“Kapital Bank” yeni layihəsini təqdim edib

“Kapital Bank” Azərbaycanda ilk dəfə "Mobil elektron imza" layihəsini təqdim edib.Bankdan Azərtac-a bildiriblər ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzi ilə “Kapital Bank” arasında reallaşan "Mobil elektron imza" layihəsinin təqdimatı keçirilib. Bu layihə bank əməliyyatlarının rahat şəkildə aparılması ilə yanaşı, sənədlərin imzalama prosesinin sürətli, təhlükəsiz və elektron şəkildə həyata keçirilməsinə imkan yaradacaq.Təqdimat mərasimində “Kapital Bank”ın İdarə Heyəti sədrinin müavini, baş informasiya inzibatçısı Nahid Zeynalov və Bank Məhsulları departamentinin direktoru İqbal Rüstəmov, həmçinin Məlumat Hesablama Mərkəzinin Marketinq şöbəsinin müdiri Ceyhun Məmmədov, Milli Sertifikat Xidmətləri Mərkəzinin müdir müavini Həbib Abbasov və digər qonaqlar iştirak edib.“Ötən ilin sonunda “Kapital Bank”ın Müşahidə Şurası tərəfindən bankın 2018-2020-ci illər ərzində həyata keçəcək strateji planı təsdiqlənib. Strateji hədəflərdən ən mühümü rəqəmsal bankçılığa keçid ilə bağlı idi. İlin əvvəlində yeni BirBank tətbiqini müştərilərin ixtiyarına verdik. İlin sonunadək isə rəqəmsal filialımızın açılışını etməyi planlaşdırırıq. Bu gün təqdim edilən bu yenilik də rəqəmsal bankçılığa keçidin bariz nümunəsidir”, - deyə “Kapital Bank”ın İdarə Heyətinin sədrinin müavini, baş informasiya inzibatçısı Nahid Zeynalov bildirib.xeber100.com  

May 8, 2018 4:31

Vergi qanunvericiliyinə dəyişiklik paketi hazırlanıb

“2019-cu il üçün vergi qanunvericiliyinə dəyişiklik paketi hazırlanıb”. “Apa-Economics”in məlumatına görə, bunu bu gün Bakı şəhəri “Pullman” otelində ölkəmizin aparıcı şirkətlərinin dəstəyi və iştirakı ilə “Rəqəmsal Biznes Trendləri” devizi altında keçirilən II Maliyyə və İnvestisiya Forumunda (FIF2018) Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktorunun müavini Nicat İmanov deyib.“Məlumdur ki, dövlətin əsas hədəfləri gəlir və vergi siyasətinin, biznes mühitinin yaxşılaşdırılması, əlverişli vergi mühitinin yaradılmasıdır. Vergi orqanının və ödəyicisinin arasında portnyorluğun yaxşılaşdırılmasıdir ki, burada etibarlılıq mühitinin yaradılması əsas şərtdir. Məhz bu məqsədlə hər il qanunvericilikdə edilən dəyişikliklər sahibkarlıq mühinin yaxşılaşdırılması, vergi yükünü optimallaşdırılması, vergi nəzarəti mexanizmlərinin həyata keçirilməsindən ibarətdir”, - deyə N.İmanov vurğulayıb.N.İmanov qeyd edib ki, 2017-ci ildə vergi qanunvericiliyində dəyişiklik həyata keçirilməyib: “2016-cı ilin dekabr ayında böyük bir paket dəyişilkliklər olub. Böyük dəyişiklikdən sonra ən azı 1 il gözləmək lazımdır ki, bu, öz effektini göstərsin. Əlbəttə qanunvericiliyin tez-tez dəyişməsi məqsədimiz deyil. Ancaq qanunvericilikdə olan müəyyən qaydaların dəyişilməsi uyğunlaşma xarakterlidir. 2018-ci il üçün dəyişiklik olmasa da 2019-cu il üçün dəyişiklik paketi hazırlanıb. Qarşıda duran bu məqsədlərə çatmaq üçün şəffaf mühitin olması zərurudir. Dövlət orqanı və sahibkar arasıda ədalətlilik prinsipi olmalıdır. Vergi nəzarətinin sahibkar tərəfindən bəyan edilməsi əsas məqsəddir. Məhz bu məqsədlə də bir neçə normativ sənədlər təsdiq olunub. Əldə edilmiş gəlir və xərclərin uçotunun aparılması, elektron- qaimə fakturaların tətbiqi artıq oz effektini göstərir. Sahibkarlar artıq anlayırlar ki, vergini yayındırmaq olmaz. Dövlət orqanı nə qədər açıq olsa, şəffalıq mühiti, vergi nəzarəti tədbirlərinin azalmasına şərait yaratmış olarlar”.xeber100.com

May 5, 2018 9:58