07 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İqtisadiyyat

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 2,34 dollar azalıb

Azərbaycan neftinin qiyməti ucuzlaşıb.Azərtac xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2,34 dollar azalaraq 84,74 dollar olub.Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti oktyabrın 25-də (88,19) qeydə alınmışdı.xeber100.com

Noyabr 4, 2021 12:02

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,02 dollar azalıb

Azərbaycan neftinin qiyməti cüzi ucuzlaşıb.Azərtac xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,02 dollar azalaraq 88,17 dollar təşkil edib.Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti oktyabrın 25-də (88,19) qeydə alınmışdı.xeber100.com

Oktyabr 27, 2021 3:18

Mərkəzi Bank oktyabrın 25-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb

Azərbaycan Mərkəzi Bankı (AMB) oktyabrın 25-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.AMB-dən Azərtac-a bildirilib ki, bankın oktyabrın 25-dən etibarən USD/AZN rəsmi məzənnəsi 1,7000 manat səviyyəsində müəyyən olunub.xeber100.com

Oktyabr 22, 2021 7:07

Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsi 647 milyon dollara yaxın olub

Yanvar-sentyabr aylarında Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsi 647 milyon dollara yaxın olub.Ukrayna Dövlət Statistika Komitəsindən Azərtac-a bildirilib ki, 9 ayda Azərbaycan bu ölkədən 327,1 milyon dollarlıq məhsul idxal edib. Ölkəmizin Ukraynaya ixrac etdiyi məhsulun dəyəri isə 319,7 milyon dollar olub.Xatırladaq ki, Ukrayna postsovet məkanında Azərbaycanla ticarət dövriyyəsinə görə Rusiyadan sonra ikincidir.xeber100.com

Oktyabr 19, 2021 11:47

Dövlət Gömrük Komitəsinin məlumatına görə…

Yanvar-sentyabr aylarında hava nəqliyyatı ilə 19 min 239 ton yük ixrac olunub.Dövlət Gömrük Komitəsindən Azərtac-a verilən məlumata görə, keçən ilin müvafiq dövrünə nisbətən 20 min 695 ton azalma olub. Belə ki, 2020-ci ilin doqquz ayında hava nəqliyyatı ilə 39 min 934 ton yük göndərilib.Bu nəqliyyat növü ilə idxal olunan yüklərin həcmi isə cari ilin yanvar-sentyabr aylarında 6554 ton təşkil edib.xeber100.com

Oktyabr 18, 2021 11:47

“Azərsu” ASC abonentlərinin sayı 55 min 709 və ya 3,5 faiz artıb

Cari ilin yanvar-sentyabr aylarında “Azərsu” ASC abonentlərinin sayı 55 min 709 və ya 3,5 faiz artıb.ASC-dən Azərtac-a bildirilib ki, oktyabr 1-nə ölkə üzrə 1 milyon 663 min 320 abonent su və kanalizasiya xidmətlərinin istifadəçisi kimi qeydiyyata alınıb. Abonentlərin 1 milyon 598 min 908-i və ya 96,1 faizini əhali, 64 min 412-i və ya 3,9 faizini isə qeyri-əhali qrupu abunəçiləri təşkil edir. Hesabat dövründə əhali qrupu abunəçilərinin sayı 53 min 431 və ya 3,5 faiz, qeyri-əhali qrupu abunəçilərinin sayı isə 53 min 431 və ya 3,7 faiz artıb.Doqquz ay ərzində abonent sayında artım əsasən yeni layihələrin icrası nəticəsində istehlakçıların mərkəzləşdirilmiş içməli və tullantı su şəbəkələrinə qoşulması, yeni tikilmiş fərdi yaşayış evləri sahiblərinin texniki şərt alaraq abonent kimi qeydiyyata düşməsi, həmçinin içməli su və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadə hallarının aşkarlanaraq qeydiyyata alınması hesabına baş verib.Oktyabrın 1-nə “Azərsu” ASC abonentlərinin 86,9 faizi sayğacla təmin olunub. Hazırda əhali qrupu abonentləri üzrə sayğaclaşma səviyyəsi 86,7 faiz, qeyri-əhali qrupu üzrə isə 94,4 faiz təşkil edir.xeber100.com

Oktyabr 8, 2021 12:51

Azərbaycan Mərkəzi Bankı USD/AZN rəsmi məzənnəsini açıqlayıb

Azərbaycan Mərkəzi Bankı (AMB) oktyabrın 11-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.AMB-dən Azərtac-a bildirilib ki, bankın oktyabrın 11-dən etibarən USD/AZN rəsmi məzənnəsi 1,7000 manat səviyyəsində müəyyən olunub.xeber100.com

Oktyabr 8, 2021 12:48

Bakı Nəqliyyat Agentliyindən məlumatı əsasında…

Sentyabrda 16 küçə və prospektdə piyada keçidi yenilənib.Azərtac xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.Qeyd edilib ki, ötən ay 76 küçə və prospektdə 414 yol nişanı quraşdırılıb. Ay ərzində quraşdırılan avtobus dayanacaq məntəqələrinin sayı 61 olub. 25 küçə və prospektdə təhlükəsizlik səviyyəsi artırılıb, 6-da isə pandus, tumba və məhəccər quraşdırılıb. Keçən ay 8 küçədə piyada keçidi təşkil edilib, 4 məktəbin qarşısındakı yolda təhlükəsizlik səviyyəsi artırılıb.Ümumilikdə son 9 ayda yol nişanı üzrə illik hədəfin 64 faizi quraşdırılıb, 58 vətəndaşın müraciəti təmin olunub.xeber100.com

Oktyabr 8, 2021 12:46

İçməli suyun verilməsində məhdudiyyətlər tətbiq ediləcək

Binəqədi rayonunun bu ərazilərində içməli suyun verilməsində məhdudiyyətlər tətbiq ediləcək.“Azərsu” ASC-dən Azərtac-a bildirilib ki, magistral su kəmərində aparılan təmir işləri ilə əlaqədar oktyabrın 7-də gün ərzində Binəqədi rayonu 7-ci və 8-ci mikrorayonlara içməli suyun verilməsində məhdudiyyətlər olacaq.xeber100.com

Oktyabr 7, 2021 3:12

Bakı Fond Birjasında hərrac keçiriləcək

Oktyabrın 6-da Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.BFB-dən Azərtac-a bildirilib ki, hərraca çıxarılan notların həcmi 100 milyon manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gündür. Notlar noyabrın 3-də ödəniləcək. Hərracın gedişi zamanı hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı 2-dən artıq (1 rəqabətli və 1 qeyri-rəqabətli) olmamalıdır və verilmiş sifarişlərin nominal məbləği hərraca çıxarılmış notların həcmindən çox olmamalıdır. Notların buraxılışının 20 faizdən çox olmamaq şərtilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir. Hərracda toplanmış tələb təklifdən çox olduğu halda, təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğ maksimum 20 faizədək artırıla bilər. Hərrac nəticəsində bağlanılan əqdlər üzrə hesablaşmalar T+0 rejimində həyata keçiriləcək. Təqdim olunan sifarişlər üzrə qiymət diapazonu 99.4974-99.5351 AZN təşkil edir. Mərkəzi Bankın qısamüddətli notlarının alıcıları qismində yalnız lisenziya əsasında fəaliyyət göstərən yerli banklar çıxış edə bilər.xeber100.com

Oktyabr 5, 2021 1:15
    Page 42 of 381« First«...102030...4041424344...506070...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az