Beynəlxalq Aeroportun məlumatı əsasında…

Heydər Əliyev Beynəlxalq Aeroportu 2018-ci ilin ilk dörd ayı ərzində 1 milyon 239 min sərnişinə xidmət göstərib. Bu göstərici ötən ilin analoji göstəricisindən 15 faiz çoxdur.Aeroportun mətbuat xidmətindən Azərtac-a bildirilib ki, “Azərbaycan Hava Yolları” (AZAL) milli aviadaşıyıcısının payına 495 min sərnişin, milli loukoster “Buta Airways”in payına isə 139 min sərnişin düşüb.1 milyon 66 min sərnişin (ümumi sərnişin dövriyyəsinin 86 faizi) beynəlxalq reyslərlə daşınıb. Beynəlxalq sərnişinlərin ümumi sayının 30 faizi AZAL-ın, 13 faizi isə “Buta Airways”in payına düşüb.Hazırda Beynəlxalq Aeroportu 40-dan çox istiqamət üzrə 30 aviaşirkətə xidmət göstərir. Ən məşhur beynəlxalq istiqamətlərin onluğuna əvvəlki kimi İstanbul, Moskva, Dubay, Kiyev, Doha, Şarja, Tbilisi, Bağdad, Tehran və Sankt-Peterburq daxildir. Yanvar-aprel ayları ərzində bu istiqamətlərə 818 min sərnişin uçub.Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilib. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.2018-ci ilin may ayında Beynəlxalq Aeroportu dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın nüfuzlu konsaltinq şirkəti “Skytrax”ın ən yüksək 5 ulduzuna layiq görülüb.Beynəlxalq Aeroportu ardıcıl olaraq ikinci dəfə Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə ən yaxşılar siyahısına başçılıq edərək “Skytrax World Airport Awards” mükafatına layiq görülüb.xeber100.com

May 14, 2018 4:00

Milli Məclisin növbəti iclası keçirilib

Mayın 11-də Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.Azərtac xəbər verir ki, komitə sədri Ziyad Səmədzadə gündəlik barədə məlumat verib.Əvvəlcə “Hesablama Palatası haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə edilib. Z.Səmədzadə bildirib ki, bu qanun Azərbaycan Respublikası Hesablama Palatasının statusunu, fəaliyyətinin hüquqi əsaslarını, idarəetmə və təşkilati strukturunu, habelə dövlət vəsaitlərinin qanunauyğun, məqsədyönlü və səmərəli istifadəsinə dövlət nəzarətinin təmin edilməsi sahəsində kənar dövlət maliyyə nəzarətinin obyektləri və digər tərəflərlə münasibətlərini tənzimləyir.Komitə sədri vurğulayıb ki, Azərbaycan son 25 il ərzində böyük inkişaf yolu keçib. Artıq bu gün bütün dünya Azərbaycanın qazandığı uğurları, iqtisadi sahədə əldə etdiyi nailiyyətləri birmənalı şəkildə qəbul edir. “Ulu öndər Heydər Əliyev azad bazar münasibətləri sistemini qurarkən ölkəmizdə bir neçə strukturun yaradılmasını vacib hesab etdi. Bu qurumlardan biri də Hesablama Palatasıdır. Beynəlxalq aləmdə Azərbaycan cəmiyyətinin nüfuzunun artması, aparılan islahatların demokratikləşdirilməsi, iqtisadi inkişafda əldə olunan nailiyyətlər, eləcə də şəffaflığının təmin edilməsi, dövlət büdcəsi üzərində nəzarətin birmənalı şəkildə Milli Məclis tərəfindən aparılması və parlamentin cəmiyyətdə rolunun artırılması istiqəmətlərində görülən işlər göz qabağındadır”, - deyə Ziyad Səmədzadə vurğulayıb. Bildirilib ki, Hesablama Palatası Milli Məclisin orqanı olaraq son illərdə böyük inkişaf yolunu keçib.Hesablama Palatasının sədri Vüqar Gülməmmədov qeyd edib ki, ötən 5 ay ərzində qanun layihəsinə 30-dan çox maddə üzrə həm texniki, həm mahiyyəti üzrə əlavə və düzəlişlər edilib. Edilən dəyişikliklər həm ölkədaxili qanunvericilik aktlarına, həm də xarici ölkələrin təcrübələrinə, beynəlxalq prinsipləri və standartları yenidən nəzərdən keçirməklə həyata keçirilib. Dəyişikliklər əsasən Hesablama Palatasının vəzifə və funksiyaları, həmçinin korrupsiyaya və hüquq pozğunluqlarına qarşı aparılan tədbirlərlə bağlıdır.Müzakirədən sonra “Hesablama Palatası haqqında” qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.Sonra “Banklar haqqında”, “Poçt haqqında”, “Qiymətli metallar və qiymətli daşlar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələri müzakirə olunub. Bildirilib ki, bu qanun layihələrinə edilən dəyişikliklər texniki xarakter daşıyır. Bu qanun layihələri də parlamentin plenar iclasına tövsiyə olunub.xeber100.com

May 11, 2018 3:31