Azərbaycanın Avropaya ixrac etdiyi təbii qazın həcmi açıqlanıb

Yanvar-iyun aylarında Azərbaycanın Avropaya ixrac etdiyi təbii qazın həcmi açıqlanıb.Dövlət Gömrük Komitəsindən Azərtac-a verilən məlumata görə, 6 ayda ölkəmizdən İtaliyaya dəyəri 362,9 milyon ABŞ dolları olmaqla 1 milyard 626 milyon kubmetr, Yunanıstana 69,1 milyon dollarlıq 266,4 milyon kubmetr, Bolqarıstana isə 16,7 milyon dollarlıq 119,5 min kubmetr təbii qaz ixrac edilib.Hesabat dövründə Türkiyəyə 880,7 milyon dollarlıq 6 milyard 292,8 milyon kubmetr, Gürcüstana 252,8 milyon dollarlıq 1 milyard 989,9 milyon kubmetr, İrana isə 3,1 milyon dollarlıq 84 milyon kubmetr qaz ixrac olunub.Qeyd edək ki, ilin birinci yarısında ölkədən ümumilikdə 10 milyard 378,9 milyon kubmetr qaz ixrac edilib, ixracın dəyəri isə 1 milyard 585,6 milyon dollar təşkil edib.Xatırladaq ki, Türkiyə və Gürcüstan Azərbaycan təbii qazını Cənubi Qafqaz Boru Kəməri (CQBK) (Bakı-Tbilisi-Ərzurum) və TANAP-la idxal edir. Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonlarında istismara verilib. 2018-ci il iyunun 12-də Əskişəhərdə istifadəyə verilən TANAP qaz kəməri ilə Türkiyəyə ilk qaz həcmlərinin nəqli planlaşdırıldığı kimi həmin il iyunun 30-da başlayıb. TANAP-la Türkiyəyə ildə 6 milyard kubmetr təbii qaz nəql edilir.TANAP boru kəməri 2019-cu il iyulun 1-dən etibarən Azərbaycan təbii qazının Avropaya nəql edilməsi üçün hazır vəziyyətə gətirilib. TANAP-ın ikinci fazası isə 2019-cu il noyabrın 30-da istifadəyə verilib.Azərbaycan təbii qazını Yunanıstan, İtaliya və Bolqarıstana nəql edən TAP boru kəməri ötən il noyabrın 15-dən istismara verilib. Dekabrın 31-dən isə kommersiya təbii qazının nəqlinə başlanılıb. TAP-la Avropa ildə 10 milyard kubmetr qaz nəql olunacaq.xeber100.com

İyul 17, 2021 1:47

Azərbaycandakı layihələrə 78,5 milyard ABŞ dollarından çox sərmayə qoyulub

BP şirkəti və tərəfdaşları Azərbaycandakı layihələrə 78,5 milyard ABŞ dollarından çox sərmayə qoyub.“BP Azerbaijan”dan Azərtac-a bildirilib ki, BP şirkəti Azərbaycanda 28 ildir ki, neft və qazın kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələrin operatorluğunu təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirir. Bu vaxtadək, BP öz tərəfdaşları ilə birlikdə ölkədə operatorluq etdiyi layihələrə 78,5 milyard dollardan çox sərmayə qoyub. BP Azərbaycanda ən çox töhfə verə biləcəyinə inandığı sahələrə yönəlməklə dayanıqlı inkişaf təşəbbüslərinə dəstək vermək öhdəliyi götürüb.Ölkədə həyata keçirdiyi geniş sosial sərmayə fəaliyyətlər və bacarıqların inkişaf etdirilməsi istiqamətindəki səylər müsbət təsirə malik olub və insanlara əhəmiyyətli faydalar gətirməklə, onların həyatını yaxşılaşdırıb və dəyişdirib.Sosial sərmayələr yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, ətraf mühit, idman potensialının artırılması, habelə ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəlib. Ümumilikdə isə, fəaliyyətə başladığı vaxtdan indiyədək BP özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə 94 milyon dollardan çox vəsait xərcləyib.2020-ci ildə BP və onun idarə etdiyi birgə müəssisələrdəki tərəfdaşları Azərbaycanda sosial sərmayə layihələrinə 3,2 milyon dollar vəsait xərcləyib. Bundan əlavə, ötən il təkcə BP ölkədə müxtəlif sosial və sponsorluq layihələri çərçivəsində 4,2 milyon dollardan çox vəsait xərcləyib.xeber100.com  

İyul 16, 2021 11:00