19 İyun 2026 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İqtisadiyyat

“Gazprom” və “Rosneft” şirkətləri qarşılıqlı əməkdaşlığı müzakirə edib

SOCAR “Gazprom” və “Rosneft” şirkətləri ilə qarşılıqlı əməkdaşlığı müzakirə edib.Şirkətin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, SOCAR-ın prezidenti Rövnəq Abdullayev işçi səfərlə Sankt-Peterburqa gedib. Avqustun 21-də Sankt-Peterburq şəhərində SOCAR-ın prezidenti Rövnəq Abdullayevin “Gazprom” Açıq Səhmdar Cəmiyyəti idarə heyətinin sədri Aleksey Millerlə, sonra isə “Rosneft” şirkətinin baş icraçı direktoru İqor Seçinlə görüşləri olub.Görüşlər zamanı SOCAR ilə “Qazprom” və “Rosneft” şirkətləri arasında qarşılıqlı əməkdaşlığın gələcək inkişaf məsələləri müzakirə edilib, ətraflı fikri mübadilələri aparılıb.xeber100.com

Avqust 22, 2017 12:43

Dünya birjalarında neftin qiyməti…

Dünya birjalarında neftin qiyməti bahalaşıb.Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,16 dollar bahalaşaraq 47,53 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,20 dollar artaraq 51,86 dollar olub.Azərtac xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,33 dollar bahalaşaraq 53,72 dollar təşkil edib.xeber100.com

Avqust 22, 2017 12:38

Neft Fondunun iştirakı ilə hərrac keçirilib

Avqustun 22-də Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.Mərkəzi Bankdan Azərtac-a bildiriblər ki, hərracda manatın ortaçəkili məzənnəsi 1,7009 səviyyəsində formalaşıb.xeber100.com

Avqust 22, 2017 12:29

“Azərbaycan Dəmir Yolları” QSC-nin məlumatı

Azərbaycan Dəmir Yolları Biləcəri stansiyasından istifadə edən sərnişinlərə müraciət edib.“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Azərtac-a bildirilib ki, dəmir yolunun Biləcəri-Keşlə mənzilinin cüt yolunda aparılan təmir işləri ilə bağlı 35 gün müddətində “Texniki fasilə”nin verilməsi ilə əlaqədar olaraq, avqustun 22-dən sentyabrın 26-dək Bakıdan yola düşən ölkədaxili sərnişin qatarlarına, Bakı -Sumqayıt və Bakı-Yalama elektrik qatarlarına minik Biləcəri stansiyasında - “Meydan” adlanan tərəfdə aparılacaq.xeber100.com

Avqust 22, 2017 12:27

NYMEX birjasında neftin qiyməti ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti ucuzlaşıb.Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,01 dollar ucuzlaşaraq 48,50 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti isə 0,06 dollar azalaraq 52,66 dollar olub.xeber100.com  

Avqust 21, 2017 1:04

Dövlət Statistika Komitəsinin məlumatına görə…

Bu ilin yanvar-iyul aylarında Azərbaycandakı külək elektrik stansiyalarında (KES) 8,5 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.Dövlət Statistika Komitəsindən Azərtac-a bildirilib ki, hesabat dövründə ölkədəki günəş enerjisi ilə işləyən stansiyaların istehsalı 25,3 milyon kilovat-saat olub. İstilik elektrik stansiyalarında (İES) isə 11 milyard 371,4 milyon kilovat-saat elektrik enerjisi istehsal olunub.xeber100.com

Avqust 21, 2017 1:01

Mərkəzi Bank depozit hərracının nəticələrini açıqlayıb

Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələri açıqlanıb.Bankdan Azərtac-a bildiriblər ki, avqustun 21-də Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 649,8 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 10,01 faiz təşkil edib.xeber100.com

Avqust 21, 2017 12:59

“Baktelecom”un məlumatına əsasən…

Hüseyn Cavid bağında “Pulsuz Wi-Fi” quraşdırılıb.“Baktelecom”dan Azərtac-a bildirilib ki, “Pulsuz Wi-Fi”ın əhatə dairəsi genişlənir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə "Bakı Telefon Rabitəsi" MMC tərəfindən mart ayından etibarən həyata keçirilən "İctimai İnternet" layihəsi üzrə "Pulsuz Wi-Fi" xidmətindən artıq paytaxt sakinləri və şəhərimizin qonaqları Hüseyn Cavid bağında da istifadə edə bilərlər.Qeyd edək ki, indiyədək "İctimai İnternet" şəbəkəsi Dövlət Bayrağı Meydanı da daxil olmaqla, Dənizkənarı Milli Park, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisi, Heydər Əliyev Mərkəzinin parkı, Sahil, Sabir, Xaqani, Axundov bağlarında, Qış və Zabitlər parkında aktiv edilib.Yaxın vaxtlarda Dədə Qorqud parkı da "Pulsuz Wi-Fi" xidmətinin əhatə zonasına daxil ediləcək.xeber100.com

Avqust 20, 2017 12:58

Qara dəniz-Xəzər Beynəlxalq Nəqliyyat Forumu keçiriləcək

Sentyabrın 7-8-də Gürcüstanın Batumi şəhərində Dördüncü Qara dəniz-Xəzər Beynəlxalq Nəqliyyat Forumu keçiriləcək.Azərtac xəbər verir ki, forumda əsasən regionda yükdaşıma sahəsində mövcud olan problemlər, bölgənin nəqliyyat infrastrukturunun inkişaf perspektivləri, dəniz, dəmir yolu, hava və avtomobil yolları vasitəsilə yükdaşımaların vəziyyəti, habelə, neft kəmərləri ilə daşınmalar və digər vacib məsələlər müzakirə olunacaq.Qeyd edək ki, Qara dəniz-Xəzər Nəqliyyat Forumu hər il keçirilir və bu tədbirdə regionun dəniz, hava, dəmir yolu və avtomagistrallarla yük daşınmaları sahəsində aktual məsələlər müzakirə olunur.xeber100.com

Avqust 20, 2017 12:52

Dünya birjalarında neftin qiyməti…

Dünya birjalarında neftin qiyməti bahalaşıb.Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 1,42 dollar bahalaşaraq 48,51 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti isə 1,69 dollar artaraq 52,72 dollar olub.xeber100.com

Avqust 19, 2017 9:34
    Page 241 of 381« First«...102030...239240241242243...250260270...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az