“Glensol” şirkəti növbəti layihəyə başlayıb

“Global Energy Solutions” (“Glensol”) şirkəti Azərbaycan-Gürcüstan-Türkiyə (AGT) regionunda elektrik avadanlıqları və nəzarət-ölçü cihazlarına xidmətin göstərilməsi üzrə “BP Azerbaijan” şirkəti üçün növbəti layihəyə başlayıb.Şirkətdən Azərtac-a bildirilib ki, “Glensol” tərəfindən göstərilən xidmətlər Səngəçal terminalını, Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa neft ixrac kəmərlərini, eləcə də BP şirkətinin dənizdə yerləşən 7 platformasını əhatə edəcək. Layihə elektrik avadanlıqlarının və nəzarət-ölçü cihazlarının fasiləsiz istismar müddətinin maksimum səviyyəyə çatdırılması və fəaliyyət dövrünün optimallaşdırılması üçün müxtəlif işlərin icrasını, texniki xidmətin göstərilməsini, quraşdırma, istismara vermə, modifikasiya, inspeksiya işlərini nəzərə tutur. Layihə 3 il müddətində, əlavə 2 il uzadılma imkanı nəzərdə tutulmaqla həyata keçiriləcək.“Son 2 il ərzində BP şirkəti üçün ikinci iri layihəni əldə etməklə “Glensol” regionda öz sahəsində ən yaxşı yerli şirkətlər sırasında olduğunu təsdiq edib”, – deyə “Glensol”un baş direktoru Tamerlan Əliyev qeyd edib.“Hazırda biz həmçinin xarici bazarlarda işgüzar fəaliyyətimiz üzərində çalışırıq, xüsusilə Qazaxıstanda başladığımız fəaliyyət yerli iş təcrübəmizi xarici bazarda nümayiş etdirmək imkanı verəcək. Biz, ölkəmizi beynəlxalq səviyyədə təmsil edərək, beynəlxalq səviyyəli xidmətlərin göstərilməsində ön sıralarda olmağımızla fəxr edirik”, – deyə o əlavə edib.2012-ci ildə “Nobel Oil Services” şirkətinin törəməsi kimi yaradılan “Glensol” neft-mədən əməliyyatları və avadanlıqlara texniki xidmətin göstərilməsi üzrə ixtisaslaşır. “Glensol” avadanlıqların bütövlüyünün idarə edilməsi, istismar etibarlığının təmin edilməsi, turbinlərə, klapanlara, nasoslara texniki qulluq və təmir xidmətlərini göstərir. SOCAR, BP və digər böyük şirkətlər onun müştəriləri sırasındadır.xeber100.com

Yanvar 23, 2018 3:31

“CEO Lunch Tbilisi”yə qeydiyyat başlayıb

Fevralın 23-də Gürcüstanda keçiriləcək 4-cü “CEO Lunch Tbilisi”yə iştirakçı şirkət rəhbərlərinin qeydiyyatı başlayıb.Bu barədə Azərtac-a “Caspian European Club” və “Caspian American Club”un sədrinin birinci müavini Telman Əliyev deyib.O qeyd edib ki, “Caspian European Club” və “Caspian American Club”un üzv şirkətlərin rəhbərləri arasında keçirilmiş sorğuya əsasən respondentlərin əksər hissəsi Tbilisinin yeni təyin olunmuş meri Kaxa Kaladzeni fəxri qonaq qismində dəvət etməyi təklif edib: “Caspian European Club” öz növbəsində K.Kaladzenin adına 4-cü “CEO Lunch Tbilisi”də iştirak etmək xahişi ilə rəsmi məktub ünvanlayıb”.T.Əliyev fərdi şəkildə “CEO Lunch Tbilisi”nin bütün tədbirlər zamanı “CEO Lunch Tbilisi”də iştirak edən şirkət rəhbərləri və top-menecerlər ilə fərdi şəkildə söhbət edən, problemləri ilə maraqlanan və onların Azərbaycan və Gürcüstan arasındakı ikitərəfli iqtisadi və işgüzar əlaqələrin nizamlanması üzrə təkliflərini dinləyən Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənovun şəxsi dəstəyini və iştirakını xüsusilə vurğulayıb.O, həmçinin xatırladıb ki, Gürcüstanın baş naziri Georgi Kvirikaşvilinin iştirakı ilə birinci “CEO Lunch Tbilisi” “Caspian Energy Georgia”nın fəaliyyətinin rəsmi yenilənmə mərasimi çərçivəsində sentyabrın 29-da Gürcüstanda keçirilib.xeber100.com

Yanvar 22, 2018 3:26