Verstraeten (Belçika) Rövşən Əliyev - Lior Rafailov (İsrail) Nazir Talıbov - Giorgi Sardalaşvili (Gürcüstan) 66 kq Qasım Vəlizadə - Antoni De Angelis (Latviya) Yaşar Nəcəfov - Yermek Amangeldi (Qazaxıstan) Rəşad Yelkiyev - Lukas Saha (Finlandiya)/Yanislav Gerçev (Bolqarıstan) cütünün qalibi Ruslan Paşayev - Tal Fliçer (İsrail) 73 kq Hidayət Heydərov - Askar Narkulov (Qazaxıstan) Telman Vəliyev - Faye Njie (Qambiya) Nurlan Osmanov - Dioqo Sesar (Qvineya Bissau) Rəşid Məmmədəliyev - Benjamin Axus (Fransa) 81 kq Məmmədrza Hacızadə - Arnaud Areqba (Fransa)/Məhəmməd Rebahi (Qətər) cütünün qalibi Elcan Şəfiyev - Antonio Espozito (İtaliya)/Hrafn Arnarsson (İslandiya) cütünün qalibi Zelim Tçkayev - Aleks Barto (Slovakiya) Məhərrəm İmamverdiyev - Aibol Nussanali (Qazaxıstan) 90 kq Murad Fətiyev - Srcan Mrvalyeviç (Monteneqro) Elcan Hacıyev - Aleksandr Sidoruk (İJF) Əjdər Bağırov - Yermakhan Anuarbekov (Qazaxıstan) Musa Hüseynli - Yahor Varapayev (İJF)/Aleks Kret (Rumıniya) cütünün qalibi 100 kq Ruslan Nəsirli - Zlatko Kumriç (Xorvatiya) Zelim Kotsoyev - Matias Madsen (Danimarka) +100 kq İmran Yusifov - Kamzat Saparbayev (Fransa) Rəşid Məmmədəliyev - Juscelino Nasimento (Braziliya) Uşangi Kokauri - Karl Stefansson (İslandiya)/Joao Kesarino (Braziliya) Ramazan Əhmədov - Tamerlan Başayev (İJF) Qadınlar 48 kq Ramilə Əliyeva - Marusa Stanqar (Sloveniya) Şəfəq Həmidova - Meri de Varqas (Çili) Leyla Əliyeva - Tamar Malca (İsrail) 52 kq Gültac Məmmədəliyeva - Joana Dioqo (Portuqaliya) 57 kq Nərgiz Hacıyeva - Timna Nelson Levi (İsrail) 70 kq Günel Həsənli - Eliza Vroblevska (Polşa) Südabə Ağayeva - Darya Kramoykina (İJF) Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında təşkil olunacaq.xeber100.com

Sentyabr 21, 2023 14:36