“Trans Uzbekistan/Trans Logistica – 2017” sərgisində

Daşkənddə keçirilən “Trans Uzbekistan/Trans Logistica – 2017” sərgisində Azərbaycanın “ACSC Logistics” və “Trans Torg Azerbaijan” şirkətləri də qatılıb.Sərgidə dünyanın müxtəlif ölkələrini təmsil edən 50-yə yaxın şirkət və firma iştirak edib.Azərtac xəbər verir ki, Azərbaycanı təmsil edən şirkətlərin nümayəndələri gördüyü işlər haqqında sərgi iştirakçılarına məlumat verib, şirkətin fəaliyyəti ilə bağlı jurnal və açıqçalar paylayıblar.“ACSC Logistics”-ın baş direktoru Azər Məmmədov bildirib ki, şirkət nəqliyyat marşrutlarında - Xəzər dənizi, Qara dəniz, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Türkmənistan və Özbəkistan da daxil olmaqla dəniz və dəmiryol sahələrində həmçinin həmsərhəd dəmir yollarında ekspeditor xidmətləri göstəririk. Xəzər və Qara dənizin limanları - Bakı, Hövsan, Poti, Batumi, Aktau, Kurık, Türkmənbaşı və digər limanlarda yükləmə-boşaltma, yüklərin qorunması, xüsusi şəraitdə yüklərin daşınması işlərini də yerinə yetirir və digər işləri icra edirik.“Trans Torg Azerbaijan” şirkətinin rəhbəri Elnur Rüstəmov məlumat verib ki, şirkət dəniz daşımaları, yüklərin sığortalanması, Azərbaycanda və ölkəmizdən kənarda terminal xidmətləri, yüklərin limanlarda yerləşdirilməsi, paromdan istifadə etməklə yükdaşımalarının təşkili, geniş profilli yük vaqonları parkından istifadə, Azərbaycanda və xarici ölkələrdə gömrük xidmətləri və digər işləri yerinə yetirir.xeber100.com

Noyabr 18, 2017 7:08