“Azərsu” ASC Qurban bayramı ilə əlaqədar qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq.ASC-dən bildirilib ki, qeyri-iş günlərində həm mərkəzi idarə aparatında, həm də regional, yerli sukanal idarələri və sahələrində 24 saatlıq növbətçilik təmin olunacaq. Bu məqsədlə “Azərsu”nun sədr müavinləri, departament və şöbə rəisləri səviyyəsində növbətçilik cədvəli təsdiq edilib. Əhalinin içməli su təchizatında dayanıqlığın təmin olunması məqsədilə heç bir planlı fasilə olmayacaq, qəza xidmətləri, “955” Zəng mərkəzi fasiləsiz fəaliyyət göstərəcək.İstehlakçılardan xahiş olunur içməli su təchizatı və kanalizasiya xidmətlərində yaranacaq problemlərlə əlaqədar ASC-nin “955” Zəng mərkəzinə müraciət etsinlər. Eyni zamanda, vətəndaşlar (055) 209-95-59 vatsap nömrəsi və feysbuk sosial şəbəkəsi vasitəsilə də müraciətlərini ünvanlaya bilərlər.Abonentlərin diqqətinə çatdırılır ki, bayram və qeyri-iş günlərində əhalinin içməli su ilə təchizatında dayanıqlılığın təmin olunması məqsədilə bütün lazımi təşkilatı və texniki tədbirlər görüləcək.xeber100.com