İqtisadiyyat Nazirliyinin məlumatına görə…

İqtisadiyyat naziri Şahin Mustafayev ABŞ dövlət katibinin iqtisadiyyat və biznes məsələləri üzrə köməkçisinin birinci müavini Brayn Makfiterslə görüşüb.İqtisadiyyat Nazirliyindən Milli.Az-a verilən məlumata görə, görüşdə Azərbaycan-ABŞ iqtisadi əlaqələrinin mövcud vəziyyətinə, o cümlədən ABŞ-la kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlıq, ABŞ şirkətlərinin sənaye parklarına investisiya qoyuluşu imkanları, iqtisadi sahədə əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılıb.Şahin Mustafayev Azərbaycan və ABŞ arasında əlaqələrin uğurla inkişaf etdiyini, iqtisadi, enerji, nəqliyyat, təhsil, kənd təsərrüfatı, təhlükəsizlik, terrorizmlə mübarizə və s. sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğulayıb, ölkələrimiz arasında mövcud iqtisadi əlaqələrə və əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair fikirlərini bölüşüb.Qeyd olunub ki, ölkələrimiz arasında əməkdaşlığın inkişafı üçün lazımi hüquqi baza mövcuddur.Hazırda Azərbaycanda sənaye, tikinti, rabitə, bank və s. sahələrdə 240 ABŞ şirkəti fəaliyyət göstərir. ABŞ Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. 2018-ci ilin yanvar-iyun aylarında ölkələrmiz arasında ticarət dövriyyəsi 476,1 milyon dollar təşkil eib. İndiyədək ABŞ tərəfindən Azərbaycan iqtisadiyyatına 13 mlrd. dollardan çox investisiya qoyulub ki, bunun da 1 mlrd. dollardan çoxu qeyri-neft sektoruna yönəldilib. 1994-cü ildə imzalanmış "Əsrin Müqaviləsi"nin siyasi-iqtisadi əhəmiyyətini bir daha vurğulayan iqtisadiyyat naziri hazırda Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi layihələrinin qlobal enerji təhlükəsizliyndə önəmini diqqətə çatdırıb, ölkəmizin geniş tranzit imkanları barədə məlumat verib. Bildirilib ki, ABŞ-ın ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) ölkəmizdə bir sıra layihələrin icrasına 350 mln. dollar vəsait ayırıb. Amerika Ticarət Palatası ilə uğurlu əməkdaşlıq çərçivəsidə iki ölkənin iş adamları arasında keçirilən görüşlər iqtisadi sahədə ikitərəfli əlaqələrin inkişafına töhfə verir.xeber100.com

Sentyabr 8, 2018 9:31

Hava şəraiti ilə bağlı məlumat açıqlanıb

Azərbaycanda sentyabrın 6-na gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 18-21°, gündüz 27-30° isti, Bakıda gecə 18-20°, gündüz 28-30° isti olacağı ehtimalı var.Atmosfer təzyiqi norma daxilində-758 millimetr civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.Abşeronun şimal çimərliklərində-Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada dəniz suyunun temperaturu 24-25°, cənub çimərliklərində-Türkan, Hövsan, Sahil və Şıxda isə 25-26° isti olacaq. Şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.Azərbaycanın rayonlarında hava şəraitinin yağmursuz keçəcəyi, lakin səhər və axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı proqnozlaşdırılır. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 15-20°, gündüz 28-33°, dağlarda gecə 10-15°, gündüz18-23° isti olacağı bildirilir.Naxçıvan Muxtar Respublikasında hava yağmursuz keçəcək.Havanın temperaturunun gecə 16-21°, gündüz 29-34° isti olacağı gözlənilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.Havanın temperaturu gecə 10-15°, gündüz 17-22° isti olacaq.Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava yağmursuz keçəcək.Havanın temperaturunun gecə 15-19°, gündüz 27-32° isti olacağı ehtimal edilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.Havanın temperaturunun gecə 12-17°, gündüz 23-28° isti, dağlarda gecə 7-12°, gündüz 17-22° isti olacağı proqnozlaşdırılır.Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava yağmursuz keçəcək.Havanın temperaturunun gecə 15-20°, gündüz 29-33° isti olacağı bildirilir.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var.Havanın temperaturu gecə 18-20°, gündüz 27-31° isti, dağlarda gecə 10-15°, gündüz 19-22° isti olacaq.Respublikanın bölgələrində şərq küləyi əsəcək.xeber100.com

Sentyabr 5, 2018 12:58

Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatına görə…

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən “Kadastr kalkulyatoru” yaradılıb.Komitədən Azərtac-a bildirilib ki, Azərbaycanda daşınmaz əmlakın kadastrı ilə bağlı xidmətlər sahəsində daha bir elektron xidmət istifadəyə verilib. İndi ölkə vətəndaşları, fiziki və hüquqi şəxslər əmlakla bağlı kadastra dair dövlət rüsumu və xidmət haqqını onlayn qaydada hesablaya bilir. Yeni elektron xidmət sayəsində “Kadastr planlarının və yerquruluşu xəritələrinin tərtibi”, eləcə də “Torpaqların inventarlaşdırılması və müayinə baxış aktlarının tərtibi” ilə bağlı tələb olunan xidmət haqqını və dövlət rüsumunu öyrənmək mümkündür. Bu isə öz növbəsində daşınmaz əmlakın kadastrı sahəsində göstərilən xidmətlərin daha da sadələşməsi deməkdir. Vətəndaşlar sənədləşdirmə üçün zəruri rüsum və xidmət haqqını öncədən öyrənməklə vaxtlarına qənaət edəcək. Xidmət bu sahədə şəffaflığın, çevikliyin artırılmasına, vətəndaş məmnunluğunun təmin edilməsinə imkan verir. Xidmət haqqının və dövlət rüsumunun əvvəlcədən dəqiq bilinməsi istifadəçilərin özləri üçün ən optimal variantı seçməsini və sənədləşdirməyə başlayıb-başlamamaqla bağlı istədiyi qərarı verməsini təmin edir. Bu yenilik vətəndaşa rahat və operativ qaydada kadastrla bağlı hüquqi əməliyyatları aparmaq üçün daha rasional imkanlar yaradır.Mülkiyyətçi torpaqların inventarlaşdırılması və müayinə baxış aktlarının tərtibini həyata keçirmək üçün tələb olunan dövlət rüsumu və xidmət haqqını da dərhal öyrənə bilir. Hesablamanı həyata keçirən zaman tələb olunan məlumatlar “Kadastr planlarını və yerquruluşu xəritələrini tərtib” xidmətindəki kimi analoji xarakter daşıyır. Belə ki, istifadəçi torpağın coğrafi və texniki göstəricilərini qeyd edir. Torpağın kateqoriyası, əhatə etdiyi sahəsi, parsellerin sayı və digər məlumatlar ekranda əks olunur. Bu xidmətdə də tezləşmə qaydası tətbiq edilir.Əmlak Məsələləri Dövlət Komitəsi fəaliyyəti üzrə göstərilən xidmətlərin elektronlaşması prosesini gələcəkdə də davam etdirəcək.xeber100.com

Sentyabr 4, 2018 10:19