28 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İqtisadiyyat

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin məlumatı

Gəmiçilik 2018-ci ildə Ro-Pax tipli gəmi-bərəsini təhvil alacaq.Azərtac xəbər verir ki, bu barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev Ro-Pax tipli gəmi-bərənin ilk polad lövhəsinin kəsilməsinə həsr olunmuş mərasimdə məlumat verib.Rauf Vəliyev deyib: “Ötən ilin oktyabrın 26-da Gəmiçilik iki Ro-Pax tipli gəmi-bərəsinin hazırlanması ilə bağlı müqavilə imzalayıb. Müqaviləyə əsasən gəmilər 2019-cu ildə təhvil verilməlidir, ancaq bizim xahişimizlə gəmi-bərələrin biri gələn il təhvil veriləcək”.xeber100.com

Mart 16, 2017 1:53

Mərkəzi Bankda hərrac keçirilib

Martın 16-da Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.Mərkəzi Bankdan Azərtac-a bildiriblər ki, hərracda manatın orta çəkili məzənnəsi 1,7202 səviyyəsində formalaşıb.xeber100.com

Mart 16, 2017 1:49

Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatı

Vətəndaş məmnuniyyəti və rahatlığını daim ön planda tutan Əmlak Məsələləri Dövlət Komitəsi öz fəaliyyət sahəsində mütəmadi olaraq sosialyönümlü tədbirlər həyata keçirir. Bu tədbirlərin əsas məqsədi vətəndaşların mülkiyyət hüquqlarının daha səmərəli təmin olunması, qeydiyyat xidmətlərinin modernləşdirilməsi, xidmətlərin vətəndaşlara birbaşa yerlərdə çatdırılması, şəffaflıq və əlçatanlığın artırılmasıdır.Belə tədbirlər sırasında “Kütləvi çıxarış” kampaniyası və mobil ofis xidmətləri mühüm əhəmiyyətə malik olmaqla, vətəndaşlara məxsus əmlakların rahat, çevik və əlçatan üsullarla dövlət qeydiyyatına alınmasını təmin edir.Komitədən Azərtac-a bildirilib ki, bu tədbirlərin davamı olaraq, Novruz bayramı ərəfəsində daha bir yeni inşa edilmiş binanın sakinlərinə müvafiq xidmət göstərilib. Martın 16-da keçirilən növbəti “Kütləvi çıxarış” kampaniyasından Abşeron rayonunda yerləşən “Kristal Abşeron” yaşayış kompleksinin sakinləri faydalanıb. Kampaniya çərçivəsində yaşayış kompleksinin 100 sakini birbaşa öz ünvanlarında mənzillərinə dair hazır çıxarışlar əldə ediblər.xeber100.com

Mart 16, 2017 1:45

Dünya birjalarında neftin qiyməti…

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,83 dollar bahalaşaraq 48,55 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,76 dollar artaraq 51,68 dollar olub.Azərtac xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,97 dollar ucuzlaşaraq 51,58 dollar təşkil edib.xeber100.com

Mart 15, 2017 1:28

Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatı

Sığorta sektorunun inkişafına dair əsas istiqamətlər müzakirə olunub.Maliyyə Bazarlarına Nəzarət Palatasından Azərtac-a bildirilib ki, martın 15-də Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı sığorta şirkətlərinin rəhbərləri ilə növbəti dəfə görüşüb.Ötən il sığorta şirkətlərinin rəsmiləri ilə bir neçə məhsuldar görüşlərin keçirildiyini xatırladan R.Aslanlı bu görüşlərin cari ildə də uğurla davam edəcəyini qeyd edib. 2017-ci ildə palatanın fəaliyyətinin əsas fokuslarından birinin sığorta sektorunun inkişafı olacağını vurğulayan palatanın Direktorlar Şurasının sədri sektorun yetərincə kapitallaşması və ictimai etimadın bərpa edilməsi istiqamətində silsilə tədbirlərin nəzərdə tutulduğunu bildirib.Görüş zamanı istehlakçıların hüquqlarının qorunması istiqamətində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə müqavilələrin müştərilər üçün tam aydın şəkildə tərtib olunmasının vacibliyi xüsusi vurğulanıb.xeber100.com

Mart 15, 2017 1:19

“WorldFood Azerbaijan 2017” sərgisi keçiriləcək

Mayın 17-19-da Bakı Ekspo Mərkəzində regionun qida sənayesi üzrə mühüm və əhəmiyyətli tədbirlərindən biri - XXIII Azərbaycan Beynəlxalq Qida sənayesi "WorldFood Azerbaijan 2017" sərgisi keçiriləcək."Iteca Caspian" şirkətindən Azərtac-a bildiriblər ki, keçirildiyi illər ərzində sərgi Xəzəryanı regionda qida sənayesi üzrə aparıcı və irimiqyaslı təbdir mövqeyini daha da möhkəmləndirməyə müvəffəq olub. Qida sənayesinin inkişafına təkan verən "WorldFood Azerbaijan" sərgisi bu sənaye sahəsinin peşəkarları üçün nəzərdə tutulub. Sərgi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. Sərginin təşkilatçıları qismində "Iteca Caspian" və "ITE Group" şirkətləri çıxış edirlər.xeber100.com

