Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin məlumatı

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, gecikmələr aşağıdakı istiqamətlər üzrə müşahidə edilir. 1.“Moskva prospekti” – “20 Yanvar” dairəsi istiqamətində 2, 7A, 13, 14, 18, 29, 67, 83, 92, 96, 114A, 114B, 119, 135 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası 12-15 dəqiqə gecikmə müşahidə olunur. 2.Tbilisi prospekti – hər iki istiqamətdə 2, 13, 65 və 79 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 13-16 dəqiqə gecikmə var. 3.Akademik Həsən Əliyev küçəsi – Hər iki istiqamətdə (Tbilisi prospekti və Koroğlu Rəhimov küç) sıxlıq yaranıb. Bu səbəbdən də həmin ərazidən keçən 6, 13, 61, 83 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 15-17 dəqiqə gecikmə müşahidə olunur. 4.Koroğlu Rəhimov küçəsi – Hər iki istiqamətdə sıxlıq. Bu səbəbdən həmin ərazidən keçən 13 nömrəli müntəzəm marşrut xəttindəki avtobuslararası intervallarda 13-15 dəqiqə gecikmə qeydə alınır. 5.Ziya Bünyadov prospektinin, Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən başlayaraq köməkçi yol, eyni zamanda, M.K.Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissə - köməkçi yolda 20 Yanvar dairəsi istiqamətində, eyni zamanda, əks istiqamətdə 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 13-18 dəqiqə gecikmə müşahidə olunur. 6.Binəqədi şosesi – hər iki istiqamətdə sıxlıq yaranıb. Bu səbəbdən də həmin ərazidən keçən 71, 79, 133, 165, 179, 202 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 14-17 dəqiqə gecikmə var. 7.Bakıxanov küçəsindən keçən 3 və 17 nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda 9-12 dəqiqə gecikmə müşahidə olunur. 8.Xocalı prospekti - Yusif Səfərov küçəsi istiqamətində 4, 10, 21, 30, 32, 46, 49 nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda 15-18 dəqiqə gecikmə müşahidə edilir. 9.28 May küçəsi, Azadlıq prospekti, Zərifə Əliyeva küçəsi, Neftçilər prospekti – “Azneft” dairəsi istiqamətində 5, 18, 88 və 125 nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda 10-15 dəqiqə gecikmə müşahidə olunur. 10. Dilarə Əliyeva küçəsi hər iki istiqamətdə 1, 2, 14, 21, 30, 32, 49 və 88A nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda 11-16 dəqiqə gecikmə var. 11.Qara Qarayev prospekti– hər iki istiqamətdən Dakar dairəsi istiqamətinə (avtobus zolağının olmasına baxmayaraq digər nəqliyyat vasitələri zolağın tələbini pozurlar) 7A, 11, 15, 30, 35, 40, 44, 49, 51, 62, 64 və 81 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 15-21 dəqiqə gecikmə müşahidə olunur.xeber100.com

Sentyabr 9, 2023 12:51

Çinin paytaxtı Pekində “Azərbaycan Ticarət Evi” fəaliyyətə başlayıb

Çinin paytaxtı Pekində “Azərbaycan Ticarət Evi” fəaliyyətə başlayıb. Ticarət evinin açılış mərasimində hər iki ölkənin rəsmi şəxsləri, sahibkarlar, Çində akkreditə olunan diplomatik korpusun nümayəndələri iştirak ediblər. Azərbaycan Respublikası Prezidentinin müvafiq tapşırığının icrası olaraq İqtisadiyyat Nazirliyi tərəfindən yaradılmış “Azərbaycan Ticarət Evi” “Made in Azerbaijan” brendinin Çin bazarında daha çox tanıdılmasına, Azərbaycan məhsullarının ixracının təşviqi və genişləndirilməsinə dəstək göstərəcək, bu sahədə əlaqələndirməni həyata keçirəcək. Tədbirdə iştirak edən iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanın Çində sayca 4-cü ticarət evinin ticarət və mədəni mübadilə üçün dinamik platforma rolunu oynayacağını vurğulayıb. Azərbaycanın Çindəki Ticarət Nümayəndəliyinin bu kontekstdə uğurlu fəaliyyəti qeyd edilib. Bildirilib ki, Çindəki digər ticarət evləri ölkənin tanınmış şəhərlərindən olan Çindao, Çengdu və Canciaciyedə uğurla fəaliyyət göstərir. Bundan əlavə, Azərbaycanın Şanxay, Harbin, Cinan və Uhanda 4 ticarət bölməsi, Urumçi və Şanxayda isə 3 “Azərbaycan şərab evi” var. Asiya regionu daxilində Çin bazarı şərab məhsullarının əsas istehlakçısı kimi Azərbaycan üçün böyük potensial təklif edir. Qeyd olunub ki, xaricdə, xüsusən də Çində Azərbaycan ticarət evlərinin yaradılması müsbət nəticələr verib, yerli məhsullarımızın tanıdılmasına, ixracın artmasına, “Made in Azerbaijan” brendinin səmərəli nümayişinə şərait yaradıb. Digər ticarət evlərində olduğu kimi bu ticarət evində də Azərbaycanın zəngin mədəni irsinə, turizm potensialına, iqtisadi imkanlarına və sərmayə mühitinə aid materiallar nümayiş olunur. Burada, ticarət evi ilə yanaşı, Azərbaycan təamlarının təklif olunduğu restoran da fəaliyyət göstərir.xeber100.com

Sentyabr 3, 2023 12:55