“Kapital Bank” filial şəbəkəsinin optimallaşdırılması layihəsi çərçivəsində…

"Kapital Bank" filial şəbəkəsinin optimallaşdırılması layihəsi çərçivəsində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Binə ticarət mərkəzində yeni şöbəsini istifadəyə verib.Bankdan Azərtac-a bildiriblər ki, müştərilər yeni konsepsiya əsasında təmir edilən şöbədə müasir bank xidmətlərindən istifadə edə bilərlər. Şöbə ilkin olaraq həftə içi saat 09:00-dan 17:00-dək, gələcəkdə isə şənbə və bazar günləri də daxil olmaqla fəaliyyət göstərəcək."Kapital Bank"ın yeni şöbəsi, müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir. Yeni şöbə müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir.Qeyd edək ki, "Kapital Bank" filial şəbəkəsinin transformasiyası istiqamətində müəyyən tədbirlər həyata keçirir. 2017-ci ildə yeni "Bravo" və "Nərimanov Kart Mərkəzi" filialları, "Buzovna" və "Dəmiryol" şöbələri fəaliyyətə başlayıb, "Həzi Aslanov", "Qubadlı" və "Göyçay" filialları yeni ünvana köçürülüb. Bankın yenilənmiş filiallarında vahid korporativ interyer dizayn standartları tətbiq edilib və bu proses hazırda davam edir. Cari ildə daha bir sıra şəhər və region filiallarının yeni konsepsiyaya uyğun əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır.Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank" 92 filialı və 6 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət etmək olar.xeber100.com

İyun 7, 2017 12:21

Dəniz Təhlükəsizliyi Komitəsinin 98–ci sessiyası keçiriləcək

İyunun 7-16-da Beynəlxalq Dəniz Təşkilatının (BDT) Böyük Britaniyanın paytaxtı London şəhərində yerləşən baş qərargahında Təşkilatın Dəniz Təhlükəsizliyi Komitəsinin 98–ci sessiyası keçiriləcək. 1995–ci ildən Azərbaycan Respublikasının üzv olduğu adıçəkilən Beynəlxalq Təşkilatın sessiyasında Azərbaycanı Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.Dəniz Administrasiyasının mətbuat xidmətindən Azərtac-a bildirilib ki, keçiriləcək sessiyanın gündəliyində etimadnamələr haqqında məruzə, Beynəlxalq Dəniz Təşkilatının digər üzvlərinin qərarları, əsas sənədlərə dair düzəlişlərin qəbulu və nəzərdən keçirilməsi, BDT–nin sənədlərinin erkən tətbiqi, dənizdə təhlükəsizliyin artırılmasına dair tədbirlər, yeni gəmilərin inşa edilməsinə dair standartlar, yük və konteynerlərin daşınması, çirklənmənin qarşısının alınması və cavab tədbirləri, insan amili, təlim və növbəçəkmə, gəmi dizaynı və konstruksiyası, naviqasiya, kommunikasiya, axtarış və xilasetmə, gəmi sistemləri və avadanlıqları, yeni tədbirlərin tətbiq edilməsi üçün potensial imkanların yaradılması, dəniz üzgüçülüyünün təhlükəsizliyinin qiymətləndirilməsi, gəmilərə edilən silahlı basqın və dəniz quldurluğu, qeyri-qanuni miqrasiya, BDT alətlərinin implementasiyası, beynəlxalq təşkilatlarla əlaqələr və digər mühüm məsələlərin müzakirəsi nəzərdə tutulub.xeber100.com

İyun 6, 2017 2:05