28 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İqtisadiyyat

Dövlət Statistika Komitəsinin məlumatına görə…

İyulun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 faiz artaraq 1 milyon 613,7 min nəfər olub.Dövlət Statistika Komitəsindən Azərtac-a bildirilib ki, onlardan 903,4 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 710,3 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.Muzdla işləyənlərin 20,6 faizi təhsil, 18,0 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 13,2 faizi sənaye, 8,3 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,5 faizi tikinti, 6,9 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6 faizi maliyyə və sığorta fəaliyyəti, 12,6 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.xeber100.com

Avqust 8, 2019 2:56

IV Beynəlxalq Bankçılıq Forumu keçiriləcək

Noyabrın 6-7-də Bakıda IV Beynəlxalq Bankçılıq Forumu keçiriləcək.Azərtac xəbər verir ki, Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə keçiriləcək forumda Azərbaycanın bank sektorunun mövcud vəziyyəti və perspektivləri müzakirə olunacaq.Qeyd edək ki, III Beynəlxalq Bankçılıq Forumu ötən il noyabrın 15-16-da keçirilib.xeber100.com  

Avqust 8, 2019 2:53

Dünya birjalarında neftin qiyməti azalıb

Azərbaycan neftinin qiyməti ucuzlaşıb.Azərtac xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,63 dollar azalaraq 62,32 dollar olub.Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.xeber100.com

Avqust 7, 2019 12:48

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin məlumatı

Hazırda Xəzər dənizi akvatoriyasında müşahidə edilən və avqustun 8-dək davam edəcəyi proqnozlaşdırılan küləkli hava şəraiti ilə əlaqədar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) donanmasına aid Xəzərdə üzən bütün gəmilərə xəbərdarlıq göndərilib.ASCO-dan Azərtac-a bildirilib ki, xəbərdarlıqda hava şəraiti ilə əlaqədar gəmilərdə qabaqlayıcı təhlükəsizlik tədbirlərinin görülməsi, gəmilərin təhlükəsiz sığınacaqlara getməsinin təmin olunması bildirilib. Küləkli havanın müşahidə olunacağı tarixlərdə limanlarda və lövbərlərdə dayanan gəmilərin kapitan və baş mexaniklərinə mütləq şəkildə gəmidə olmaları və gəmilərin təhlükəsiz dayanmasını təmin etmələri tapşırılıb.Bundan başqa, qeyd olunub ki, səfərə çıxacaq və dənizdə hərəkətdə olan gəmilər gözlənilən hava şəraitini nəzərə alaraq sığınacaqlara getmələrini qabaqcadan planlaşdırsınlar.xeber100.com

Avqust 5, 2019 7:11

“Azərbaycan Dəmir Yolları” QSC-da gücləndirilmiş iş rejimi tətbiq olunub

“Azərbaycan Dəmir Yolları” QSC-nin kollektivi Qurban bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışır.QSC-dən Azərtac-a bildirilib ki, Cəmiyyətin Sərnişin daşımaları Departamentinin əməkdaşları sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi üçün bütün qüvvələri səfərbər edib.Qurban bayramı günlərində sərnişin sıxlığının artması ilə əlaqədar ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün tələbata uyğun olaraq əlavə vaqonların qoşulması təmin edilir.Bundan əlavə, Qurban bayramı günlərində Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan tələbatı təmin etmək məqsədilə avqustun 10 və 13-də əlavə qatar təyin edilib.Sərnişinlərin nəzərinə çatdırılır ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqonlar qatara qoşulan gün həyata keçirilir.xeber100.com

Avqust 5, 2019 6:43

“Azeri Light” markalı neftin qiyməti ucuzlaşıb

Azərbaycan neftinin qiyməti ucuzlaşır.Azərtac xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,35 dollar ucuzlaşaraq 64,74 dollar təşkil edib.Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.xeber100.com

Avqust 3, 2019 8:57

Neft İxrac Edən Ölkələr Təşkilatı aylıq hesabatını açıqlayacaq

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) aylıq hesabatını avqustun 16-da açıqlayacaq.Azərtac OPEC-ə xəbər verir ki, Qurban bayramı ilə əlaqədar olaraq “Neft bazarı üzrə hesabat” əvvəlcədən elan edilən kimi avqustun 13-də deyil, avqustun 16-da yayımlanacaq.xeber100.com

Avqust 2, 2019 7:13

Manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb

Avqursun 1-də Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.Bankdan Azərtac-a bildirilib ki, hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.xeber100.com

Avqust 1, 2019 12:05

Neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.Azərtac xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,45 dollar artaraq 65,17 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,77 dollar ucuzlaşaraq 57,81 dollar təşkil edib.xeber100.com

Avqust 1, 2019 12:02

“Azəriqaz” İstehsalat Birliyinin məlumatına görə…

Bu gün saat 10:00-dan 17:00-dək Şamaxı şəhərinin 12 kəndində, saat 11:30-dan isə Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Gülçülük yaşayış massivində qaz təchizatı dayandırılıb.“Azəriqaz” İstehsalat Birliyindən Azərtac-a bildirilib ki, qaz təchizatındakı məhdudiyyətlər aşkar olunan qaz sızmalarının ləğvi və xətlərdə sazlama işləri ilə əlaqədardır. Eləcə də saat 09:00-dan Zaqatala rayonunun Hənifə kəndində, saat 09:45-dən Xaçmazdan Quba rayonu istiqamətində olan qaz xəttində, saat 10:30-dan Şəmkir rayonunun Çənlibel, Qasmalılar, Seyidlər və Hacalılar kəndlərini təmin edən orta təzyiqli qaz kəmərində, saat 10:35-dən Xəzər rayonunun Buzovna qəsəbəsində, saat 10:40-dan isə Sabirabad rayonunun 11 kəndində müəyyən işlərin aparılması ilə əlaqədar olaraq qaz təchizatı dayandırılıb.xeber100.com

İyul 30, 2019 9:20
    Page 107 of 381« First«...102030...105106107108109...120130140...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az