Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatı əsasında…

Özəlləşdirmə portalına baxış sayı milyonu ötüb.Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) Azərtac-a bildirilib ki, komitə tərəfindən ötən ilin avqust ayında istifadəyə verilən Özəlləşdirmə portalının fəaliyyəti öz müsbət nəticəsini verir. Yarandığı vaxtdan portala milyondan artıq baxış olub. Təkcə bu il ərzində isə portala 665 minə yaxın ziyarətçi daxil olub.Statistik göstəricilərə əsasən, portalın gün və ay ərzində istifadəçi sayı çoxluq təşkil edir. Belə ki, portala bir ayda 86 minə yaxın, gün ərzində isə 3 mindən çox investor və vətəndaş baxışı olub. Bildirilib ki, portala daxil olanların 67,8 faizi mobil telefonla, 32,2 faizi isə kompüter vasitəsilə olub.Bu onu göstərir ki, ölkəmizdə investorların əmlak sahibi olmaq imkanları digər illərlə müqayisədə daha da artır. Alınan əmlakın biznes obyektinə çevrilməsi üçünsə şərait genişləndirilir. Təbii ki, bu göstəricilərin yüksək olmasının əsas səbəbi özəlləşdirilmənin sürətlənməsi istiqamətində görülən innovativ tədbirlərdir. Özəlləşmə prosesini həyata keçirən qurum olaraq ƏMDK isə bu prosesdə aktivliyin, şəffaflığın, çevikliyin təmin edilməsi, müvafiq prosedurların elektron üsullarla gerçəkləşdirilməsi üzrə mütəmadi olaraq işlər reallaşdırır. Belə tədbirlər isə müasir prinsip və metodlara əsaslanır. Yeni yanaşmalar tətbiq edilməklə həyata keçirilən özəlləşdirilmə prosesi artıq öz nəticəsini verir. Belə ki, prosesə investor marağı artır, dövlət müəssisələri iri sərmayəçilər tərəfindən özəlləşdirilir.Vətəndaşların iştirakında məhdudiyyətin və maneənin olmaması hərraca marağın artmasına gətirib çıxarıb. İnsanların marağını cəlb edən faktorlar bununla bitmir. Belə ki, özəlləşdirmə portalının xüsusi və rahat dizayna malik olması da portala daxil olanların sayını artıran səbəblərdəndir.Məqsəd ölkədə özəlləşdirilmə sahəsində həyata keçirilən işlərin işıqlandırılması, bu sahədə əlçatanlığın və operativliyin təmin edilməsi, əmlaklara investorların cəlb olunmasıdır.xeber100.com  

Noyabr 1, 2017 1:55

TANAP layihəsi üzrə işlərin 86 faizi tamamlanıb

Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsi üzrə işlərin 86 faizi tamamlanıb.Bu barədə Azərtac-a eksklüziv açıqlamasında TANAP-ın baş direktoru Saltuk Düzyol deyib.O bildirib ki, Faza-0, yəni 2018-ci ilin iyununda Türkiyəyə ilk təbii qazın verilməsi üçün işlərin 93 faizi görülüb. Faza-1, yəni 2019-cu ilin sonunda Türkiyədən keçməklə Avropaya təbii qazın verilməsi üçün tamamlanması nəzərdə tutulan işlərin isə 70 faizi görülüb. Bununla da, ümumilikdə TANAP layihəsi çərçivəsində bütün işlərin təxminən 86 faizi icra olunub”, - deyə S.Düzyol əlavə edib.Qeyd edək ki, Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP “Cənub” qaz dəhlizinin tərkib hissəsi olan layihədir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə “Trans-Adriatik” (TAP) qaz boru kəmərinə birləşəcək. Uzunluğu 1850 kilometr olan TANAP-ın Əskişəhərə qədər olan hissəsinin 2018-ci ilin ortasında istismara verilməsi nəzərdə tutulur. Layihənin dəyəri hazırda 7,99 milyard ABŞ dollarıdır. TANAP üzrə Azərbaycan şirkətlərinin xərclərinin 2020-ci ilədək ümumilikdə 6,2 milyard dollar olacağı nəzərdə tutulur.Boru kəmərinin Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər 56 düym diametrli hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düym diametrli hissəsinin uzunluğu isə 480 kilometrdir. Bundan başqa, TANAP 2x36 düym diametrli 18 kilometr uzunluğunda sualtı hissədən də ibarətdir. TANAP-ın tikintisi üzrə ilk mərhələ sona çatdırılıb və hazırda ikinci mərhələ üzrə işlər davam etdirilir. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var.TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub Qaz Dəhlizi” QSC - 58 faiz, “Botaş” - 30 faiz və BP şirkəti - 12 faiz.xeber100.com

Oktyabr 31, 2017 3:17