27 İyul 2026 Bazar ertəsi
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İqtisadiyyat

Avtomobil Yolları Dövlət Agentliyi xəbərdarlıq edib

Paytaxtın Məhəmməd Hadi küçəsi, 51 ünvanında (Ukrayna dairəsi yaxınlığı) yolun altından keçən və “Azərsu” ASC-yə məxsus su xəttində yenidən qəza baş verib.Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Azərtac-a bildirilib ki, baş vermiş qəzanın aradan qaldırılması üçün sözügedən qurumun əməkdaşları tərəfindən ərazidə qazıntı işləri aparılır.Sürücülərdən həmin ərazidə diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.xeber100.com

İyun 14, 2019 5:17

Neft İxrac Edən Ölkələr Təşkilatının neft istehsalı azalıb

Mayda Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üzrə sutkalıq xam neft istehsalı azalıb.Azərtac xəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında deyilir. Bildirilir ki, ötən ay OPEC-in neft istehsalı aprel ayı ilə müqayisədə 236 min barrel azalaraq gündəlik 29 milyon 880 min barrel olub. OPEC-in dünya neft hasilatındakı payı isə 30,4 faiz olub.Keçən ay OPEC-ə üzv ölkələrdən neft istehsalını ən çox İraq, Anqola və Qabon artırıb. İraqın sutkalıq hasilatı 94 min barrel çoxalaraq 4 milyon 724 min barrelə çatıb. Anqolada gündəlik istehsal 74 min barrel artaraq 1 milyon 471 min barrel olub. Qabonda isə neft hasilatı 23 min barrel çoxalaraq sutkada 221 min barrelə yüksəlib.Mayda kartelə üzv ölkələrdə neft istehsalı ən çox İran, Nigeriya və Səudiyyə Ərəbistanında azalıb. İranın gündəlik hasilatı 227 min barrel azalaraq 2 milyon 370 min barrelə düşüb. Nigeriyada istehsal 92 min barrel geriləyərək sutkada 1 milyon 733 min barrel təşkil edib. Səudiyyə Ərəbistanında isə hasilat 76 min barrel azalaraq 9 milyon 690 min barrel təşkil edib.Ötən ay dünyada 3 qazma qurğusu fəaliyyətini dayandırıb, 41 qurğu isə işə düşüb, ümumilikdə qurğuların sayı isə 2 min 339 olub. Həmin qurğuların 574-ü OPEC-ə üzv ölkələrdədir.xeber100.com

İyun 13, 2019 8:33

III Milli Mühasiblər Forumu keçirilir

İyunun 12-də Bakıda III Milli Mühasiblər Forumu keçirilir.Azərtac xəbər verir ki, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev ənənəvi keçirilən mühasiblər forumunun əhəmiyyətindən danışıb. Bildirib ki, forumun məqsədi Azərbaycanda mühasibat uçotunun inkişafı, mühasibat uçotu və vergi qanunvericiliyi sahəsində baş verən dəyişikliklər ətrafında müzakirələrin təşkili, bu sferada islahatların dərinləşməsinə yönəlmiş təkliflərin toplanması və beynəlxalq təcrübə üzrə məlumatlılığın artırılmasıdır.Forumda “Mühasibat uçotu sahəsində müasir çağırışlar: milli yanaşmalar və beynəlxalq standartlar paradiqması”, “İrəliyə addım: rəqəmsal mühasibat uçotu və Azərbaycan reallığında auditin təşkili problemləri” və “Qanunvericilikdə edilmiş dəyişikliklərin MÜHASİBAT uçotuna təsirləri” mövzularında məruzələr dinləniləcək.xeber100.com

İyun 12, 2019 11:57

“Light” markalı neftin qiyməti ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti ucuzlaşır.Azərtac xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 1,15 dollar geriləyərək 61,14 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 1,07 dollar ucuzlaşaraq 52,20 dollar təşkil edib.xeber100.com

İyun 12, 2019 11:54

Manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb

İyunun 11-də Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.Bankdan Azərtac Azərtac-a bildirilib ki, hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.xeber100.com

