20 İyun 2026 Şənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İqtisadiyyat

Üçtərəfli əməkdaşlıq müzakirə olunub

“Trans-Adriatik” (TAP) qaz boru kəməri konsorsiumu ilə Yunanıstanın Milli Qazpaylayıcı Şəbəkəsinin operatoru olan DESFA şirkəti boru kəmərinin bu ölkədən keçən hissəsi üzrə işlərin gedişatını müzakirə ediblər.Azərtac Yunanıstan KİV-lərinə istinadla xəbər verir ki, müzakirələr TAP-ın icraçı direktoru Yan Bradşou ilə DESFA-nın prezidenti və baş icraçı direktoru Sotiris Nikasın görüşündə aparılıb.Tərəflər DESFA və Albaniyanın ALBGAZ şirkətinin DESFA-ALBGAZ birgə şirkətinin yaradılması ilə TAP-ın bu ölkədəki texniki əməliyyatlarını idarə edilməsi, eləcə də boru kəmərinin mühafizəsi və istismarı üzrə məsələləri nəzərdən keçiriblər.TAP-ın Yunanıstan üzrə meneceri Rikard Skufiasın da iştirak etdiyi görüşdə həmçinin, DESFA-TAP-ALBGAZ arasında üçtərəfli əməkdaşlıq və müvafiq müqavilələrin tamamlanması üçün işlər müzakirə olunub.xeber100.com

May 4, 2017 1:51

Dünya Turizm Təşkilatının 105-ci sessiyası keçiriləcək

Mayın 10-12-də İspaniyanın paytaxtı Madrid şəhərində Dünya Turizm Təşkilatının İcraiyyə Şurasının 105-ci sessiyası keçiriləcək. Sessiyada Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin də iştirakı gözlənilir.Sessiya çərçivəsində “Şəhər turizminin davamlı inkişafı” mövzusunda “dəyirmi masa” keçiriləcək.Tədbirin gündəliyində, həmçinin DTT-yə yeni baş katibin seçilməsi nəzərdə tutulub. Xatırladaq ki, DTT-nin hazırkı baş katibi Taleb Rifaidir.xeber100.com

May 3, 2017 12:45

Dünya birjalarında neftin qiyməti…

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətdə dəyişib.Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,29 dollar bahalaşaraq 47,95 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,38 dollar artaraq 50,84 dollar olub.Azərtac xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,89 dollar ucuzlaşaraq 52,15 dollar təşkil edib.xeber100.com

May 3, 2017 12:43

“Caspian Power 2017” sərgisi keçiriləcək

Mayın 31-dən iyunun 3-dək Bakı Ekspo Mərkəzində Xəzəryanı regionun enerji səmərəliliyi və bərpa olunan enerji sahəsində yeganə ixtisaslaşmış tədbiri olan VII Xəzər Beynəlxalq Energetika və Alternativ enerji “Caspian Power 2017” sərgisi keçiriləcək. Sözügedən sərgi “ITE Group” şirkətinin energetika sahəsi üzrə keçirdiyi tədbirlər portfelinə daxildir və sənaye şirkətləri arasında özünü doğrulmağa müvəffəq olub. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və onun tərəfdaşı “ITE Group” şirkətləri çıxış edirlər.“Iteca Caspian” şirkətindən Azərtac-a bildirilib ki, ənənəvi olaraq “Caspian Power” sərgisi Xəzəryanı regionun neft-qaz sənayesi üzrə nəhəng tədbiri olan Beynəlxalq Xəzər Neft və Qaz, “Caspian Oil&Gas” sərgisi ilə eyni platformada keçiriləcək. Sərginin aktuallığı Azərbaycanda yeni elektrik stansiyaları və hibrid elektrik stansiyalarının fəaliyyətə başlaması, eləcə də külək turbinləri və günəş batareyalarının quraşdırılması ilə şərtləndirilir. “Caspian Power” sərgisi Azərbaycan Respublikası Energetika Nazirliyi və Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən dəstəklənir.xeber100.com  

