Alman-Azərbaycan biznes-forumu keçiriləcək

Aprelin 10-da Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK) "Tibbi Turizm" üzrə Alman-Azərbaycan biznes-forumu keçirəcək.Azərtac Alman-Azərbaycan Xarici Ticarət Palatasına istinadla xəbər verir ki, biznes-forum Berlin şəhərinin kardiologiya, neyrocərrahiyyə və onkologiya üzrə ixtisaslaşan klinikaların nümayəndə heyətinin Azərbaycana səfəri ilə əlaqədar olaraq "Berlin biznes və texnologiya tərəfdaşı" GmbH ilə əməkdaşlıq çərçivəsində təşkil edilir.Tədbirin əsas məqsədi yeni işgüzar əməkdaşlıq üçün mövcud imkanları müəyyənləşdirmək və alman klinikaları, tibb müəssisələri və onların azərbaycanlı tərəfdaşlarına səhiyyədə rəqəmsal texnologiyaların tətbiqi və eləcə də tibbi turizm üzrə layihə və təkliflərini təqdim etməkdir.Forum zamanı iştirakçılar yeni biznes imkanları əldə edə, yeni layihələr tanıya və Alman-Azərbaycan sıx əməkdaşlığının bir hissəsi olaraq şəbəkələrini genişləndirə bilərlər.Qeyd edək ki, Azərbaycanda səhiyyə müəssisələrinin yenidən qurulması, həyata keçirilən zəruri proqramlar, layihələr və qabaqcıl texnologiyaların tətbiqi, yeni kadr potensialının hazırlanması Azərbaycan hökumətinin prioritet istiqamətlərindəndir. Bu layihələrdə beynəlxalq əməkdaşlıq önəmli rol oynayır. Xüsusən, səhiyyə sahəsində dünya üzrə rəqabətədavamlı texnologiya və innovasiyaları ilə aparıcı mövqeyə malik olan Almaniya bu baxımdan Azərbaycana əhəmiyyətli partnyorluq imkanları təklif edir.xeber100.com

Mart 27, 2018 3:02

“ABB-Moskva” maliyyə vəsaitlərinin cəlb olunması şərtlərini dəyişdirib

Azərbaycan Beynəlxalq Bankının Rusiyada ləğv olunan törəməsi "ABB-Moskva" bu ilin martın 20-dən "Təcili" əmanəti üzrə maliyyə vəsaitlərinin cəlb olunması şərtlərini dəyişdirib."Apa-Economics" bankın saytına istinadən xəbər verir ki, "ABB-Moskva" "Universal", "Elite+" və "Xüsusi" əmanətləri üzrə vəsait cəlbini dayandırıb."ABB-Moskva" fəaliyyətinin dayandırılması və bağlanmış filialların müştərilərinin çoxsaylı müraciətlərini nəzərə alaraq əmanət müqavilələrinə vaxtından əvvəl xitam verilməsi üçün güzəştli şərtlər təqdim edir. "ABB-Moskva" əmanətçilərə əmanətin bütün növləri üzrə müqavilələrə əlavə razılaşma imzalamağı təklif edir. Əlavə razılaşma ilk tələbdə əmanət müqaviləsini dayandırmaq hüququ verməklə əmanətçiyə bankın faizlərlə birlikdə əmanəti tam həcmdə əldə etməyə imkan verəcək", - deyə məlumatda vurğulanıb.Məlumatda o da bildirilib ki, "ABB-Moskva"nın filialları bu ilin aprelin 27-dək bağlanacaq.Xatırladaq ki, martın 14-də keçirilmiş Bankın Səhmdarlarının Ümumi Yığıncağında “Bank “MBA-Moskva”, “ABB-Gürcüstan” və “Biznes-Rabitə” MMC-nin fəaliyyətinin dayandırılması qərara alınıb.Qeyd edək ki, martın 5-də "ABB-Moskva" Sankt-Peterburq və Yekaterinburqdakı filiallarının bağlanacağını elan edib. Martın 5-dən bu filiallarda əmanət qəbulu və pul köçürülməsi xidməti dayandırılıb, əmanətlərin qaytarılması prosesi heç bir məhdudiyyət olmadan həyata keçirilir.xeber100.com

Mart 26, 2018 3:03