05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. İqtisadiyyat

İkinci Şopinq Festivalı başlayır

Bu gündən etibarən Bakıda İkinci Şopinq Festivalına başlanılır.Azərtac xəbər verir ki, festival bir çox yeniliklərlə əvvəlki festivaldan fərqlənəcək. Budəfəki festivalda 400-dən artıq ticarət obyektinin iştirakı gözlənilir.Festivalda mağazaların və xidmət mərkəzlərinin əksəriyyətinin əlavə dəyər vergisinin qaytarılması sisteminə qoşulması ilə turistlər və yerli alıcılar üçün böyük fürsətlər təqdim olunacaq. Belə ki, ilk dəfə olaraq supermarketlər də festivala qoşulmağa qərar veriblər. Bunlar “Bravo” hipermarketi və “Neptun” supermarketidir. Bundan əlavə, bir sıra apteklər də festivala qoşulacaq.Noyabrın 15-dək davam edəcək İkinci Şopinq Festivalında 111 müəssisə tərəfdaş qismində çıxış edəcək. Festivala ümumilikdə 578 müəssisə qatılıb.xeber100.com

Oktyabr 15, 2017 12:37

Dünya birjalarında neftin qiyməti…

Dünya birjalarında neftin qiyməti 1 dollaradək bahalaşıb.Azərtac xəbər verir ki, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,85 dollar bahalaşaraq 51,45 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti isə 0,92 dollar artaraq 57,17 dollar təşkil edib.xeber100.com

Oktyabr 14, 2017 5:02

Avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Oktyabrın 14-də axşam saat 22:00-dan etibarən Bakının Xətai rayonu, Yusif Səfərov küçəsində üfüqi nişanlanma xətlərinin yenidən çəkilişi işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən mədudlaşdırılacaq.Bu barədə Azərtac-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən bildirilib.Sözügedən ərazidə rənglənmə işlərinin səhər saatlarınadək yekunlaşdırılması nəzərdə tutulub."Azəravtoyol” ASC tərəfindən avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə yol-cizgi və yolgöstərici xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilməsi işləri davam etdirilir.xeber100.com

Oktyabr 14, 2017 4:57

Banklar gücləndirilmiş iş rejiminə keçəcək

İkinci Bakı Şopinq Festivalı ilə əlaqədar olaraq Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) tövsiyəsi ilə oktyabrın 15-dən etibarən 24 bankın 58 filial və şöbəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.MBNP-nin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, festival dövründə ölkə vətəndaşları və qonaqların valyuta mübadiləsi xidmətlərindən rahat və fasiləsiz yararlana bilmələri üçün bankların 7 filial və şöbəsi həftənin bütün günləri 24 saat, digərləri isə şənbə və bazar günləri də daxil olmaqla gücləndirilmiş iş rejimində xidmət göstərəcək.xeber100.com

Oktyabr 14, 2017 4:53

“Azərbaycan Dəmir Yolları” QSC-nin məlumatı

Bakıdan Naxçıvana dəmir yolu xətti yaradılacaq.Azərtac xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında deyib.O bildirib ki, bu xəttin yaradılması Türkiyə və ya İran üzərindən mümkündür. Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə verildikdən sonra Qarsdan Sədərəkə dəmir yolu xətti çəkilə bilər. Bu layihənin dəyəri 2-2,5 milyard dollar təşkil edir. Türkiyə dövlətinin bu maliyyəni nə vaxt ayıracağı məlum deyil.C.Qurbanovun sözlərinə görə, Bakıdan Naxçıvana dəmir yolu əlaqəsinin yaradılması İran istiqamətindən də həyata keçirmək mümkündür. İranda “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi tikildikdən sonra, bu ölkədən keçərək 1450 kilometr məsafəni qatarla Bakıdan Naxçıvana qət etmək mümkün olacaq. Bu yolun maliyyə dəyəri 1 milyard dollar təşkil edir. İran tərəfi yolun torpağını almağı öhdəsinə götürüb. Bütün bu tikinti işləri yekunlaşandan sonra İrandan keçməklə yəni 1450 kilometr ötməklə Bakıdan Naxçıvana məsafə qət edə biləcəyik. Dövlət başçısı da bu layihənin reallaşmasında maraqlıdır.xeber100.com

