05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. İqtisadiyyat

AZPROMO sahibkarlara müraciət edib

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) sahibkarlara müraciət edib.AZPROMO-dan Azərtac-a bildirilib ki, mayın 29-da Sankt-Peterburqda qida sənayesi sahəsində sərgi-yarmarkası keçiriləcək. Azərbaycan şirkətləri tədbirdə iştiraka dəvət olunurlar.Sərgi-yarmarka iyunun 2-dək davam edəcək.xeber100.com

Aprel 23, 2019 12:33

Nyu-Yorkun NYMEX birjasında neftin qiyməti…

Dünya birjalarında neftin qiyməti bahalaşıb.Azərtac xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 1,74 dollar artaraq 73,71 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 1,50 dollar bahalaşaraq 65,50 dollar təşkil edib.xeber100.com

Aprel 22, 2019 2:10

Avtomobil Yolları Dövlət Agentliyinin məlumatı

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natəvan küçəsində üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Azərtac-a bildirilib ki, sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.xeber100.com

Aprel 22, 2019 2:01

Banklar gücləndirilmiş iş rejiminə keçib

Banklar problemli kreditlərlə bağlı gücləndirilmiş iş rejiminə keçib.Milli.az bildirir ki, problemli kreditlərlə bağlı Prezidentin fərmanının icrası ilə bağlı son hazrlıq prosesləri gedir.Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən qəbul edilən qaydalara əsasən banklar bütün müştərilərə SMS göndərib, kompensasiyanın məbləği, hansı bankdan və hansı formada alacağı barədə məlumat verməlidirlər. 500 manatadək nağd, 500 manatdan yuxarı məbləğdə vəsait isə kart vasitəsilə veriləcək. Banklarda müştərilərlə əlaqə yaradılmasında problemlərin yaşandığı da bildirilir. Qeyd edək ki, Prezident İlham Əliyev fevralın 28-də "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Fərman imzalayıb. Fərmana əsasən, fiziki şəxslərin banklara 10 min ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qeyd olunan qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödəniləcək.xeber100.com

Aprel 20, 2019 4:00

“Pensiya təminatı sahəsində müqavilə” layihəsi hazırlanır

“Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində Müqavilə” layihəsinin hazırlanması işləri davam edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbsindən Trend-ə verlən məlumata görə, məqsəd Rusiyada əmək miqrantları kimi fəaliyyət göstərən Azəbaycan vətəndaşlarının gələcəkdə pensiya və sosial sığortalanma üzrə hüquqlarının təmin olunması üçün hüquqi əsasların yaradılmasıdır.Layihənin hazırlanması ilə əlaqədar Moskva şəhərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri ilə Rusiya Federasiyası Əmək və Sosial Müdafiə Nazirliyinin əməkdaşları arasında ikinci ekspert görüşü keçirilib.Görüşdə sözügedən sənədin əhatə dairəsi, tərəflərin ərazisində çalışan vətəndaşlara münasibətdə tətbiq olunacaq sosial sığorta rejimi müzakirə olunub. Eyni zamanda, bu əsasda həmin vətəndaşların pensiya məbləğinin ilkin və təkrar hesablanması, ödənilməsi, çatdırılması qaydaları və mexanizmləri, bununla bağlı bir sıra digər məsələlərlə bağlı müzakirələr aparılıb.xeber100.com

Aprel 20, 2019 3:54

“Rabitabank Bot” daha bir xidmət tətbiqini reallaşdırıb

Ölkənin ilk chatbot-u olan “Rabitabank Bot” daha bir xidmət tətbiqini reallaşdırıb.“Rabitabank Bot”un yeni imkanı vasitəsilə artıq dostunuza pul göndərmək daha rahat olub. Belə ki, siz “Telegram”da dostunuzla yazışma pəncərəsini tərk etmədən, elə həmin pəncərədə istədiyiniz məbləğdə pulu “Rabitabank Bot”un xidmətini aktivləşdirərək göndərə bilərsiniz.Həmçinin “Rabitabank Bot” kommunal və mobil operatorlar ödənişləri, pul göndərmə, pul istəmə, hesabı bölmə (split bill), plastik kart sifarişi, kredit sifarişi, kredit ödəmə kimi əməliyyatları müştərilərinə təqdim edir.xeber100.com

