19 İyun 2026 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İqtisadiyyat

“Türk Hava Yolları” uçuşların sayını artırıb

“Türk Hava Yolları” İstanbul-Bakı-İstanbul aviareysi üzrə uçuşların sayını artırıb.Azərtac xəbər verir ki, bu barədə “Türk Hava Yolları”nın Bakı ofisindən bildirilib. “Türk Hava Yolları” İstanbul uçuşlarına olan yüksək tələbatı nəzərə alaraq avqustun 27-dən sentyabrın 20-dək gündəlik əlavə bir uçuşun yerinə yetirilməsinə qərar verib. Bununla da, göstərilən tarixlərdə hər gün 5 İstanbul-Bakı-İstanbul uçuşu yerinə yetiriləcək.Qeyd edək ki, uçuşlar “Boeing 737-800” təyyarələri ilə həyata keçirilir.xeber100.com

Avqust 29, 2017 3:01

Beynəlxalq Avtovağzal Kompleksi gücləndirilmiş iş rejiminə keçir

Bakı Beynəlxalq Avtovağzal Kompleksi Qurban bayramı ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçir.Azərtac xəbər verir ki, bu barədə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat xidmətinin rəhbəri Yaşar İsakov deyib. O bildirib ki, avqustun 30-dan sentyabrın 4-dək Bakı Beynəlxalq Avtovağzalı gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bayram ərəfəsində yarana biləcək sərnişin axınının qarşısını almaq və kompleksin ahəngdar işləməsini təmin etmək məqsədilə bir sıra tədbirlər həyata keçirilir.Y.İsakovun sözlərinə görə, hazırda gün ərzində 400-450 nəqliyyat vasitəsilə təxminən 11-12 min sərnişin yola salınırsa, bayram ərəfəsində 600-dən yuxarı reyslə 16 mindən yuxarı sərnişin daşınması nəzərdə tutulur. Kənardan dəvət olunmuş nəqliyyat vasitələrində qiymət intizamına nəzarət etmək üçün 11 nəfərdən ibarət komissiya yaradılıb.Avtovağzal rəsmisi qeyd edib ki, bütün təyin olunmuş qrafiklər üzrə reyslərə bilet satışları avtovağzalın qabaqcadan satış kassaları vasitəsilə və həmçinin onlayn qaydada 10 gün qabaqcadan həyata keçirilir.xeber100.com  

Avqust 29, 2017 2:57

Neft Fondunun iştirakı ilə hərrac keçirilib

Avqustun 29-da Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.Bankdan Azərtac-a bildiriblər ki, hərracda manatın ortaçəkili məzənnəsi 1,7010 səviyyəsində formalaşıb.xeber100.com

Avqust 29, 2017 2:53

“Azərbaycan Dəmir Yolları”nın məlumatı

“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Ekspress” Poti/Batumi-Keşlə konteyner blok qatarının fəaliyyətə başladığını elan edib.Azərtac şirkətə istinadla xəbər verir ki, həftədə 3 dəfə yola düşəcək qatarın bütün xidmətlərindən yararlanmaq üçün yük sahibləri və yükgöndərənlər 20 futluq konteyner üçün 800 ABŞ dolları, 40 futluq konteyner üçün isə 1000 ABŞ dolları ödəməlidir.Həmçinin qeyd edilib ki, bu qatar ilə 900 kilometr məsafə 30 saata başa vurulacaq.xeber100.com

