“Bakı Metropoliteni” QSC-nin məlumatı əsasında…

“Bakı Metropoliteni” QSC-nin “Cəfər Cabbarlı” stansiyasında yenidənqurma tədbirlərinin ikinci mərhələsinə başlanılır.QSC-dən Azərtac-a bildirilib ki, bu mərhələ çərçivəsində stansiyanın birinci yolu və platformasında, habelə vestibülü və keçidlərində əsaslı təmir işləri aparılacaq.Hər şeydən əvvəl stansiyanın vəziyyəti qiymətləndirilərək yerinə yetiriləcək işlərin həcmi və miqyası müəyyən olunub və mərhələlərə bölünüb. Əsas məsələ isə budur ki, “Xətai-Cəfər Cabbarlı” mənzilində hərəkət məhdudlaşdırılmayıb. Bu məqsədlə birinci mərhələdə təmir stansiyanın ikinci yolunda aparılıb. Həmin müddətdə qatarlar birinci stansiya yolundan hərəkət edib.Burada əsas məqsəd stansiyanın ölkədəki mürəkkəb iqtisadi dövrə təsadüf edən tikintisi zamanı yol verilmiş nöqsanların tamamilə aradan qaldırılmasıdır. Təmir və yenidənqurma tədbirlərinin ikinci mərhələsi çərçivəsində “Cəfər Cabbarlı” stansiyasının birinci yolunda da yol infrastrukturu tamamilə yeni əsaslarla inşa olunacaq. Burada da “Bənövşəyi xətt”in “8 Noyabr”, “Yaşıl xətt”in “Xətai” və “Elmlər Akademiyası” stansiyalarında olduğu kimi, yol infrastrukturunun təməli dəmir-beton bloklar üzərində qurulacaq. Bu məqsədlə köhnə yol infrastrukturu söküləcək, yol yatağı dağıdılacaq və texnoloji proseslərin ardıcıllığına uyğun olaraq yenisi quraşdırılacaq.“Cəfər Cabbarlı” stansiyasında birinci yolun divarı və platformaaltı sahə əsaslı təmir olunacaq, kabel kollektoru müasir infrastrukturun tələblərinə uyğunlaşdırılacaq. Həmçinin stansiya yolunda, platformada və pilonlarda gücləndirmə işi aparılacaq. Burada işlər döşəmə və divarların üzlənməsi ilə tamamlanacaq.Stansiyanın keçidləri, vestibül səviyyəsində eskalatorların maili gedişi, giriş və çıxış sahələrinin tavan, döşəmə divarları, həmçinin xidməti otaqları əsaslı təmir olunacaq. Hərəkətin təşkili və idarəetmə avadanlıqları, təhlükəsizlik sistemləri və elektromexaniki avadanlıqları müasir standartların tələbləri səviyyəsində yenilənəcək.Qeyd edək ki, stansiyada aparılan yenidənqurma işlərinin birinci mərhələsi stansiyanın bir yolu ilə yanaşı müvafiq tunellərdə də aparılır. İkinci mərhələ çərçivəsində aparılacaq təmir prosesində “Xətai-Cəfər Cabbarlı” mənzilində qatarların hərəkəti dayandırılmayacaq. Qatarlar təmir işlərinin əsas hissəsi başa çatmış ikinci yol ilə “Xətai” stansiyasına hərəkət edəcək.xeber100.com

