Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatı

Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı sahəsində mühüm yenilik baş verib. Əmlak çıxarışlarının verilmə müddəti azaldılıb.Əmlak Məsələləri Dövlət Komitəsindən Azərtac-a bildiriblər ki, artıq vətəndaşlar əmlakları üzərində mülkiyyət hüququnu təsdiqləyən çıxarışı 1 iş günü müddətində ala biləcəklər. Bununla bağlı Nazirlər Kabineti “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”na dəyişikliklər edib. Qaydaya “Ərizənin sürətləndirilməklə icra edilməsi” başlıqlı yeni hissə əlavə edilib. Dəyişikliyə əsasən vətəndaşların təqdim etdikləri ərizə onların istəyi əsasında daha sürətlə icra ediləcək. Nəticədə vətəndaşlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını təsdiqləyən çıxarışları 1 gün, 3 gün və 7 iş günü müddətində ala biləcəklər. Qeydiyyat prosesi zamanı mərzçəkmə və inventarlaşdırma işlərinin aparılmasına ehtiyac yaranarsa, ərizələr 2 gün, 5 gün və 10 iş günü müddətində icra ediləcək. İpotekanın dövlət qeydiyyatı ilə bağlı ərizələr isə bir və iki iş günü müddətində icra olunacaq. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına dair ərizənin sürətləndirilməklə icrası zamanı Əmlak Məsələləri Dövlət Komitəsinin göstərdiyi xidmətlərə görə xidmət haqlarının tarifləri Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilən əmsallarla hesablanacaq.xeber100.com

Aprel 27, 2018 1:21

Ümumdünya Poçt İttifaqının yaz sessiyasında

İsveçrənin paytaxtı Bern şəhərində keçirilən Ümumdünya Poçt İttifaqının (ÜPİ) yaz sessiyasında Azərbaycan Poçt Administrasiyasının nümayəndələri də iştirak edirlər.Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Azərtac-a bildirilib ki, sözügedən tədbirlər çərçivəsində ilk plenar iclasda ÜPİ-nin ən mühüm qurumlarından biri olan QSF (Xidmət Keyfiyyəti Fondu – Quality of Service Fund) Şurasına növbəti 3 illik dövr üzrə seçkilər keçirilib və QSF Şurasına üzvlüyə dünyanın 5 coğrafi regionundan namizədlər irəli sürülüb. Şərqi Avropa və Şimali Asiya regionundan namizədliyi verilmiş ölkələrdən biri də Azərbaycan nümayəndəsi olub.Seçkilərdə ölkəmizin nümayəndəsi səs çoxluğu ilə ÜPİ-nin QSF Şurasına yenidən üzv qəbul olunub. Qeyd edək ki, Şurada dünyanın 11 ölkəsinin nümayəndələri təmsil olunur və onlardan biri də Azərbaycandır.Bundan başqa, Azərbaycan Poçt Administrasiyası tərəfindən QSF proqramı çərçivəsində həyata keçirilmiş “Beynəlxalq poçt şəbəkəsinin inkişafı (3-cü hissə)” adlı layihə ÜPİ ekspertləri tərəfindən keçirilmiş qiymətləndirmənin nəticələrinə görə ÜPİ-nin “Ən yaxşı idarəetmə” (“Best Management”) sertifikatı ilə mükafatlandırılıb.Mükafat ÜPİ-nin baş direktoru Bişar Hüseyn tərəfindən plenar iclasda Azərbaycan nümayəndələrinə təqdim edilib.xeber100.com

Aprel 25, 2018 2:05

Əməkdaşlıq və qarşılıqlı anlaşma haqqında memorandum imzalanıb

“Şahdağ” Turizm Mərkəzi Qapalı Səhmdar Cəmiyyəti (QSC) və “Şimali Qafqaz Kurortları” Səhmdar Cəmiyyəti (SC) arasında əməkdaşlıq və qarşılıqlı anlaşma haqqında memorandum imzalanıb.Azərtac xəbər verir ki, memorandumun imzalanmasında əsas məqsəd hər iki regionun turizm potensialının inkişaf etdirilməsi yönündə iki qurum arasında əməkdaşlığın və qarşılıqlı səmərəli işgüzar əlaqələrin qurulması və inkişaf etdirilməsi, eyni zamanda, təcrübə mübadiləsinin həyata keçirilməsidir.Memorandum çərçivəsində dağ-xizək kurortlarının istismarı, qış və yay aylarında ilboyu fəaliyyət göstərən kurortların inkişafı, xizək mövsümünün uzun müddətli olması üçün süni qar örtüyünün yaradılması texnologiyaları, kurortlarda keyfiyyət standartlarının tətbiq edilməsi, birlikdə marketinq araşdırmalarının aparılması nəzərdə tutulub.Eyni zamanda, yay istirahət proqramlarının hazırlanması, kurortlarda mühüm tədbirlərin, o cümlədən beynəlxalq yarışların keçirilməsi, qarşılıqlı əməkdaşlıq istiqamətlərindən biri kimi müntəzəm olaraq kurortlara dair statistik məlumatların mübadiləsi istiqamətində birgə işlərin aparılması razılaşdırılıb. Eləcə də daxili və xarici bazarda turizm məhsullarının təşviqi və təbliğatı məqsədilə hər iki qurum tərəfindən birgə addımların atılması planlaşdırılır.xeber100.com

Aprel 23, 2018 4:07