19 İyun 2026 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İqtisadiyyat

Dövlət Statistika Komitəsinin məlumatına görə…

2017-ci ilin yanvar ayında neft sektoruna 751,5 milyon manatlıq vəsait yönəldilib.Dövlət Statistika Komitəsindən Azərtac-a verilən məlumata görə, keçən ay neft sektorunda ümumi məhsul istehsalı 2 milyard 286,2 milyon manat olub.xeber100.com

Fevral 19, 2017 2:52

Dünya birjalarında neftin qiyməti…

Dünya birjalarında neftin qiyməti bahalaşıb.Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,04 dollar bahalaşaraq 53,40 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti isə 0,16 dollar artaraq 55,81 dollar olub.xeber100.com

Fevral 18, 2017 4:30

Yunanıstan və Azərbaycan arasında körpü…

Bakıda “Turizm Yunanıstan və Azərbaycan arasında körpü rolunu oynayır” adlı təqdimat mərasimi keçirilib.Tədbir Yunanıstanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə yunan turizm şirkəti “Panhellas”, İtaliyanın Bakıdakı Mədəniyyət Mərkəzi və Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) ilə əməkdaşlıq çərçivəsində təşkil olunub.BAMF-ın mətbuat xidmətindən Azərtac-a bildirilib ki, tədbirdə ümumilikdə 20-yə yaxın turizm şirkətinin nümayəndəsi iştirak edib.Yunanıstanın Azərbaycandakı səfiri Dimitrios Tsounqas tədbirin əhəmiyyətindən danışıb. Bildirib ki, tədbirin keçirilməsində məqsəd Yunanıstanın turizm potensialını nümayiş etdirmək, həmçinin diplomatiya və iqtisadiyyat sahələrində yaxşı münasibətləri olan iki ölkənin bu sahədə mövcud imkanlarının təşviq edilməsidir.xeber100.com

Fevral 18, 2017 4:26

“AzəriLayt” markalı neftin qiyməti ucuzlaşıb

Azərbaycan neftinin qiyməti ucuzlaşıb.Azərtac xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 0,03 dollar ucuzlaşaraq 56,71 dollar təşkil edib.xeber100.com

Fevral 18, 2017 4:12

İtaliyanın iqtisadiyyat naziri Karlo Kalenda Azərbaycana səfər edəcək

İtaliyanın iqtisadiyyat naziri Karlo Kalenda gələn həftə Azərbaycana səfər edəcək.Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) Azərtac-a bildirilib ki, fevralın 23-də İtaliyanın iqtisadiyyat naziri Karlo Kalendanın rəhbərlik etdiyi biznes nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadiyyat Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə Bakıda Azərbaycan-İtaliya biznes-forumu keçiriləcək.Biznes-forumda iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 15-dən artıq İtaliya şirkətinin iştirakı nəzərdə tutulur.xeber100.com

Fevral 18, 2017 4:09

Dövlət Statistika Komitəsinin məlumatı

İxrac olunduğu zaman gömrük orqanlarında qeydiyyatı aparılan, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmayan xam neft və təbii qazın həcmi nəzərə alınmaqla, 2016-cı ildə ölkədən 35 milyon 30,3 min ton xam neft, 8 milyard 49,1 milyon kubmetr təbii qaz göndərilib.Azərtac xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.xeber100.com

Fevral 18, 2017 3:50

“Azəriqaz” İstehsalat Birliyinin məlumatı

Əhalinin təbii qaza olan tələbatını təmin etmək məqsədilə sərfiyyatda 1 milyon 446 min kubmetr artım olub. Tələbat artdıqca təbii qazın verilişində də artım olacaq.Bu barədə Azərtac-a “Azəriqaz” İstehsalat Birliyinin (İB) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalayev deyib. O bildirib ki, respublikada, eləcə də paytaxtda müşahidə olunan qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar fevralın 17-də Abşeron rayonunda, Bakının Binəqədi, Nizami, Nəsimi, Yasamal və Xəzər rayonlarının qaz şəbəkəsində nəzərdə tutulmuş təmir işləri təxirə salınıb.“Azəriqaz” yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.xeber100.com

Fevral 17, 2017 12:24

Maliyyə Nazirliyinin İstiqrazları üzrə hərrac keçiriləcək

Fevralın 21-də Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli İstiqrazları üzrə hərrac keçiriləcək.BFB-dən Azərtac-a verilən məlumata görə, istiqrazların ümumi həcmi 10 milyon manat, nominal dəyəri 100 manat, tədavül müddəti 182 gün, ödəmə tarixi 2017-ci il avqustun 22-dir.Hərracda "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC anderrayter vəzifəsində çıxış edəcək.Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20 faizdən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.xeber100.com

Fevral 17, 2017 12:20

Türkiyə-Azərbaycan-Gürcüstan biznes-forumu işə başlayıb

Fevralın 17-də Türkiyənin İstanbul şəhərində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə V Türkiyə-Azərbaycan-Gürcüstan biznes-forumu işə başlayıb. Biznes-forumda Azərbaycan, Türkiyə və Gürcüstan geniş nümayəndə heyəti ilə təmsil olunur.Toplantının rəsmi açılış mərasimində Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev, Türkiyənin elm sənaye və texnologiya naziri Faruk Özlü, Türkiyənin iqtisadiyyat nazirinin müavini Fatih Mətin, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Gakharia və Türkiyə xarici iqtisadiyyat və əlaqələr təşkilatının rəhbəri Rona Yırcalının çıxışları dinlənilib.Tədbir panellər üzrə davam etdirilir.xeber100.com

Fevral 17, 2017 12:16

Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatı

Kütləvi çıxarış kampaniyası çərçivəsində əhaliyə iş yerlərində də xidmətlər göstəriləcək.Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, insanlara göstərilən xidmətlərin sadələşdirilməsi və əlçatanlığın təmin olunmasında mühüm rol oynayan, paytaxtla yanaşı respublikanın müxtəlif regionlarında keçirilən “Kütləvi Çıxarış” kampaniyasında komitə tərəfindən daha bir yeniliyə imza atılıb.Artıq bu kampaniya çərçivəsində əhaliyə birbaşa onların iş yerlərində də daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmətlər göstəriləcək. Belə ki, bundan sonra kütləvi çıxarış kampaniyaları iri sənaye və istehsal müəssisələri, zavodlar, fabriklər və müxtəlif təsərrüfatlarda birbaşa yerlərdə onların işçiləri üçün də keçiriləcək.xeber100.com

Fevral 17, 2017 12:12
    Page 300 of 381« First«...102030...298299300301302...310320330...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az