Startapçıların maarifləndirilməsi, onların inkişafı və ölkəmizin hər bir regionunda yeni startapların yaranması məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən startaplar üçün təlimlərə start verilir.Nazirlikdən Azərtac-a bildirilib ki, təlimlər mayın 2-3-də Bakıda Elektron Hökumət Təlim-Tədris Mərkəzinin təşkilatçılığı, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun və Yüksək Texnologiyalar Parkının dəstəyi ilə təşkil ediləcək.Elektron Hökumət Təlim-Tədris Mərkəzinin regional mərkəzləri vasitəsilə Naxçıvan, Gəncə, Mingəçevir, Lənkəran və Sumqayıtda fəaliyyət göstərən startapçılar və bu sahəyə marağı olan şəxslər telekonfrans vasitəsilə təlimlərdə iştirak etmək imkanı qazanacaqlar.Təlimin əsas məqsədi yeni startapların yaradılmasını təşviq etmək və bu sahədə lazımi biliklərin öyrədilməsidir. Eyni zamanda, iştirakçılara startaplar üçün keçirilən müsabiqələrdə iştirak etmək imkanları, müsabiqələrdə layihələrin təqdim edilməsi yolları, “pitching” və layihələrin videotəqdimatlarının hazırlanması kimi bacarıqlar təqdim ediləcək.xeber100.com