Avqust 29, 2017 2:50

“Bank of Baku” yeni kampaniyaya start verib

"Bank of Baku" Qurban bayramı ərəfəsində “Bolkart” kredit kart müştərilərinin ürəyindən xəbər verəcək yeni 100 faiz nağdlaşdırma kampaniyasına start verib.Bankdan Azərtac-a bildiriblər ki, “Bolkart” sahiblərinin bayramına bayram qatacaq bu kampaniyadan bankın həm köhnə, həm də yeni Bolkart kredit kart sahibləri faydalana bilər.Kampaniya şərtlərinə əsasən, kart sahibi balansındakı məbləğin hamısını, yəni tam 100 faizini nağdlaşdırma imkanına malik olacaq.Nağdlaşdırma üçün yeni “Bolkart” kredit kartlarında 1 faiz, köhnə “Bolkart” kartlarında isə 4 faiz komissiya nəzərdə tutulub. Məsələn, köhnə “Bolkart” kredit kart sahibi, 1000 AZN nağdlaşdırma etsə və noyabrın 10-na qədər onu geri qaytarsa, əlavə heç bir faiz ödəməyəcək. Sadəcə 4 faiz nağdlaşdırma komissiyası nəzərə alınmaqla ümumilikdə 1040 AZN ödəniş edəcək.xeber100.com

Avqust 29, 2017 2:48

Neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,19 dollar ucuzlaşaraq 47,68 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti isə 0,14 dollar bahalaşaraq 52,55 dollar olub.xeber100.com

Avqust 28, 2017 12:30

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hərrac elan olunub

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən sentyabrın 26-da keçirilməsi nəzərdə tutulan yeni hərrac elan olunub.Komitədən Azərtac –a bildirilib ki, bu hərraca ümumilikdə 101 dövlət əmlakı çıxarılıb. Bunlardan 25-i səhmdar cəmiyyət, 15-i kiçik dövlət müəssisə və obyekti, 50-si istifadəsiz qeyri-yaşayış sahəsi, 11-i isə nəqliyyat vasitəsidir.Hərrac barədə informasiyalar komitənin rəsmi internet səhifəsi, Özəlləşdirmə portalı (privatization.az) və “facebook” səhifəsində yerləşdirilib. Mütəmadi yenilənən bu internet resursları vasitəsilə həm hərraca çıxarılan, həm də baş tutmuş hərraclarda satılmış əmlaklar haqqında məlumat almaq olar.xeber100.com

Avqust 28, 2017 12:28

Mərkəzi Bank depozit hərracının nəticələrini açıqlayıb

Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələri açıqlanıb.Bankdan Azərtac-a bildiriblər ki, avqustun 28-də Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 610,9 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 10,01 faiz təşkil edib.xeber100.com

Avqust 28, 2017 12:24

Avropa Yenidənqurma və İnkişaf Bankının məlumatı

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsi üçün Azərbaycana 500 milyon dollar kredit ayrılması üzrə layihənin yekun icmalını başa çatdırıb.Azərtac banka istinadla xəbər verir ki, layihənin yekun icmalının oktyabrın 18-də bankın idarə heyəti tərəfindən təsdiq olunması gözlənilir.Bu vəsait “Cənub Qaz Dəhlizi”nin ən böyük hissəsini təşkil edən TANAP layihəsində istifadə edilməsi üçün “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətinə (CQD) ayrılacaq. Kredit CQD-nin TANAP üzrə öhdəliklərinin bir hissəsinin maliyyələşdirilməsinə yönəldiləcək.EBRD ilə yanaşı, bir sıra digər beynəlxalq maliyyə institutları da TANAP layihəsini dəstəkləyib. Ümumi dəyəri 8,6 milyard dollar olan TANAP üçün daha əvvəl Dünya Bankının 800 milyon dollar və Asiya İnfrastruktur İnvestisiya Bankı isə 600 milyon dollar maliyyə vəsaiti ayırıb. Avropa İnvestisiya Bankı da TANAP layihəsinin maliyyələşdirilməsini nəzərdən keçirir.xeber100.com

Avqust 28, 2017 12:21

“AzəriLayt” markalı neftin qiyməti ucuzlaşıb

Azərbaycan neftinin qiyməti ucuzlaşıb.Azərtac xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 0,03 dollar ucuzlaşaraq 53,85 dollar təşkil edib.xeber100.com

Avqust 26, 2017 5:25
    Page 239 of 381« First«...102030...237238239240241...250260270...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az