05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. İqtisadiyyat

Manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb

Avqustun 27-də Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.Bankdan Azərtac-a bildirilib ki, hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.xeber100.com

Avqust 27, 2019 1:53

İçməli suyun verilməsində məhdudiyyətlər olacaq

“+ 98 Qaraçuxur” su anbarında aparılan yenidənqurma işləri ilə əlaqədar avqustun 26-da gün ərzində Qaraçuxur və Suraxanı qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.Azərtac xəbər verir ki, bu barədə “Azərsu” ASC-dən məlumat verilib.xeber100.com

Avqust 26, 2019 2:03

Mərkəzi Bank depozit hərracının nəticələrini açıqlayıb

Mərkəzi Bank vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələrini açıqlayıb.Bankdan Azərtac-a bildirilib ki, avqustun 26-da Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 721,3 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,26 faiz təşkil edib.xeber100.com

Avqust 26, 2019 1:58

Müstəqil Dövlətlər Birliyi rəhbərlərinin iclası keçirilib

Düşənbədə Müstəqil Dövlətlər Birliyi (MDB) vergi (maliyyə) orqanları rəhbərlərinin Əlaqələndirmə Şurasının iclası keçirilib.Azərtac xəbər verir ki, iclasda Tacikistandan başqa Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Ukrayna, Moldova, Özbəkistan və Ermənistanın nümayəndələri iştirak edib.Tədbirdə MDB ölkələrində iqtisadi təhlükəsizliyin təmin olunması, gələcəkdə iqtisadi inteqrasiya sahəsində əlaqələrin möhkəmləndirilməsi və təkmilləşdirilməsi, maliyyə-kredit sahələrindəki cinayətkarlıqla mübarizə və digər məsələlər müzakirə olunub.Nümayəndələr MDB ölkələrində bu sahədə milli qanunvericiliyin təkmilləşdirilməsi, müqavilə-hüquq bazasının möhkəmləndirilməsi istiqamətində də fikir mübadiləsi aparıblar.xeber100.com

Avqust 25, 2019 11:01

“Azəriqaz” qeyri-iş günlərində xidmət göstərəcək

Bakı şəhərində mövcud qaz sayğaclarının kütləvi olaraq yeni nəsil smart-kart tipli sayğaclarla əvəzlənməsi səbəbindən “Azəriqaz” İB-nin işçilərinin qeyri-iş günlərində xidmət göstərmələri zərurəti yaranıb.“Azəriqaz” İB-dən Azərtac-a bildirilib ki, artan abonent müraciətlərini operativ və qüsursuz cavablandırmaq üçün Birliyin ixtisaslı kadrlarının şənbə və bazar günləri işə çıxması təmin olunub. Onlar növbəli qrafiklə bu gün və sabah həm “Azəriqaz” İB-nin Bakı Regional Qazın Satışı Departamentinin inzibati binasında, həm də Maştağa, Xırdalan və Mərdəkan xidmət sahələrində əsasən yeni nəsil smart kartların verilməsi istiqamətində operativ xidmət göstərəcəklər.xeber100.com

Avqust 24, 2019 10:12

“WordPress”in avtomatik yenilənmə siyasəti barədə xəbərdarlıq yayılıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi “WordPress”in avtomatik yenilənmə siyasəti barədə xəbərdarlıq yayıb.Mərkəzdən Azərtac-a bildirilib ki, “WordPress” komandası “WordPress”in v3.7-v4.6 versiyaları üçün bütün “WordPress” saytlarının təxminən 11,7 faizinə təsir edən təhlükəsizlik problemlərini həll etmək məqsədilə yeni avtomatik yenilənmə siyasətini təqdim edəcək.Qeyd edək ki, hazırda ən köhnə təhlükəsiz versiya v4.7-dir. Daha köhnə versiyalar zərərli skriptlərin inyeksiyası kimi bir çox zəifliyə həssasdır.“WordPress” v3.7-ni əvvəlcə minimum dəstəklənən versiya olan v4.7-yə qədər, daha sonra v3.8-dən v4.6-ya qədər avtomatik yeniləməyi hədəfləyir. Sayt sahiblərinə bu avtomatik yeniləmə siyasətindən imtina etmək və ya öz saytlarını mexaniki şəkildə yeniləmək seçimi veriləcək.Əgər veb-sayt avtomatik olaraq yenilənməzsə, proses geri qayıdır və sayt sahibi “WordPress”dən ən son versiyanı mexaniki yeniləməsi barədə məlumat verən elektron məktub alacaq.xeber100.com  

Avqust 24, 2019 10:09

Dubay-Bakı-Dubay aviareysi ləğv edilib

Avqustun 23-də həyata keçirilməli olan Dubay-Bakı-Dubay aviareysi ləğv edilib.Azərtac Heydər Əliyev Beynəlxalq Aeroportunun onlayn tablosuna istinadla xəbər verir ki, “FlyDubai” aviaşirkətinin yerli vaxtla saat 11:00-da “FZ 709” saylı Dubaydan Bakıya uçuşu ləğv olunub.Həmçinin bu gün Bakıya həyata keçirilməsi nəzərdə tutulan reys ləğv olunduğundan aviaşirkətin 12:00-da Bakıdan Dubay istiqamətində “FZ 710” saylı reysi də ləğv edilib. Aviareyslər “Boeing 737-800” təyyarəsi ilə həyata keçirilməli idi.Dubay-Bakı-Dubay aviareysinin hansı səbəbdən ləğv edildiyi məlum deyil.xeber100.com

Avqust 23, 2019 2:54

AZPROMO sahibkarlara müraciət edib

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) sahibkarlara müraciət edib.AZPROMO-dan Azərtac-a bildirilib ki, noyabrın 20-23-də Rusiyanın Başqırdıstan Respublikasının Ufa şəhərində IV “Bizim Brend” Festivalı keçiriləcək. Ölkəmizdə fəaliyyət göstərən sahibkarlar və iş adamları festivalda iştiraka dəvət olunurlar.xeber100.com

Avqust 23, 2019 2:50

“Brent” markalı neftin qiyməti ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti ucuzlaşıb.Azərtac xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,17 dollar ucuzlaşaraq 60,13 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,13 dollar azalaraq 55,55 dollar təşkil edib.xeber100.com

Avqust 22, 2019 10:32

Bakı Nəqliyyat Agentliyinin məlumatına görə…

Bir qədər əvvəl Ziya Bünyadov prospektinin Atatürk prospekti ilə kəsişməsində (“20 Yanvar” dairəsi istiqaməti) yol-nəqliyyat hadisəsi baş verib.Bakı Nəqliyyat Agentliyindən Azərtac-a bildirilib ki, buna görə də, hazırda hadisənin baş verdiyi ərazidə nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur.xeber100.com

Avqust 22, 2019 10:30
    Page 103 of 380« First«...102030...101102103104105...110120130...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az