“2014-2018-ci illərdə sosial-iqtisadi inkişaf”…

“Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən 40 yaşayış məntəqəsinə təbii qaz verilib.Birliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Azərtac-a bildirilib ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası məqsədilə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən təxirə salınmaz işlər həyata keçirilir. Belə ki, əhali istehlakçılarının mənzillərində istismar edilən istismar müddəti başa çatmış sayğaclar yenisi ilə əvəzlənir, yeni qaz kəmərləri çəkilir və istismara yararsız vəziyyətdə olan qaz tənzimləyiciləri yeniləri ilə əvəz edilir.İstehlakçıların qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanlarının artırılması və yaşayış məntəqələrinin qazlaşdırılması üçün birlik tərəfindən cari ilin yanvar-avqust ayları ərzində 958,3 kilometr yeni qaz kəməri quraşdırılıb, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 143,3 kilometr qaz kəməri əsaslı təmir olunub.Aparılan tikinti-quraşdırma işləri nəticəsində Goranboy, Ağcabədi, Bərdə, Şəki, Ucar, Quba, Qusar, Oğuz, İmişli, Saatlı, Sabirabad, Lerik, Ağstafa, Xaçmaz və Masallı rayonları üzrə 40 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qazla təmin edilib.xeber100.com

Sentyabr 12, 2017 3:02

Neft hasilatının azaldılması üzrə sazişin müddəti müzakirə edilib

Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) neft hasilatının azaldılması üzrə sazişin müddətinin uzadılmasını müzakirə edir.Azərtac “bloomberght.com”a istinadla xəbər verir ki, OPEC kartelə üzv və bəzi qeyri-OPEC ölkələri ilə əldə edilən və gələn ilin mart ayının sonunda başa çatacaq neft hasilatının azaldılması üzrə sazişin müddətinin 3 ay və daha uzun vaxta uzadılmasını nəzərdən keçirir.OPEC-ə yaxın mənbələrin məlumatına görə, sazişin müddətinin 2018-ci ilin ikinci yarısının sonunadək uzadılması əsas müzakirə mövzusudur. Sazişin müddətinin 3 aydan daha uzun vaxta uzadılması isə OPEC+ nazirlərinin tərtib etdikləri fövqəladə vəziyyətə dair ssenarilərə uyğun reallaşa bilər.Həmçinin hasilat kvotasının daha da azaldılması Liviya və Nigeriyanın yenidən istehsala başlaması ilə birgə OPEC-in istehsalının hazırkı səviyyələrində qalması üçün lazım olacaq.Digər bir mənbəyə görə isə müzakirə edilən variantlardan biri də sazişin müddətinin 6 ay uzadılmasıdır.Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Bu il mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində OPEC-ə üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub.xeber100.com

Sentyabr 12, 2017 2:58