“Petkim Holding A.Ş” maliyyə göstəricilərini açıqlayıb

Əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan "Petkim (Petrokimya) Holding A.Ş" 2018-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.Milli.az bildirir ki, ötən il "Petkim"in xalis mənfəəti 872 mln. Türkiyə lirəsi (TRY) təşkil edib.2018-ci ildə "Petkim"in dövriyyəsi 9,3 mlrd. TRY olub. Şirkətin aktivləri 62% artaraq 12,6 mlrd. lirəyə çatıb."Petkim"in faiz, ammortizasiya və vergidən əvvəlki mənfəəti 1,523 mlrd. TRY olub. 2018-ci ildə "Petkim"in məhsullarının satışı 1,8 mln. ton təşkil edib ki, bunun da 939 min tonu Türkiyə bazarında satılıb, 880 min tonu isə ixrac olunub."Petkim"in baş direktoru Anar Məmmədov bildirib ki, 2018-ci il rəhbərlik etdiyi şirkət üçün uğurlu il olub: "Dünyada qlobal iqtisadi dalğalanmaların olduğu 2018-ci ildə biz məhsuldarlığa yönəlib, uzunmüddətli planlar quraraq göstəriciləri müsbətə çevirə bildik, qlobal və daxili dəyişiklikləri yaxından izlədik. Bazarın və müştərilərin tələblərini əvvəldən gördük və tələblərə cavab verdik. İdxalçıların çətinlik çəkdiyi şərtlərdə belə yerli istehsalçıları xammalla təmin edərək iqtisadiyyata töhfə verməyə davam etdik. Planlaşdırılmış texniki baxım işləri 63 günlük planlaşdırılsa da 53 gün ərzində başa çatdırıldı".Xatırladaq ki, 2008-ci ildə tamamlanan özəlləşdirmə prosesinin sonunda "Petkim"in əsas səhmdarı SOCAR olub. Hazırda SOCAR "Petkim Holding"də 51% paya malikdir, "Petkim"in qalan səhmləri isə İstanbul Birjasında dövriyyədədir.xeber100.com

Mart 2, 2019 4:18

Xəzər İqtisadi Forumunun gündəliyində…

1-ci Xəzər İqtisadi Forumu 2019-cu il avqustun 12-də Türkmənistanın Türkmənbaşı şəhərində Avaza turizm kurortunda keçiriləcək və 3 hissədən ibarət olacaq: beynəlxalq konfrans, Xəzər innovativ texnologiyalar sərgisi və sənədlərin imzalanması.Bunu Trend-ə müsahibəsində Türkmənistanın Azərbaycandakı səflirliyinin attaşesi Beqmammed Kelcayev deyib.Onun sözlərinə görə, Forum çərçivəsində keçiriləcək konfransda birgə investisiya layihələri və proqramların icrası, xüsusi azad iqtisadi zonaların yaradılması məsələləri, rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlıq, sahilyanı dövlətlərin regionları arasında əməkdaşlığlın inkişafı, birgə müəssisələrin yaradılması məsələləri müzakirə olunacaq.O əlavə edib ki, konfransla paralel olaraq dəyirmi masalar təşkil olunacaq.B.Kelcayev bildirib ki, avqustun 11-12-də innovasiya texnologiyaları sərgisi, elə həmin günlərdə tərəflər arasında görüşlər və sənədlərin imzalanması nəzərdə tutulub.Forumda Xəzəryanı dövlətlərin hökumət üzvləri, diplomatik nümayəndəliklərin rəhbərləri, region başçıları, bank, sənaye birliklərinin rəhbərləri, sahibkarlar, elmi işçilər və mətbuat nümayəndələri iştirak edəcək.Səfirliyin attaşesi bildirib ki, Forumun gündəliyində iri layihələr üçün şəraitin yaradılması, Xəzər regionu iqtisadiyyatının qlobal kontekstdə rolu, neft-qaz, elektroenerji, nəqliyyat, ticarət, aqrar sənaye, turizm və digər sahələrdə investisiya cəlbediciliyi kimi məsələlər yer alacaq.xeber100.com

Fevral 26, 2019 8:53

Energetika Nazirliyi anlaşma memorandumu imzalayıb

Azərbaycanın Energetika Nazirliyi və Norveçin “Equinor Abşeron AS” şirkəti arasında anlaşma memorandumu imzalanıb.Nazirlikdən Azərtac-a bildirilib ki, memorandumda bərpaolunan enerji mənbələrindən istifadə sahəsində ikitərəfli əməkdaşlığın ümumi prinsipləri, bərpaolunan enerji mənbələrinin potensialının qiymətləndirilməsi, bu sahəyə gəlirli investisiya qoyuluşu üçün şəraitin yaradılması ilə bağlı əməkdaşlıq nəzərdə tutulur. Sənəd Azərbaycanda bərpaolunan enerji layihələrinin inkişafı, maliyyələşdirilməsi, tikintisi, istismarı və saxlanması istiqamətində fəaliyyəti təmin etməyə kömək edəcək.Memorandumu energetika nazirinin müavini Samir Vəliyev və “Equinor Abşeron AS” şirkətinin Azərbaycan üzrə ölkə meneceri Favad Quraishi imzalayıb.S.Vəliyev Azərbaycanda bərpaolunan enerji sahəsinin inkişafı, bu sahəyə investisiya qoyuluşunun təşviqi ilə bağlı həyata keçirilən tədbirlər, qarşıda duran hədəflər barədə danışıb. Bildirib ki, “Equinor” ilə imzalanmış bu memorandum bərpaolunan enerji mənbələrinin inkişafı istiqamətində tərəflər arasında atılan ilk addımdır və Azərbaycanda bu sahənin inkişafına öz töhfəsini verəcək.F.Quraishi isə bərpaolunan enerji mənbələrinin inkişafı üzrə fəaliyyətin “Equinor”un əsas prioritetlərindən biri olduğunu qeyd edib. Bildirib ki, bu sənədlə “Equinor” şirkəti Azərbaycanla əməkdaşlıq əlaqələrini daha da genişləndirəcək və bərpaolunan enerji mənbələri sahəsində hər iki ölkənin maraqlarının reallaşmasına imkanlar yaranacaq.xeber100.com

Fevral 25, 2019 12:51