“Azəriqaz” İstehsalat Birliyinin abonentlərə müraciəti…

“Azəriqaz” İstehsalat Birliyi abonentlərə müraciət edib.Birliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Azərtac-a verilən məlumata görə, son günlər Bakının müxtəlif ünvanlarında, əsasən də Yasamal rayonu ərazisində özünü “Azəriqaz”ın əməkdaşı kimi təqdim edən şəxs və ya şəxslər mənzillərdə quraşdırılmış smart-kart tipli qaz sayğaclarının üzərinə vurulmuş xüsusi nömrəli plombun yenilənməsi, batareyasının dəyişdirilməsi və ya smart-kartların “vaxtının keçməsi” kimi məsələləri bildirərək həmin “problemlərin” aradan qaldırılması üçün vətəndaşlardan müəyyən miqdarda pul tələb edir, eləcə də inandırıcı olması üçün qeyri qanuni akt tərtib edərək abonentlərə təqdim edirlər.“Bununla bağlı istehlakçıların nəzərinə çatdırırıq ki, birliyin işçiləri mənzillərdə yerləşən qaz sayğaclarına profilaktik baxış və xidmət göstərəcəyi zaman “Azəriqaz”ın əməkdaşı olduğunu təstiq edən xidməti vəsiqə tələb edilməlidir. Həmçinin onlar öz xidməti vəsiqələrini təqdim etdikdən sonra yerlərdə göstərdikləri bütün xidmətlər ödənişsizdir və tərtib etdikləri xüsusi nömrəli aktlar isə sarı, qırmızı və göy rəngdə olmaqla üç nüsxədən ibarət tərtib olunaraq qırmızı rəngli akt abonentə təqdim edilir. Bir daha bildiririk ki, sadalanan qeyri qanuni hallarla rastlaşan vətəndaşlar yaşadıqları ərazi üzrə müvafiq polis bölməsinə müraciət etməlidirlər”, - deyə məlumatda qeyd olunur.xeber100.com

Aprel 9, 2019 1:03

Amerika Banklar Assosiasiyasının illik sammiti keçirilib

Aprelin 1-3-də ABŞ Konqresində bank komitələrinin liderləri, eləcə də ABŞ-ın ən nüfuzlu bank nəzarətçilərinin iştirakı ilə Vaşinqtonda Amerika Banklar Assosiasiyasının illik sammiti keçirilib. Tədbirdə “Kapital Bank”ın idarə heyəti sədrinin beynəlxalq əlaqələr üzrə müşaviri Vüqar Sadiq iştirak edib.Vaşinqtonda ABŞ bank rəhbərlərinin ən böyük illik toplantısı olan bu sammit iştirakçılara ABŞ-ın bank sektoruna nəzarət edən bir sıra ekspertlərin fikirlərini və töhfələrini eşitmək fürsəti yaradıb. Bundan başqa, bankirlər mövcud bankçılıq siyasəti və çətinlikləri ilə bağlı öz baxışlarını bölüşmək imkanı əldə ediblər.“Builki sammit çərçivəsində “Qarşılıqlı İctimai Bank”, “Formalaşan liderlər” və “Qadın liderliyi” adlı forumlar keçirilib.Tədbirdə bankirlərə müştəri xidmətinin keyfiyyətinin yaxşılaşdırılması üçün bank siyasətində dəyişikliklərlə bağlı tövsiyələr edilib. Bu məsələləri həll etmək üçün siyasətçi və dövlət qurumları ilə birgə əməkdaşlıq etməyin vacibliyi vurğulanıb.“Həmçinin sammit daxilində ABŞ Konqres və Senatında bankirləri maraqlandıran və narahat edən məsələləri müzakirə etmək məqsədilə bir sıra görüşlər keçirilib”, - deyə V.Sadiq bildirib.Qeyd edək ki, “Kapital Bank” 2017-ci ildən Amerika Banklar Assosiasiyasına (American Bankers Association) üzv seçilib.xeber100.com  

Aprel 5, 2019 12:47