İyul 12, 2021 2:20

TAP Avropa İttifaqının təbii qaz idxalının 1,2 faizini təmin edib

Cari ilin ilk rübündə Avropa İttifaqının (Aİ) təbii qaz istehlakı ötən ilin eyni rübü ilə müqayisədə 7,6 faiz artıb. Yerli qaz istehsalı isə 11 azalıb.Azərtac xəbər verir ki, bu barədə Avropa Komissiyasının təbii qaz bazarlarına dair rüblük hesabatında deyilir.Hesabatda bildirilir ki, 2020-ci ilin sonunda yeni “Trans-Adriatik” boru kəməri (TAP) istifadəyə verilib və cari ilin birinci rübündə bu boru xətti 10 TWh civarında enerji təmin edib. Bu dövrdə TAP Aİ-nin təbii qaz idxalının 1,2 faizini təmin edib.Xatırladaq ki, 2020-ci ilin dekabr ayında TAP-la kommersiya qaz nəqlinə başlandığı vaxtdan ötən müddət ərzində boru kəməri ilə Azərbaycan qazı Yunanıstanın Kipoi bölgəsindəki qaz stansiyasından Avropaya nəql olunur. Artıq 2 milyard kubmetrdən çox qazın təhlükəsiz şəkildə nəql edilməsi TAP infrastrukturunun bir çox bazarda şaxələndirilməsinə imkan yaradıb. TAP-ın çatdırdığı qaz həcmləri Avropa İttifaqı üçün yeni etibarlı, təhlükəsiz və sərfəli enerjini mənbəyi təmin etməklə yanaşı, enerji yol xəritəsini asanlaşdırmaqda əsas rol oynayır.TAP Cənub Qaz Dəhlizinin Avropa qolu, Azərbaycandan Avropa bazarlarına 10 milyard kubmetr yeni qaz tədarükünü həyata keçirəcək qovşaq layihəsidir. TAP sistemi keyfiyyət, sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi üzrə beynəlxalq standartlara uyğun fəaliyyət göstərir. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq ildə 20 milyard kubmetrə çatdırmağa imkan verir. TAP Yunanıstan (550 kilometr), Albaniya (215 kilometr) əraziləri, Adriatik dənizinin dibi ilə (105 kilometr) keçərək İtaliya sahillərinə (8 kilometr) çıxır. TAP səhmdarları 2013-cü ilin sonunda layihənin inkişafı və tikintisi haqqında qərar verib.Boru kəməri Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən nəhəng “Şahdəniz” yatağında hasil olunan təbii qazı Avropaya nəql edir. Boru kəməri Türkiyə-Yunanıstan sərhədində, Kipoidə TANAP ilə birləşir, Yunanıstan və Albaniyadan keçərək Adriatik dənizi vasitəsilə İtaliyanın cənub sahillərinə çatır. TAP Cənub-Şərqi Avropa ölkələrini qazla təchiz edəcək. TAP-ın Yunanıstan və Albaniyadakı çıxışları və İtaliyanın sahilinə çıxışı Azərbaycan qazının geniş Avropa bazarlarına tədarükü üçün çoxsaylı imkanlar açır. Cənub Qaz Dəhlizinin əsas hissəsi kimi TAP Avropa üçün strateji və iqtisadi əhəmiyyət daşıyır və yeni təbii qaz mənbəyinə etibarlı çıxışı təmin edir. TAP Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində, təchizatın diversifikasiyasında, həmçinin karbon emissiyasının azaldılmasında mühüm rol oynayır.TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz).xeber100.com  

İyul 9, 2021 10:17

25-ci IBF Forumunun keçirilməsinə dair anlaşma memorandumu imzalanıb

İyulun 6-da iş adamlarının, biznes assosiasiyaların və Beynəlxalq Biznes Forumun (IBF) nümayəndələrinin iştirakı ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və IBF arasında 25-ci IBF Forumunun Bakıda keçirilməsinə dair anlaşma memorandumu imzalanıb.KOBİA-dan Azərtac-a bildirilib ki, sənədi agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov və IBF-in sədri Erol Yarar imzalayıblar.O.Məmmədov IBF Forumunun ölkəmizdə keçirilməsinin iştirakçı ölkələr, xüsusilə də Azərbaycan və Türkiyə arasında biznes sahəsində əməkdaşlığının genişləndirilməsi və iş adamlarının iştirakı ilə çoxtərəfli biznes platformanın formalaşdırılmasında əhəmiyyətli olacağını bildirib. Qeyd olunub ki, forum çərçivəsində Azərbaycanın əlverişli biznes və investisiya mühitinin xarici investorlara tanıdılması, iş adamları arasında birbaşa biznes əlaqələrin qurulması, Qarabağın investisiya imkanları barədə təqdimatın keçirilməsi nəzərdə tutulur. Forum post-COVID dövründə ticarət və iqtisadi tərəfdaşlığın canlandırılması, yeni təşəbbüslərin reallaşdırılması baxımından da əhəmiyyətli olacaq.Beynəlxalq Biznes Forumun rəhbəri E.Yarar və Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) sədri Abdurrahman Uzun 25 ildir keçirilən IBF-in əhəmiyyətinə dair fikirlərini bölüşüb, növbəti tədbirin Bakıda keçirilməsindən məmnunluqlarını bildiriblər.Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov forumun iş adamları arasında yeni əlaqələrin qurulması və əməkdaşlığın inkişafı, eləcə də ölkəmizin biznes mühitinin təqdim olunması baxımından əhəmiyyətli olacağını vurğulayıb.Tədbir çərçivəsində IBF-in fəaliyyətinə dair film nümayiş olunub.Qeyd edək ki, forum dünyanın bir sıra ölkələrinin iş adamlarını və dövlət rəsmilərini bir araya gətirməklə, ölkələr arasında ikitərəfli iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi, davamlı əməkdaşlıq modellərinin yaradılması, investisiya sahəsində əməkdaşlıq və biznes əlaqələrinin möhkəmləndirilməsi məqsədilə təşkil olunur. Forum 1995-ci ildə MÜSİAD tərəfindən təsis edilib və ildə bir dəfə keçirilən IBF çərçivəsində bir sıra panel iclaslar, ölkə təqdimatları, ikitərəfli görüşlər və sair tədbirlər təşkil olunur.xeber100.com  

