06 Dekabr 2025 Şənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. İqtisadiyyat

239 milyon manatdan çox kompensasiya ödənilib

Əmanətlərin Sığortalanması Fondu sentyabrın 6-da “Parabank” ASC-nin qorunan əmanətçilərinə 21 milyon 933 min manat, “Zaminbank” ASC-nin əmanətçilərinə 40 milyon 581 min manat, “Kredobank” ASC-nin əmanətçilərinə 16 milyon 434 min manat və “Dekabank” ASC-nin əmanətçilərinə isə 2 milyon 758 min manatdan artıq kompensasiya ödənilib. Fonddan Azərtac-a bildiriblər ki, 4 bank üzrə ödənilən kompensasiyanın ümumi məbləği 81 milyon 706 min manatdan artıqdır. Eyni zamanda, “Atrabank” ASC-nin və “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə ümumilikdə 12 milyon 611 min manatdan artıq kompensasiya ödənilib. Bunun da 11 milyon 97 min manatı “Atrabank”ın, 1 milyon 514 min manatı “Qafqaz İnkişaf Bankı”nın payına düşür. “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 91 min, “Gəncəbank” ASC-nin əmanətçilərinə 925 min 554 manat, “Texnikabank” ASC-nin əmanətçilərinə isə 119 milyon 709 min manatdan artıq kompensasiya ödənilib. Üç bank üzrə ödənilən kompensasiyanın ümumi məbləği 144 milyon 725 min manatdan çoxdur. Ümumilikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən 9 bank üzrə 239 milyon 42 min manatdan artıq kompensasiya ödənişi həyata keçirilib.xeber100.com

Sentyabr 8, 2016 12:43

Dünya birjalarında neftin qiyməti…

Dünya birjalarında neftin qiyməti bahalaşıb. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,81 dollar bahalaşaraq 46,44 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,73 dollar artaraq 48,83 dollar olub. Azərtac xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0, 68 dollar bahalaşaraq 48,05 dollar təşkil edib.xeber100.com

Sentyabr 8, 2016 12:39

“Layt” markalı neftin qiyməti bahalaşıb

Dünya birjalarında neftin qiymətinin bahalaşması davam edir. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,37 dollar bahalaşaraq 45,35 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,09 dollar artaraq 47,78 dollar olub. Azərtac xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,80 dollar bahalaşaraq 47,91 dollar təşkil edib.xeber100.com

Sentyabr 6, 2016 11:36

50 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb

Sentyabrın 6-da Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 50 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb və 30 banka satılıb. Dövlət Neft Fondunun ictimaiyyətlə əlaqələr şöbəsindən Azərtac-a bildirilib ki, il ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.xeber100.com

Sentyabr 6, 2016 11:32

Yeni kampaniyaya start verilib

“Bakcell” şirkəti “Ulduzum” sadiqlik proqramı çərçivəsində ölkənin vahid dövlət poçt operatoru olan “Azərpoçt” MMC ilə birlikdə yeni kampaniyaya start verib. Şirkətdən Azərtac-a bildirilib ki, kampaniya çərçivəsində “Azərpoçt”un istənilən şöbəsində “Zolotaya Korona” sistemi üzərindən pul köçürmələri həyata keçirən hər bir şəxs “Ulduzum” tərəfindən şəbəkədaxili danışıqlar üçün 5 dəqiqə əldə edəcək. Dəqiqələrin balansa yüklənməsi üçün abunəçi öz “Bakcell” nömrəsini “Azərpoçt” əməkdaşına təqdim etməlidir. Əldə edilən bonus dəqiqələri 3 gün ərzində istifadə edilə bilər. Kampaniya dekabrın 1-dək davam edəcək.xeber100.com

Sentyabr 6, 2016 10:34

Mərkəzi Bank depozit hərracının nəticələrini açıqlayıb

Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələri açıqlanıb. Azərtac Mərkəzi Banka istinadla xəbər verir ki, sentyabrın 5-də Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 15 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 9,49 faiz təşkil edib.xeber100.com

Sentyabr 6, 2016 10:29

İstiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Sentyabrın 6-da Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli İstiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçiriləcək. BFB-dən Azərtac-a bildiriblər ki, AZ0104013518 və AZ0102012512 ISIN kodlu istiqrazların ümumi həcmi 30 milyon manat, hər bir istiqrazın nominal dəyəri 200 manat, tədavül müddəti 546 gün, ödəmə tarixi 2017-ci il sentyabrın 5-i və martın 7-dir. "PAŞA Kapital" QSC anderrayter vəzifəsində çıxış edəcək. Hərrac zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20 faizdən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.xeber100.com

Sentyabr 5, 2016 2:26

Dünya birjalarında neftin qiyməti…

Dünya birjalarında neftin qiyməti bahalaşmaqda davam edir. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,87 dollar bahalaşaraq 45,31 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti isə 1,12 dollar artaraq 47,95 dollar olub.xeber100.com  

Sentyabr 5, 2016 2:23

Neft bazarının sabitləşməsini nəzərdə tutan bəyanat imzalanıb

Rusiya ilə Səudiyyə Ərəbistanı neft bazarında sabitliyin qorunması və uzunmüddətli perspektivdə sabit sərmayə səviyyəsinin təmin edilməsi üçün digər neft istehsalçıları ilə birgə fəaliyyət haqqında razılığa gəliblər. “TASS” informasiya agentliyi xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak və Səudiyyə Ərəbistanının neft naziri Xalid əl-Falihin imzaladığı birgə bəyanatda deyilir. “Nazirlər neft bazarında sabitliyin qorunması və uzunmüddətli perspektivdə sabit sərmayə səviyyəsinin təmin olunması məqsədilə iri istehsalçı ölkələr arasında konstruktiv dialoq və sıx əməkdaşlığın xüsusi vacibliyini qeyd ediblər. Bununla əlaqədar, nazirlər digər neft istehsalçıları ilə birgə və ya kooperasiyada fəaliyyət göstərmək haqqında razılığa gəliblər”, - deyə bəyanatda qeyd edilir. Həmçinin nazirlər neft bazarında vəziyyət üzrə məsləhətləşmələrin davam etdirilməsi və birgə monitorinq işçi qrupunun yaradılması barədə razılaşıblar.xeber100.com

Sentyabr 5, 2016 2:20

Nəqliyyat dəhlizinin yaradılması üçün Aşqabad bəyannaməsi imzalanıb

Azərbaycan, Türkiyə və Türkmənistan Pekindən Londonadək nəqliyyat dəhlizinin yaradılması üçün Aşqabad bəyannaməsini imzalayıb. “TRT Haber” telekanalı xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiyalar naziri Əhməd Arslan deyib. Sənədi Türkiyə tərəfindən Ə.Arslan, Azərbaycan tərəfindən nəqliyyat nazirinin müavini Arif Əsgərov, Türkmənistan tərəfindən isə avtomobil nəqliyyatı naziri Məqsəd Aydoğduyev imzalayıb.xeber100.com

Sentyabr 5, 2016 2:16
    Page 346 of 380« First«...102030...344345346347348...360370380...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az