07 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İqtisadiyyat

“Made in Azerbaijan” brendinin təşviqi çərçivəsində

"Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqi çərçivəsində Azərbaycan ixracatçılarına 2 milyon manatadək vəsait ödənilib.Azərtac xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Sahil Babayev deyib."Bu ilin 8 ayı ərzində kənd təsərrüfatı məhsullarının ixracı sahəsində 37 faiz, sənaye məhsullarının ixracı sahəsində isə 25,4 faiz artım müşahidə olunub. Bununla yanaşı, ixrac olunan məhsulların çeşidi 17 faiz artıb”, - deyə nazir müavini bildirib.xeber100.com

Sentyabr 16, 2017 6:20

Dövlət Gömrük Komitəsinin məlumatı

Dövlət Gömrük Komitəsi (DGK) mövcud ənənəni davam etdirərək, sentyabrın 16-da müxtəlif vaxtlarda respublikamızın ali məktəblərini bitirən məzunlar üçün test imtahanları keçirib. İmtahanlarda 244 nəfər iştirak edib.DGK-nın mətbuat xidmətindən Azərtac-a bildirilib ki, tam şəffaflıq şəraitində aparılan imtahanlarda müraciət etmiş şəxslər öz biliklərini sınayıblar.Xatırladaq ki, DGK nəzdində Attestasiya Komissiyası üzvlərinin iştirakı ilə aparılan test imtahanlarında daha çox bal toplayan gənclər növbəti mərhələdə iştirak etmək hüququ qazanacaqlar.xeber100.com

Sentyabr 16, 2017 5:21

“Layt” markalı neftin qiyməti ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,14 dollar ucuzlaşaraq 49,75 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,17 dollar azalaraq 55,30 dollar təşkil edib.Azərtac xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,92 dollar bahalaşaraq 58,55 dollar olub.xeber100.com

Sentyabr 15, 2017 2:50

“Etihad Airways” Azərbaycana uçuşlara başlayacaq

Birləşmiş Ərəb Əmirliklərinin "Etihad Airways" şirkəti 2018-ci ildən Azərbaycana uçuşlara başlayacaq.Azərtac xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri Mohamed Hamel Alqubaisi deyib.xeber100.com

Sentyabr 15, 2017 2:45

MDB İqtisadi Şurasının 75-ci iclası keçirilib

Sentyabrın 15-də Moskvada MDB İqtisadi Şurasının 75-ci iclası keçirilib. İclasda Azərbaycanı Baş nazirin birinci müavini Yaqub Eyyubovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.İclas iştirakçıları torpaqların meliorasiyası, neft-qaz maşınqayırması sahələrində əməkdaşlıq konsepsiyası, malların mənşəyinin müəyyən edilməsi haqqında sazişə, eləcə də beynəlxalq avtomobil yükdaşıyıcılarının peşəkarlığının artırılması barədə sazişə əlavələr edilməsi məsələlərini nəzərdən keçiriblər.İqtisadi Şuranın üzvləri bu ilin noyabrında keçiriləcək MDB Hökumət Başçıları Şurasının iclasına təqdim olunacaq bir sıra sənədlərin layihələrini müzakirə ediblər. Sənədlər arasında beynəlxalq kartellərlə mübarizədə səylərin birləşdirilməsi, MDB Hökumət Başçıları Şurası ilə MDB Dövlət Başçıları Şurasının səlahiyyətlərinin müəyyən edilməsi, eləcə də MDB Xarici İşlər Nazirləri Şurası və MDB İqtisadi Şurası haqqında əsasnamələrin layihələri var idi.İclasda 2010-cu ilədək MDB ölkələrində əhalinin siyahıyaalınmasına hazırlıq məsələləri diqqət mərkəzində olub, büdcə-maliyyə və təşkilatı məsələlərə baxılıb.MDB İqtisadi Şurasının növbəti iclası bu ilin dekabrında Moskvada keçiriləcək.xeber100.com

Sentyabr 15, 2017 2:35

Neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,10 dollar ucuzlaşaraq 49,20 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,14 dollar azalaraq 55,02 dollar təşkil edib.Azərtac xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,73 dollar bahalaşaraq 57,63 dollar olub.xeber100.com

Sentyabr 14, 2017 3:07

“Kapital Bank” güzəştli kredit kampaniyası təqdim edir

"Kapital Bank" dekabrın 1-dək təhsil işçilərinə "Gözəl peşə, özəl təklif" adlı güzəştli kredit kampaniyası təqdim edir.Bankdan Azərtac-a bildiriblər ki, aksiya çərçivəsində "Kapital Bank"a müraciət edən təhsil işçilərinə illik faiz dərəcəsində 2 faizədək endirim edilir. Həmçinin bəzi hallarda kredit komissiyasız və 8 000 AZN-dək zaminsiz veriləcək.Qeyd edək ki, "Kapital Bank"da "Gündəlik tələbat krediti"nin məbləği 300 – 20 000 manat təşkil edir, müddəti isə 3 aydan 48 ayadək rəsmiləşdirilə bilər. Bu məhsul üzrə kreditlər əməkhaqqını bankdan alanlara şamil edilir. Kredit rəsmiləşdirilməsi üçün əmək haqqı kartı, həmçinin şəxsiyyəti təsdiq edən sənəd tələb olunur.xeber100.com

Sentyabr 14, 2017 3:04

Mərkəzi Bankda hərrac keçirilib

Sentyabrın 14-də Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.Bankdan Azərtac-a bildiriblər ki, hərracda manatın ortaçəkili məzənnəsi 1,7007 səviyyəsində formalaşıb.xeber100.com

Sentyabr 14, 2017 3:00

“Caspian İnd Expo” beynəlxalq sənaye sərgisində

Türkiyənin İzmir şəhərinin yaxınlığında yerləşən azad iqtisadi zonada fəaliyyət göstərən “İzbaş” şirkəti Azərbaycan şirkətləri ilə biznes əlaqələri qurub.Bu sözləri Bakıda keçirilən “Caspian İnd Expo” beynəlxalq sənaye sərgisində şirkətin həmtəsisçisi Emir Ənsari Azərtac-a müsahibəsində deyib.E.Ənsari bildirib ki, rəhbərlik etdiyi qurum əsasən dəri və tekstil sənayesi sahəsində ixtisaslaşıb. Müəssisə ən müasir avadanlıqlarla təchiz olunduğundan “İzbaş”ın keyfiyyətli məhsullarına böyük tələbat var.Onun sözlərinə görə, ölkəmizə də tekstil və dəri məmulatları ixrac olunur. “Biz Azərbaycanın bəzi şirkətləri ilə sıx münasibətlər qurmuşuq. Azərbaycandakı şirkətləri İzmirə - azad iqtisadi zonada işbirliyi qurmağa dəvət edirik”, - deyə E.Ənsari bildirib.xeber100.com

Sentyabr 14, 2017 2:57

Beynəlxalq Aeroportun məlumatı

“ALNASER Airlines” bu günə olan Bağdad-Bakı-Bağdad aviareysini ləğv edib.Azərtac xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun onlayn tablosunda qeyd edilib.Məlumat verilib ki, axşam saat 17:38-də NR156 saylı Bakı-Bağdad və saat 17:37-də NR155 saylı Bağdad-Bakı reysləri ləğv olunub. “ALNASER Airlines” aviaşirkəti ləğv olunma ilə bağlı heç bir səbəb bildirməyib.xeber100.com

Sentyabr 14, 2017 2:54
    Page 234 of 381« First«...102030...232233234235236...240250260...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az