Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatına görə…

Azərbaycanda “Sığorta həftəsi” başlayıb.Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) mətbuat xidmətindən Azərtac-a bildirilib ki, Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi” və Nazirlər Kabinetinin 2019-cu il 21 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Sığorta sektorunun inkişaf etdirilməsi üçün görülməli işlərlə bağlı Tədbirlər Planı”nın icrası məqsədilə MBNP-nin təşkilatçılığı ilə iyunun 24-dən ölkəmizdə “Sığorta həftəsi” başlayıb. Həftə çərçivəsində Maliyyə Bazarlarına Nəzarət Palatası, İcbari Sığorta Bürosu, Azərbaycan Sığortaçılar Assosiasiyası və sığorta şirkətlərinin birgə əməkdaşlığı zəminində bu sahədə ictimai savadlılığın artırılması məqsədilə müxtəlif səpkili maarifləndirmə məqsədli görüşlərin və tədbirlərin təşkil edilməsi, eyni zamanda, sayca IX olan “Azərbaycanda sığorta bazarı: trendlər və imkanlar” adlı Beynəlxalq Sığorta Forumu keçirilməsi nəzərdə tutulub.“Sığorta həftəsi”nin ilk günü KİV nümayəndələri üçün sığorta bazarı haqqında maarifləndirici seminar keçirilib. Müzakirə formatında keçirilən təlimdə iştirakçılar sığortanın mahiyyəti, növləri, sığorta riskləri, təkrarsığorta, bazardakı mövcud durum və gələcək layihələr barədə məlumat əldə ediblər. “Sığorta həftəsi”nin növbəti günlərində Bakı və Sumqayıt şəhəri üzrə dövlət qurumlarının və rayon icra hakimiyyətlərinin nümayəndələri ilə, həmçinin bu ərazilərdə fəaliyyət göstərən sahibkarlarla maliyyə bazarlarının dəyər yaradan önəmli sektorlarından biri kimi sığorta mövzusu ətrafında interaktiv təqdimatların keçirilməsi planlaşdırılıb.Bundan əlavə, “Sığorta həftəsi”ndə sektorda fəaliyyət göstərən mütəxəssislər üçün xarici ekspertlər tərəfindən seminar keçiriləcək. Seminarda avtonəqliyyat vasitəsi sığortası üzrə anderraytinq, risk qiymətləndirilməsi, zərər qiymətləndirilməsi üzrə beynəlxalq təcrübə barəsində məlumat veriləcək.xeber100.com

İyun 24, 2019 7:29

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin məlumatı

“Bakı-Məşhəd” müntəzəm sərnişindaşıma marşrutunun açılması və Azərbaycanda qeydiyyatda olan yük nəqliyyat vasitələrinin İran ərazisinə yüksüz daxil olması üçün tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılmasına dair razılığa gəlinib.Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) Azərtac-a bildirilib ki, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında 2002-ci ilin mayında Tehranda imzalanmış “Beynəlxalq avtomobil daşımaları haqqında” Sazişin 13-cü bəndinə əsasən, beynəlxalq avtomobil əlaqələri sahəsində Birgə Komissiyanın növbəti iclası Bakıda keçirilib.Görüşdə Azərbaycan nümayəndə heyətinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov, İran nümayəndə heyətinə Yol və Şəhərsalma Nazirliyinin Yol və avtonəqliyyat departamentinin tranzit və sərhəd-keçid məntəqələri ilə iş üzrə baş idarəsinin rəisi Mənuçehr Salmanzadə rəhbərlik edib. İclasda Azərbaycanla İran arasında beynəlxalq avtomobil daşımaları sahəsində mövcud vəziyyət, ticarət əlaqələri üzrə və hər iki ölkənin avtodaşıyıcıları tərəfindən "İcazə" blanklarının istifadəsi ilə bağlı statistik məlumatların mübadiləsi və kontingenti barədə, yük və sərnişin daşımaları zamanı avtodaşıyıcıların qarşılaşdığı problemlər və onların həlli yolları, cari ildə daşımaların həyata keçirilməsi üçün istifadə olunan "İcazə" blanklarının kvota sayı, daşımaların inkişafı perspektivləri və digər aktual məsələlər müzakirə edilib.Görüş zamanı əldə edilən ən mühüm razılıq "Bakı-Məşhəd" müntəzəm sərnişindaşıma marşrutunun açılması və Azərbaycanda qeydiyyatda olan yük nəqliyyat vasitələrinin İran ərazisinə yüksüz daxil olması üçün tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılması barədə olub.xeber100.com

İyun 18, 2019 5:44