Oktyabr 13, 2017 3:56

Avropa Banklar Federasiyasının 45-ci toplantısı keçirilib

Azərbaycan Banklar Assosiasiyasının (ABA) icraçı direktoru Yunus Abdulov Avropa Banklar Federasiyasının (ABF) Brüssel şəhərində keçirilən 45-ci toplantısında iştirak edib.Azərtac ABA-ya istinadla xəbər verir ki, iclasda Avropa İttifaqı ölkələrində baş verən son hadisələr, Avropa İnvestisiya Bankının Qərbi Balkan və Avropa İttifaqında rolu, risklərin azaldılması üçün tədbirlər və bu barədə danışıqlar, "FinTechs"in diqqət mərkəzində olması, üzvlüyün inkişafı, həmçinin digər məsələlər müzakirə edilərək fikir mübadiləsi aparılıb.Qeyd edək ki, Almaniyanın Frankfurt şəhərində də nümayəndəliyi olan ABF-nin baş qərargahı Brüsseldə yerləşir. Avropanın 32 ölkəsinin banklar assosiasiyaları federasiyanın üzvüdür. Bu assosiasiyalar, ümumilikdə 3500 Avropa banklarını və 2 milyon bank əməkdaşını təmsil edir. ABA federasiyanın təcrübəsindən sıx faydalanır. ABA-nın icraçı direktoru Yunus Abdulov federasiyanın Brüsseldəki baş ofisində iş təcrübəsinə malikdir. Hazırda ABA-nın nəzdində fəaliyyət göstərən ekspert qruplarının işinin təşkilində mövcud xarici təcrübə tətbiq olunmaqdadır. ABA 2008-ci ilin fevralından ABF-nin assosiativ üzvüdür.xeber100.com

Oktyabr 13, 2017 3:49

“AtaBank” həftənin bütün günləri fəaliyyət göstərəcək

İkinci Bakı Şopinq Festivalı ilə əlaqədar "AtaBank" həftənin bütün günləri fəaliyyət göstərəcək.Bankdan Azərtac-a bildiriblər ki, "AtaBank"ın 2 filial və 1 şöbəsi oktyabrın 15-dən noyabrın 15-dək şənbə-bazar günləri də daxil olmaqla, saat 09:00-dan – 18:00-dək gücləndirilmiş iş rejimində işləyəcək:"Mərkəz" filialı - Bakı şəhəri, Ş.Bədəlbəyli küçəsi, 102; 09:00 – 18:00-dək (fasiləsiz)"Bakı" filialı - Bakı şəhəri, Neftçilər prospekti, 67; 09:00 – 18:00-dək (fasiləsiz)"Sahil" şöbəsi - Bakı şəhəri, Puşkin küçəsi, 9; 09:00 – 18:00-dək (fasiləsiz)Filialların müvəqqəti iş rejiminə keçidi İkinci Bakı Şopinq Festivalı zamanı həm yerli müştərilərə, həm də şəhərin qonaqlarına keyfiyyətli və fasiləsiz xidmət göstərmək məqsədilə həyata keçirilir.xeber100.com

Oktyabr 13, 2017 3:46

Azərbaycan-ABŞ biznes-forumu keçiriləcək

Oktyabrın 16-da ABŞ-ın iş adamlarından ibarət nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Bakıda Azərbaycan-ABŞ biznes-forumu keçiriləcək. Tədbir İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə baş tutacaq.AZPROMO-dan Azərtac-a bildiriblər ki, tədbirə tikinti və tikinti materialları, İKT, kənd təsərrüfatı texnologiyaları, mühəndislik, ödəmə sistemləri, avtomobil icarəsi, logistika, radar sistemləri, aerokosmik müdafiə sistemləri, təhlükəsizlik, layihələrin idarə olunması, maliyyə, avadanlıq, ağartı məhsulları və digər sahələrdə fəaliyyət göstərən 17 ABŞ şirkətinin qatılacağı gözlənilir.xeber100.com

Oktyabr 12, 2017 1:58

Növbəti Şopinq Festivalı keçiriləcək

Bakıda İkinci Şopinq Festivalının keçirilməsi üçün Vergilər Nazirliyi bütün qüvvəsini səfərbər edəcək. Budəfəki festival keçəndəfəki festivaldan fərqli olacaq.Azərtac xəbər verir ki, bu fikri İkinci Şopinq Festivalına həsr edilmiş mətbuat konfransında vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.Nazir müavini bildirib ki, bu festivalın təşkili üçün Vergilər Nazirliyi müvafiq iş rejimində çalışacaq. Nazirliyin 30 əməkdaşı iki növbədə işləyəcək. Bir sözlə, Vergilər Nazirliyi operativ olaraq festivala tam hazırdır.Diqqətə çatdırılıb ki, budəfəki festivala artıq iki bank - AzərTürk Bank və Azərbaycan Beynəlxalq Bank xidmətlərini təklif edib.xeber100.com

Oktyabr 12, 2017 1:56

“Azərbaycan kapital bazarları: imkanlar və perspektivlər” adlı konfrans keçirəcək

Oktyabrın 17-də Bakı Fond Birjası "SOCAR Capital" ilə birgə "Azərbaycan kapital bazarları: imkanlar və perspektivlər" adlı konfrans keçirəcək.Azərtac Azərbaycan Banklar Assosiasiyasına istinadla xəbər verir ki, konfransda Azərbaycan kapital bazarlarının perspektivlərindən, kapital bazarlarında maliyyələşmənin yollarından və mövcud təcrübədən danışılacaq.xeber100.com

Oktyabr 12, 2017 1:53
    Page 224 of 380« First«...102030...222223224225226...230240250...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az