“The Jerusalem Post” qəzeti yazır…

srailin nüfuzlu ingilisdilli “The Jerusalem Post” qəzetində Bakı Şopinq Festivalı haqqına geniş məqalə dərc edilib. Tanınmış jurnalist Arye Qutun müəllifi olduğu məqalədə qeyd olunur ki, bu ilin aprel-may aylarında keçirilən ilk festivalın nəticəsi kifayət qədər uğurlu olub. Belə ki, yalnız aprel ayı ərzində ölkəyə 187,577 turist gəlib, festivalın keçirilməsindən isə dövlət büdcəsinə 5,6 milyon manat vəsait daxil olub.Bu barədə Azərtac-a Azərbaycan Konqreslər Bürosundan məlumat verilib.Müəllif yazır ki, ikinci festival isə öz yenilikləri ilə yadda qalacaq və ölkəyə daha çox turist cəlb edəcək. AZAL və Azərbaycan Konqreslər Bürosunun birgə təşkilatçılığı ilə Azərbaycana ucuz tur paketlərin təşkili məhz buna hesablanıb. Hazırda bu kampaniya çərçivəsində dünyanın 10 şəhərindən Bakıya bazar qiymətinə nisbətən daha münasib qiymətlərlə tur-paketlər təklif edilir. Bu tur-paketlərlə ölkəyə səfər edənlər festival müddətində etdikləri alış-verişin ƏDV-nin bir qismini geri almaqla yanaşı, həm də təşkil olunacaq müxtəlif daxili turlar sayəsində öz istirahətlərini daha da maraqlı edə bilərlər.Qəzetdə qeyd edilir ki, adı çəkilən turlara sığorta, transfer, şopinq turlarda iştirak da daxildir. Turistlərə təklif olunan imkanlar arasında onlara verilən hədiyyələr də xüsusilə maraqlıdır. Belə ki, alış-verişin stimullaşdırılması üçün yalnız turistlər üçün hədiyyə kartları təklif ediləcək ki, həmin kartlar vasitəsilə Festival iştirakçısı olan bəzi mağazalarda minimum 10 faiz endirim əldə etmək mümkün olacaq. İstifadə edilməyən hədiyyə kartları isə festivalın sonuna qədər turizm şirkətinə geri qaytarıla bilər.Müəllif sonda israilli turistləri də bu imkandan yararlanmağa və Bakı Şopinq Festivalına qatılmağa dəvət edir.xeber100.com

Oktyabr 25, 2017 1:14

İqtisadiyyat Nazirliyinin məlumatına əsasən…

İqtisadiyyat Nazirliyində İnnovasiya Müsabiqəsi Komissiyasının ilk iclası keçirilib.İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, tədbirdə komissiyaya üzv olan aidiyyəti qurumların - Təhsil, Gənclər və İdman, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, "ASAN xidmət"in və Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin, beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.Komissiyanın sədri, iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova dünyada baş verən müasir inkişaf meyilləri, iqtisadiyyatın davamlı inkişafının təmin edilməsi, rəqabətqabiliyyətliliyinin və ixrac potensialının artırılması, ətraf mühitin mühafizəsinin gücləndirilməsi baxımından innovasiyaların mühüm əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, dayanıqlı inkişafın təmin olunması məqsədilə qəbul edilmiş strateji sənədlərin mühüm hədəflərindən biri də innovasiyaların təşviqidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında, həmçinin müxtəlif sektorları əhatə edən Strateji Yol xəritələrində innovasiya ilə əlaqədar bir sıra hədəflər müəyyənləşdirilib. Nazir müavini diqqətə çatdırıb ki, Azərbaycan BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədi və 169 hədəfi özündə birləşdirən yeni qlobal Dayanıqlı İnkişaf Məqsədləri təşəbbüsünə qoşulub və BMT-nin 2030-cu ilədək Dayanıqlı İnkişaf üzrə Gündəliyinin məqsədlərindən biri də məhz möhkəm infrastruktur qurmaq, inklüziv və dayanıqlı sənayeləşdirməni təşviq etmək və innovasiyaları həvəsləndirməkdir.Sonra İqtisadiyyat Nazirliyinin dayanıqlı inkişaf şöbəsinin əməkdaşı Elnur İbrahimov Respublika İnnovasiya Müsabiqəsinin məqsədi və əhəmiyyəti barədə təqdimatla çıxış edib.İclasda komissiya üzvü olan dövlət qurumlarının və beynəlxalq təşkilatların nümayəndələrinin təklifləri dinlənilib, müzakirələr aparılıb, qiymətləndirmə və müsabiqə sahələri təsdiqlənib.xeber100.com

Oktyabr 24, 2017 1:58