Aprel 19, 2019 2:11

Gürcüstan bu ilin birinci rübündə təbii qaz idxalını artırıb

Gürcüstan bu ilin birinci rübündə Azərbaycandan təbii qaz idxalını artırıb.Azərtac xəbər verir ki, bu barədə məlumat qonşu ölkənin Milli Statistika İdarəsinin ilkin rüblük hesabatında yer alıb. Bildirilir ki, 2019-cu ilin yanvar-mart aylarında Gürcüstan Azərbaycandan 123 403,5 min ABŞ dolları həcmində 718 min 171 kubmetr təbii qaz idxal edib.Son bir ildə Azərbaycandan Gürcüstana ixrac olunmuş təbii qazın həcmi 78 min 414 kubmetr və ya 12,2 faiz artıb. Təbii qazın qiymətində isə 10 782,5 min dollar və yaxud da 9,5 faiz artım qeydə alınıb.xeber100.com

Aprel 19, 2019 2:08

Neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.Azərtac xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,01 dollar ucuzlaşaraq 71,61 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,05 dollar artaraq 63,81 dollar təşkil edib.xeber100.com

Aprel 18, 2019 1:09

Dövlət Gömrük Komitəsinin məlumatı əsasında…

Bu ilin üç ayında Azərbaycandan 25 min 947 ton pambıq lifi və 2 min 689 ton pambıq ipliyi ixrac olunub.Azərtac xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.Yanvar-mart aylarında ixrac edilən pambıq lifinin dəyəri 37 milyon 523 min, pambıq ipliyinin dəyəri isə 6 milyon 446 ABŞ dolları olub.Ötən ilin eyni dövründə ölkədən 13 milyon 544 min dollarlıq 8 min 677 ton pambıq lifi, 4 milyon 812 min dollarlıq 1975 ton pambıq ipliyi ixrac edilib.xeber100.com

Aprel 18, 2019 1:08

“Türk Hava Yolları” aviaşirkəti yeni reys açıb

Dünyada ən çox istiqamət üzrə uçuşlar həyata keçirən “Türk Hava Yolları” aviaşirkəti bu ilin aprel ayının 11-dən etibarən İstanbul-Şarja-İstanbul marşrutu üzrə yeni reys açıb. Bu, Birləşmiş Ərəb Əmirliklərinə təşkil edilən üçüncü uçuş istiqaməti, həmçinin, milli bayraq daşıyıcısının geniş uçuşlar şəbəkəsinə daxil olan 307-ci təyinat nöqtəsidir.“Türk Hava Yolları”nın marketinq direktoru Ahmet Olmuştur bildirib: "İstanbul hava limanı ilə türk aviasiyası və turizmi üçün yeni bir dövr başladı. Yeni bazaya köçməyimiz uçuş şəbəkəmizin daha da genişlənməsinə imkan yaradacaq. “Türk Hava Yolları” olaraq Əbu-Dabi və Dubaydan sonra BƏƏ-də üçüncü təyinat nöqtəsi kimi Şarja şəhərinə uçuşlar təşkil etməkdən məmnunuq”.Qeyd edək ki, İstanbul-Şarja-İstanbul istiqamətində uçuşlar aprel ayının 11-dən etibarən həftəsonları da daxil hər gün yerinə yetirilir.1998-ci ildə ərəb dünyasının mədəni paytaxtı elan edilmiş Şarja Birləşmiş Ərəb Əmirliklərinin ölçü və əhalisinə görə üçüncü əmirliyidir. Şəhər öz müasirliyi, eyni zamanda qədim və zəngin tarixi ilə səyahətsevərlərin diqqətini özünə cəlb etməyi bacarıb.xeber100.com

Aprel 17, 2019 2:30
    Page 118 of 380« First«...102030...116117118119120...130140150...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az