07 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İqtisadiyyat

Neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

Dünya birjalarında neft qiyməti fərqli istiqamətlərdə dəyişib."Apa-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,06 dollar və ya 0,09% artaraq 65,23 dollar təşkil edib.ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,02 dollar və ya 0,03% azalaraq 69,45 dollar təşkil edib.xeber100.com

Mart 22, 2018 7:30

“RİA Novosti” agentliyinin məlumatı

Amerika Neft İnstitutunun keçən həftənin yekunlarına əsasən ABŞ-ın neft ehtiyatlarının gözlənilmədən azaldığını açıqlaması fonunda bu gün səhər neftin qiyməti artmağa başlayıb.Apa-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, Brent markalı neftin qiyməti 0,24% artaraq bir barel üçün 67,58 dollara, WTI markalı neftin qiyməti isə 0,25% artaraq bir barel üçün 63,7 dollara çatıb.xeber100.com

Mart 21, 2018 2:05

“Brent” markalı neftin qiyməti ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti ucuzlaşıb.Azərtac xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,39 dollar ucuzlaşaraq 66,21 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,35 dollar azalaraq 63,10 dollar təşkil edib.xeber100.com

Mart 19, 2018 3:17

Mərkəzi Bank depozit hərracının nəticələrini açıqlayıb

Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələri açıqlanıb.Bankdan Azərtac-a bildiriblər ki, martın 19-na Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 1 009,98 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 8,01 faiz təşkil edib.xeber100.com

Mart 19, 2018 3:15

“Azərsu” gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.“Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Azərtac-a bildiriblər ki, bununla əlaqədar Səhmdar Cəmiyyətin Aparatında və yerli sukanal idarələrində növbətçilik rejimi tətbiq ediləcək. Qəza briqadaları və 955 Zəng Mərkəzi 24 saat əhalinin xidmətində olacaq.Bayram və qeyri-iş günlərində əhalinin içməli su ilə təchizatında dayanıqlılığın təmin olunması, həmçinin bayram tədbirlərinin keçirildiyi yerlərin fasiləsiz su təminatı məqsədilə zəruri tədbirlər görüləcək.İstehlakçılardan xahiş olunur su təchizatı və kanalizasiya xidmətlərində yaranacaq problemlərlə əlaqədar “Azərsu” ASC-nin 955 Zəng Mərkəzinə müraciət etsinlər.xeber100.com

Mart 19, 2018 3:12

“PAŞA Həyat” ASC maliyyə hesabatlarını ictimaiyyətə açıqlayıb

Ölkənin ən iri həyat sığorta şirkəti olan "PAŞA Həyat" ASC 2017-ci ilin audit olunmuş, MHBS-yə (Maliyyə Hesabatlarının Beynəlxalq Standartı) uyğun hazırlanmış maliyyə hesabatlarını ictimaiyyətə açıqlayıb.Şirkətin baş maliyyə inzibatçısı Dilarə Babayeva Azərtac-a bildirib ki, "PAŞA Həyat"ın hesabat ilindəki xalis mənfəəti 17.33 milyon AZN (2016-cı ilin nəticələri ilə müqayisədə 36,5 faiz artım) təşkil edib. Dekabrın 31-nə 2017-ci il tarixə olan hesabatına əsasən, məcmu aktivlərin həcmi 218.23 milyon AZN təşkil edib. Bu göstəriciyə görə hazırda Azərbaycanın ən iri sığorta şirkəti statusuna yiyələnən "PAŞA Həyat" aktivlərinin həcmini son 1 il ərzində 40 faizdən çox artırıb.Hesabata əsasən 2017-ci ilin sonuna şirkətin məcmu kapitalı 58.19 milyon AZN (+7,5 faiz), məcmu öhdəlikləri 160.04 milyon AZN (+58 faiz) olub.Ötən il ərzində şirkət 151.12 milyon AZN xalis sığorta premiyası toplamaqla bu göstəricini 2016-cı illə müqayisədə 2 dəfə üstələyib. Eyni zamanda, bu dövr ərzində "PAŞA Həyat" ASC tərəfindən müştərilərə 58 milyon AZN sığorta ödənişi edilməklə daha bir tarixi rekorda imza atılıb.xeber100.com  

Mart 19, 2018 3:10

COMEX-də qızılın unsiyasının qiyməti…

Amerika fond bazarında "Dow Jones" indeksi 0,29% - 24 946,51 bəndədək, "S&P 500" 0,17% - 2 752, 01 bəndədək, NASDAQ isə 0,00% - 7 481,99 bəndədək bahalaşıb. "Apa-Economics" xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 0,34% - 7 164,14 bəndədək, Almaniya DAX-ı 0,36% - 12 389, 58 bəndədək, Fransa CAC-40-ı 0,29% - 5 282, 75 bəndədək bahalaşıb. COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 5,50 dollar azalaraq 1 312,30 dollara, gümüşün unsiyasının qiyməti 0,15 dollar ucuzlaşaraq 16,27 dollara satılıb.xeber100.com

Mart 17, 2018 10:54

Qida Təhlükəsizliyi İnstitutu yaradılacaq

Qida Təhlükəsizliyi Agentliyinin tərkibində Qida Təhlükəsizliyi İnstitutu yaradılacaq.“Apa-Economics”in məlumatına görə, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bu gün keçirilən “Media və təhlükəsiz qida” mövzusundakı brifinqdə deyib.Onun sözlərinə görə, bu institutda laboratoriyalar olacaq: “Bu insttitut qida təhlükəsizliyini təhlil edəcək və məhsulların tərkibini araşdıracaq, onların tərkibini təhlil edəcək”.Q.Təhməzli bildirib ki, instutut əsasən geni modifikasiya edilmiş məhsulları araşdıracaq və bu məhsulların təhlili ilə məşğul olacaq: “İnstitut Azərbaycanada belə məhsulları müəyyən edəcək”.xeber100.com

Mart 17, 2018 10:49

Mərkəzi Bank tərəfindən depozit hərracı keçiriləcək

Martın 19-da Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.Azərtac Mərkəzi Banka istinadla xəbər verir ki, hibrid hərracda 250 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gündür. “Bloomberg” ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 8,01-12,99 faizdir.xeber100.com

Mart 16, 2018 4:54

Neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.Azərtac xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,39 dollar bahalaşaraq 66,17 dollar olub.Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,06 dollar ucuzlaşaraq 65,51 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,03 dollar azalaraq 62,30 dollar təşkil edib.xeber100.com

Mart 16, 2018 4:48
    Page 184 of 381« First«...102030...182183184185186...190200210...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az