İyun 11, 2019 3:46

Bakı Fond Birjasında hərrac keçiriləcək

İyunun 12-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.BFB-dən Azərtac-a bildirilib ki, hərraca çıxarılan notların həcmi 200 milyon manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gündür. Notlar iyulun 10-da ödəniləcək.Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı 2-dən (1 rəqabətli və 1 qeyri-rəqabətli) çox olmamalıdır. Hərrac zamanı notların buraxılışının 20 faizdən çox olmamaq şərtilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir. Mərkəzi Bankın qısamüddətli notlarının alıcıları yalnız lisenziya əsasında fəaliyyət göstərən yerli banklar ola bilər.xeber100.com

İyun 11, 2019 3:31

Vergilər Nazirliyinin məlumatı əsasında…

Abşeron rayonunda mülkiyyətində olan binada yaşayan aztəminatlı ailəyə Vergi Məcəlləsinə əsasən əmlak vergisi tətbiq edilirmi? Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən Azərtac-ın sualına cavab olaraq bildirilib ki, Azərbaycan Respublikasının ərazisində xüsusi mülkiyyətində tikililər olan fiziki şəxslər əmlak vergisinin ödəyiciləridir. Fiziki şəxsin xüsusi mülkiyyətdə olan evin yaşayış sahələrinə münasibətdə 30 kvadratmetrədək olan hissəsindən əmlak vergisi tutulmur. Yaşayış sahələrinin 30 kvadratmetrdən çox olan hissəsinin hər kvadratmetrinə Abşeron rayonu üzrə müəyyən olunan 0,3 manat vergi dərəcəsi tətbiq edilir. Aztəminatlı ailələr üçün xüsusi güzəşt nəzərdə tutulmayıb.xeber100.com

İyun 8, 2019 11:21

“Fiat Chrysler Automobiles NV” şirkətinin təklifi…

İtaliya-amerika şirkəti "Fiat Chrysler Automobiles NV" Fransanın "Renault SA" avtomobilqayırma korporasiyasına birləşməklə bağlı etdiyi təklifi geri çəkib.Milli.az bildirir ki, bu barədə "The Wall Street Journal" qəzeti yazıb.Nəşrin məlumatına əsasən, "Fiat Chrysler" təklifini Fransa avtomobil istehsalçısının partnyoru "Nissan Motor Co." birləşmək haqqında sazişi dəstəkləməkdən imtina etdikdən sonra geri çağırıb."The Wall Street Journal"-ın mənbələri qeyd edirlər ki, "Renault"-nun baş investoru olan Fransa hakimiyyəti 40 mln dollarlıq saziş bağlanacağı təqdirdə danışıqlara hazır olduğunu bildirmişdi. Eyni zamanda Fransa müqavilənin "Renault" və "Nissan" alyansının şərtləri əsasında bağlanmağını tələb edirdi.Xatırladaq ki, bir müddət öncə "The Financial Times" "Fiat Chrysler" və "Renault" arasında birləşməklə bağlı danışıqlar aparıldığını bildirmişdi.xeber100.com

İyun 6, 2019 9:37

“Brent Dated” etalon növlü neftin qiyməti azalıb

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 3-də 64,32 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,77 dollar/barel azdır.Milli.az bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 63,64 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,7 dollar/barel azdır.Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 60,89 dollar/barel təşkil edib ki, bu, əvvəlki göstəricidən 2,8 dollar/barel azdır.Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 63,34 dollar/barel olub, bu da əvvəlki göstəricidən 2,27 dollar/barel azdır.xeber100.com

İyun 5, 2019 12:36

Avropa İttifaqı-Azərbaycan biznes forumu keçiriləcək

İyunun 13-də Bakıda Avropa İttifaqı-Azərbaycan biznes forumu keçiriləcək.Azərtac xəbər verir ki, tədbirə Azərbaycanda biznes mühiti mövzusu üzrə plenar sessiya, o cümlədən hökumət rəsmiləri və şirkət nümayəndələrinin iştirakı ilə kənd təsərrüfatı, əlaqələndiricilik və turizm sektorları üzrə paralel panel müzakirələri daxildir.Biznes forum Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə birgə əməkdaşlığı çərçivəsində təşkil olunur.xeber100.com

İyun 4, 2019 3:12
    Page 114 of 382« First«...102030...112113114115116...120130140...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az