May 3, 2017 12:40

Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Mayın 3-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.BFB-dən Azərtac-a bildiriblər ki, hərraca çıxarılan notların həcmi 25 milyon manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gündür. Notlar mayın 31-də ödəniləcək.Mərkəzi Bank qısamüddətli notların buraxılışı, yerləşdirilməsi və tədavülü haqqında qaydalara əsasən, hərraclarda bank lisenziyasına malik olan hüquqi şəxslər iştirak edə bilər. Banklar birjaya BFB-nin üzvü olan investisiya şirkətləri vasitəsilə qatıla bilər. Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı (rəqabətli və qeyri-rəqabətli) 3-dən çox olmamalıdır.Hərrac zamanı notların buraxılışının 20 faizindən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.xeber100.com

May 2, 2017 2:47

“Azneft” İstehsalat Birliyinin sifarişi əsasında…

“Azneft” İstehsalat Birliyinin sifarişi əsasında “Darvin bankası” yatağı üçün yeni 730 nömrəli stasionar dəniz özülünün tikintisinə başlanılıb.SOCAR-ın mətbuat xidmətindən Azərtac-a bildirilib ki, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında inşa olunan obyektin baş podratçısı “Neftqaztikinti” Trestidir.On altı istismar quyusunun qazılması üçün nəzərdə tutulan özül 6 dayaq bloku üzərində yığılacaq və dənizin 8-8,5 metr dərinliyində yerləşdiriləcək. Ümumi sahəsi 3 min 480 kvadratmetr təşkil edən obyekt istehsalat və yaşayış sahələrindən, o cümlədən 2 minik meydançası, 4 yanalma meydançası, bir aralıq seksiyasından ibarət olacaq. İstehsalat və yaşayış sahələri bir-birinə iki piyada körpüsü ilə birləşdiriləcək.Özülün tikintisinə 3 min 134 ton metal sərf olunacaq. Artıq tikinti üçün tələb olunan metal konstruksiyaların hazırlanmasına başlanılıb. Hazırda “Neftqaztikinti” Trestinin Zığ istehsalat sahəsində dayaq bloklarının inşası davam etdirilir.Yeni stasionar dəniz özülündən qazılacaq quyulardan ümumilikdə sutkada 1600-2000 ton neft hasil olunacağı gözlənilir.

May 2, 2017 2:45

XXIII “WorldFood Azerbaijan 2017” sərgisi keçiriləcək

Mayın 17-19-da Bakı Ekspo Mərkəzində regionun qida sənayesi üzrə mühüm və əhəmiyyətli tədbirləri – XXIII Azərbaycan Beynəlxalq Qida Sənayesi "WorldFood Azerbaijan 2017" və Xəzər Beynəlxalq Qablaşdırma, Tara, Etiket və Poliqrafiya "Ipack Caspian 2017" sərgiləri keçiriləcək.Azərtac xəbər verir ki, bu barədə "Iteca Caspian" şirkətindən verilən məlumatda bildirilir.Ənənəvi sərgiyə bu dəfə Azərbaycan, Belarus, Belçika, İspaniya, İtaliya, Qazaxıstan, Latviya, Rusiya, Yunanıstan və digər ölkələrin aparıcı şirkətləri qatılacaq. Bu il Macarıstan və Belarus Respublikası sərgidə milli stendlə, Dağıstan və Stavropol vilayəti regional stendlə iştirak edirlər. Yüz faiz Şri-Lanka çayının istehsalçılarından ibarət şirkətlər qrupuna başçılıq edən "Şri-Lanka Ti Bord" Dövlət Çay Komitəsi isə ardıcıl olaraq ikinci ildir sərgiyə qatılır. Təqdirəlayiq haldır ki, bu il sərgidə yerli şirkətlər və xüsusən də meyvə-tərəvəz ixracatçıları fəal iştirak edəcək. Eksponentlərin peşəkar ziyarətçilərə təqdim etməyə hazırladıqları məhsullar arasında şokoladlı konfetlər, kolbasa məmulatları, bakaleya malları, çay, düyü, inqrediyentlər, içkilər, meyvə-tərəvəz, çörəkxana və laboratoriya avadanlıqları və bir sıra digər məhsullar yer alır.xeber100.com

