“Bakı Metropoliteni” QSC: “Xocəsən” stansiyası ilk sərnişinlərini qəbul edir

“Xocəsən” stansiyası ilk sərnişinlərini qəbul edir. “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədovun sözlərinə görə, “Xocəsən” stansiyası “Bakımetrolayihə” İnstitutunun mütəxəssisləri tərəfindən layihələndirilib. Stansiyanın istismara verilməsi ilə “Bənövşəyi xətt”in sərnişinləri artıq 7 vaqondan ibarət qatarlardan istifadə edə biləcək. Bakı metrosunun sayca 27-ci stansiyası olan “Xocəsən” “Bakmil”dən fərqli olaraq sərnişindaşımalarına daha intensiv cəlb ediləcək. Metropolitenin mətbuat katibi Bəxtiyar Məmmədov isə qatarların intervalı ilə bağlı məsələyə toxunub. Qeyd edib ki, “Bənövşəyi xətt”də qatarlar “Avtovağzal” stansiyasından 8 dəqiqəlik intervalla hərəkət edir. Həmin stansiyadan sərnişinlər bir qatardan bir “Xocəsən” stansiyasına gələ biləcək: “Avtovağzaldan hərəkət edən qatarlar bir dəfə “8 Noyabr”, növbəti dəfə “Xocəsən” stansiyasına daxil olacaq və bunun nəticəsində də “Xocəsən”dən yola düşən qatarların intervalı 16 dəqiqə təşkil edəcək. Gələcəkdə sərnişinlərin sıxlığı və bir sıra məsələlər nəzərə alınaraq qatarların intervalı dəyişdirilə bilər”. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə dekabrın 23-də Bakı Metropoliteninin “Xocəsən” elektrik deposunun və “Xocəsən” stansiyasının açılışı olub.xeber100.com

Dekabr 23, 2022 11:40

MDB dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 75-ci iclası keçirilib

Qazaxıstanın Aktau şəhərində MDB dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 75-ci iclası keçirilib.Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib ki, iclasda əqli mülkiyyət hüquqlarının pozulmasının tətbiq edildiyi mallara münasibətdə məlumat mübadiləsinin reqlamenti ilə bağlı müzakirələrdə Şahin Bağırov xüsusilə, gömrük orqanları tərəfindən coğrafi göstəricilərin və əmtəə nişanlarının yanlış göstərilməsi hallarına qarşı mübarizənin gücləndirilməsinin və bu məsələnin davamlı diqqətdə saxlanılmasının vacibliyini vurğulayıb. Belə ki, artan ticarət dövriyyəsi zamanı bu cür yanlış göstəriciləri olan malların dövriyyəyə buraxılmasına qarşı əvvəlcədən gömrük orqanları tərəfindən aidiyyəti tədbirlər həyata keçirilməlidir.xeber100.com Qeyd edilib ki, nəqliyyat vasitələrinin gömrük plombları altında daşınmasının xüsusi texniki qaydaları mövcud olduğundan bu sahədə də zəruri işlər görülməlidir. Bu məsələlər beynəlxalq konvensiyalardan irəli gələrək nəqliyyat vasitələrinin qoşqu hissələrinə hər hansı kənar predmetlərin yerləşdirilməsi hallarının qarşısının alınmasında xüsusi önəm daşıyır.İclasda, həmçinin gömrük məsələləri ilə bağlı bir sıra müzakirələr də aparılıb.xeber100.com  

Dekabr 10, 2022 5:36