İyul 6, 2021 1:54

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin məlumatı

İyulun 3-də Abşeron dairəvi dəmir yolu xəttində qatarlar hərəkətdə olacaq.“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən Azərtac-a bildirilib ki, qeyri-iş günlərindəki qrafikə uyğun olaraq sabah aşağıdakı qatarlar işləyəcək: Bakı-Pirşağı-Sumqayıt Bakıdan saat 08:35-də yola düşən 6603 nömrəli qatar Bakıdan saat 09:45-də yola düşən 6607 nömrəli qatar Bakıdan saat 15:50-də yola düşən 6611 nömrəli qatar Bakıdan saat 17:50-də yola düşən 6615 nömrəli qatar Bakıdan saat 18:25-də yola düşən 6617 nömrəli qatar Bakıdan saat 19:55-də yola düşən 6621 nömrəli qatar Bakıdan saat 20:30-da yola düşən 6623 nömrəli qatar Sumqayıt-Pirşağı-Bakı Sumqayıtdan saat 07:20-də yola düşən 6604 nömrəli qatar Sumqayıtdan saat 07:35-də yola düşən 6606 nömrəli qatar Sumqayıtdan saat 09:00-da yola düşən 6612 nömrəli qatar Sumqayıtdan saat 10:00-da yola düşən 6614 nömrəli qatar Sumqayıtdan saat 10:45-də yola düşən 6616 nömrəli qatar Sumqayıtdan saat 16:50-də yola düşən 6620 nömrəli qatar Sumqayıtdan saat 18:00-da yola düşən 6622 nömrəli qatar Sumqayıtdan saat 19:30-da yola düşən 6626 nömrəli qatar Bakı-Xırdalan-Sumqayıt Bakıdan saat 08:20-də yola düşən 6005 nömrəli qatar Bakıdan saat 17:20-də yola düşən 6015 nömrəli qatar Bakıdan saat 18:50-də yola düşən 6021 nömrəli qatar Bakıdan saat 19:35-də yola düşən 6023 nömrəli qatar Sumqayıt-Xırdalan-Bakı Sumqayıtdan saat 08:00-da yola düşən 6008 nömrəli qatar Sumqayıtdan saat 09:30-da yola düşən 6012 nömrəli qatar Sumqayıtdan saat 18:45-də yola düşən 6022 nömrəli qatar.xeber100.com  

İyul 2, 2021 3:21

Bakı Fond Birjasında istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

İyulun 6-da Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.BFB-dən Azərtac-a bildirilib ki, faizli, ortamüddətli dövlət istiqrazlarının ümumi həcmi 20 milyon manat, nominal dəyəri 100 manat, faiz dərəcəsi 6 faiz, tədavül müddəti 728 gündür. İstiqrazlar 2023-cü il iyulun 4-də ödəniləcək. "PAŞA Kapital" İnvestisiya Şirkəti QSC anderrayter vəzifəsində çıxış edir.Hərrac zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20 faizdən çox olmamaq şərtilə qəbul edilməsinə icazə verilir. Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20 faizdən aşağı olduğu təqdirdə emitent bu sifarişləri qəbul etməyə bilər. Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət emitenti qane edəcəyi halda isə emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər. Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.xeber100.com

İyul 1, 2021 2:45