May 2, 2017 2:41

Avropa Yenidənqurma və İnkişaf Bankı təlim sessiyaları keçirəcək

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) sahibkarlıq bacarıqlarını inkişaf etdirmək, əsas maliyyə anlayışlarını başa düşmək və bizneslərini böyütmək istəyən qadın sahibkarlar üçün mayın 17-18-də təlim sessiyaları keçirəcək.AYİB-dən Azərtac-a bildiriblər ki, sonuncu dəfə keçirilən "Sahibkarlıqdan müəssisəyə doğru" seminarında iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 16 qadın sahibkar iştirak edib."Biz qadın sahibkarların yeni iş yerlərinin yaradılması və iqtisadiyyatın inkişafına töhfə vermək baxımından çox mühüm rola malik olduqlarına inanırıq. Qadın sahibkarları dəstəkləmək AYİB-in Azərbaycanda və regionda nəzərdə tutduğu prioritet istiqamətlərdən biridir. AYİB komandası Bakıda "Sahibkarlıqdan müəssisəyə doğru" seminarını təşkil etməyə müvəffəq olduğu və konsultativ layihələr, eləcə də sahibkarlığın inkişafı baxımından iştirakçılara kömək edə bildiyi üçün məmnunluq hissi duyur", - deyə AYİB-in Azərbaycan üzrə rəhbəri İvana Duarte bildirib.xeber100.com

May 1, 2017 12:48

Nyu-Yorkun NYMEX birjasında neftin qiyməti ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti yenidən ucuzlaşıb.Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,10 dollar ucuzlaşaraq 49,23 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti isə 0,15 dollar azalaraq 51,90 dollar olub.xeber100.com

May 1, 2017 12:43

“AtaBank” ASC lotereya kampaniyasına başlayır

"AtaBank" ASC-nin "Nağdsız ödə, nağd qazan" adlı ani stimullaşdırıcı lotereya kampaniyası yenidən başlayır.Bankdan Azərtac-a bildiriblər ki, kampaniya mayın 1-dən dekabrın 31-dək davam edəcək. Lotereyada "AtaBank" ASC tərəfindən ticarət, ictimai-iaşə və ya xidmət obyektlərində quraşdırılmış POS-terminallar vasitəsilə Azərbaycanda fəaliyyət göstərən istənilən bank tərəfindən emissiya edilən ödəniş kartları ilə nağdsız əməliyyatlar aparan rezident şəxslər iştirak edə bilərlər.Keçən il olduğu kimi, "AtaBank" ASC kartları ilə ödəniş edən və çekləri təqdim edən kart sahiblərinə hər 10 manatlıq çek üçün bir kupon təqdim edilir. Digər bankların kartları ilə ödəniş edənlər isə 20 manatlıq alış-veriş çekinə görə bir kupon əldə edəcəklər.Ani stimullaşdırıcı lotereya kuponlarının əldə edilməsi üçün kart istifadəçisi təqvim ayı ərzində "AtaBank" ASC-nin POS-terminallar şəbəkəsində nağdsız aparılmış əməliyyatlar üzrə çekləri toplayaraq bankın istənilən filial və ya şöbəsinə müraciət etməlidir.Qeyd edək ki, kampaniyada minlərlə uduşlar vardır. Qeyd  edək ki, kampaniyanın keçirilməsində məqsəd ölkədə nağdsız ödənişlərin stimullaşdırılması sahəsində aparılan tədbirləri sürətləndirməkdir.xeber100.com

May 1, 2017 12:40
    Page 275 of 381« First«...102030...273274275276277...280290300...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az