Mart 15, 2017 1:16

Dövlət Statistika Komitəsinin məlumatına görə…

Bu ilin yanvar-fevral aylarında mədənçıxarma sektorunda neft hasilatı 7,3 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 5,3 faiz artıb.Dövlət Statistika Komitəsindən Azərtac-a bildirilib ki, yanvar-fevral aylarında sənaye sahəsində 6,5 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,7 faiz az sənaye məhsulu istehsal edilib. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 5,0 faiz artıb, neft sektorunda isə 5,1 faiz azalıb. Sənaye məhsulunun 71,8 faizi mədənçıxarma sektorunda istehsal olunub.xeber100.com

Mart 14, 2017 1:04

Beynəlxalq Bank güzəştli kampaniyaya start verib

"Azərbaycan Beynəlxalq Bankı" Novruz bayramı münasibətilə martın 13-dən 31-dək iki güzəştli kampaniyaya start verib.Bankdan Azərtac-a bildiriblər ki, bunlardan birincisi depozitlərlə bağlıdır. Kampaniya müddətində bankda manat depoziti yerləşdirən müştərilərin illik depozit faizlərinə 1 faiz əlavə olunacaq. "Azərbaycan Beynəlxalq Bankı"nda depozit yerləşdirən müştərilərə ödəniş kartları hədiyyə edilir və depozitin müəyyən həcmində kredit əldə etmək imkanı da yaradılır.Bankın eyni müddətdə həyata keçirdiyi digər bir kampaniya isə "VISA" və "MasterCard Gold" və "Platinum" kartlarını 50 faiz endirimlə əldə etmək fürsəti verir. Belə ki, müştərilər kampaniya ərzində "Gold" kartlarını cəmi 15, "Platinum" kartlarını isə 25 manata əldə edə bilərlər. Kart sahibləri üçün "MobilBank" və "İnternetBank" tam pulsuzdur.xeber100.com

Mart 14, 2017 1:01

Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatı

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hər həftə intensiv olaraq keçirilən açıq hərraclar vasitəsilə dövlət əmlaklarının özəlləşdirilməsi ölkəyə investisiya cəlb olunması baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, paytaxt ilə yanaşı respublikanın müxtəlif şəhər və rayonlarında müxtəlif növ daşınmaz dövlət əmlakları hərrac vasitəsilə potensial investorlara təklif olunur.Komitənin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, növbəti belə hərrac martın 14-də keçirilib.Hərracda 2 kiçik dövlət müəssisə və obyekti, 3 istifadəsiz qeyri-yaşayış sahəsi və 5 nəqliyyat vasitəsi özəlləşdirilib. Özəlləşdirilmiş kiçik dövlət müəssisələri və istifadəsiz qeyri-yaşayış sahəsi paytaxtda və respublikanın digər regionlarında yerləşir.Qeyd olunub ki, hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak Gədəbəy şəhərində yerləşən “Xəstəxana binasının yarımçıq tikilisi” olub. Belə ki, bu əmlak 70 min manata özəlləşdirilib. Özəlləşdirilmiş 3 istifadəsiz qeyri-yaşayış obyektinin biri paytaxtın Nərimanov rayonunda, ikisi isə müvafiq olaraq regionlarda - Gəncə və Mingəçevir şəhərlərində yerləşir.xeber100.com

Mart 14, 2017 12:56

Əməkdaşlıq haqqında memorandum imzalanıb

Martın 14-də "Azlntelecom" Məhdud Məsuliyyətli Cəmiyyətində (MMC) Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Azərpoçt" MMC-nin itirilmiş sənədlərin tapılaraq sahibinə qaytarılmasına xidmət edən "Poçtap" sosial layihəsi çərçivəsində 5 qurum arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.Azərtac xəbər verir ki, memorandum Bakı Şəhər Baş Polis İdarəsi, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti, "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyəti, "BakuBus" MMC və Azərpoçt" MMC arasında imzalanıb.Sənədə əsasən, həmin qurumlar "Poçtap" xidmətini dəstəkləmək, daim əlaqəli işləmək, əməkdaşlar tərəfindən tapılan sənədləri poçt inkassasiyasına təhvil vermək, eləcə də vətəndaşları "Poçtap" xidməti barədə məlumatlandırmaq üzrə öhdəliklər götürüblər.“Azərpoçt” MMC-nin direktoru vəzifəsini müvəqqəti icra edən Sübhan Kazımov məlumat verib ki, "Poçtap" xidməti çərçivəsində tapılmış sənədlər poçt müəssisələri və “Şəbəkə” xidmət mərkəzləri tərəfindən qəbul olunur, sahibləri axtarılır, tapıldığı halda sahiblərinə, əks təqdirdə aidiyyəti orqana təslim edilir.xeber100.com

Mart 14, 2017 12:53
    Page 290 of 381« First«...102030...288289290291292...300310320...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az