23 Fevral 2026 Bazar ertəsi
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Previous Next
  1. Ana səhifə
  2. İqtisadiyyat

Bakı Fond Birjasının məlumatı əsasında…

İpoteka istiqrazları üzrə faiz və nominal ödənişlər açıqlanıb.Bakı Fond Birjasından (BFB) Azərtac-a bildirilib ki, İpoteka və Kredit Zəmanət Fondu tərəfindən emissiya edilmiş AZ2027008681, AZ2027008682, AZ2029008680, AZ2030008687 İSİN-li istiqrazların emissiya prospektinə əsasən, istiqrazlar üzrə faiz ödənişləri günündə faiz ödənişi ilə yanaşı, istiqrazların nominal üzrə qalıq dəyərinin müəyyən bir hissəsinin (ipoteka örtüyünə daxil olan aktivlər üzrə əsas borc ödənişlərinə bərabər hissəsinin) ödənilməsi nəzərdə tutulub. Aprelin 8-də AZ2027008681, AZ2027008682, AZ2029008680, AZ2030008687 İSİN-li istiqrazlar üzrə növbəti faiz ödənişi emitent tərəfindən həyata keçirilib. Buna əsasən, həmin tarixdən etibarən sözügedən istiqrazların nominal üzrə qalıq məbləği 854.86 AZN təşkil edir.Növbəti faiz ödəniş dövründə 3 faizlik faiz gəliri 854.86 AZN məbləği əsasında hesablanacaq. Bakı Fond Birjasında AZ2027008681, AZ2027008682, AZ2029008680, AZ2030008687 İSİN-li istiqrazlar ilə ticarət edərkən istiqrazların baza qiymətinin 854.86 AZN olması nəzərə alınmalıdır.xeber100.com

Aprel 10, 2020 7:27

Azərbaycanda gündəlik neft hasilatı 763,9 min barrel olub

Mart ayı üzrə Azərbaycanda gündəlik neft hasilatı 763,9 min barrel olub.Energetika Nazirliyindən Azərtac-a bildirilib ki, bunun 683,7 min barrelini xam neft, 80,2 min barrelini kondensat təşkil edib. Gündəlik 418,9 min barrel xam neft, 76,2 min barrel kondensat, 15,5 min barrel neft məhsulları ixrac edilib.Ötən il dekabrın 6-da OPEC və qeyri-OPEC nazirlərinin 7-ci iclasında qəbul edilmiş razılaşma çərçivəsində Azərbaycan gündəlik neft hasilatını 769 min barrel həcmində saxlamaq öhdəliyini artıqlaması ilə yerinə yetirib.Energetika Nazirliyi mart üzrə hasilat göstəriciləri ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.Qeyd edək ki, “Əməkdaşlıq Bəyannaməsi”nin icrası 2020-cu ilin martın 31-də başa çatıb. Sabah OPEC və qeyri-OPEC ölkələri nazirlərinin videokonfrans formatında 9-cu iclası keçiriləcək.xeber100.com

Aprel 8, 2020 10:05

“Azərenerji” ASC-nin məlumatı əsasında…

İlin 365 günü, 24 saat növbəli iş prinsipi ilə fəaliyyət göstərən və bir saniyə də olsun elektrik enerjisinin istehsalını, o cümlədən ötürülməsini dayandırmayan “Azərenerji” ASC koronavirus epidemiyası olmağına baxmayaraq işini fasiləsiz olaraq davam etdirir.ASC-dən Azərtac-a bildirilib ki, “Azərenerji” tabeliyindəki müəssisələrdə virusun yayılmasının qarşısının alınması ilə bağlı təxirəsalınmaz tədbirlər, dezinfeksiya işlərini həyata keçirməklə yanaşı, “#evdəqal” aksiyasına dəstək verərək növbəti videoçarx yayımlayıb.Videoçarxda əməkdaşların fasiləsiz olaraq növbəli iş prinsipi ilə çalışması fonunda əhaliyə “Biz sizin üçün işləyirik, siz bizim üçün evdə qalın!” müraciəti edilir.xeber100.com

Aprel 7, 2020 9:33

Bakı Fond Birjasında qısamüddətli hərrac keçiriləcək

Aprelin 8-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.BFB-dən Azərtac-a bildirilib ki, hərraca çıxarılan notların həcmi 100 milyon manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gündür. Notlar mayın 6-da ödəniləcək.Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı 2-dən (1 rəqabətli və 1 qeyri-rəqabətli) çox olmamalıdır. Notların buraxılışının 20 faizdən çox olmamaq şərtilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir. Hərrac nəticəsində bağlanılan əqdlər üzrə hesablaşmalar T+1 rejimində həyata keçiriləcək.xeber100.com  

Aprel 6, 2020 6:43

Rusiya Dəmir Yolları” şirkəti infrastruktur layihələrini dayandırıb

“Rusiya Dəmir Yolları” şirkəti İranda həyata keçirdiyi infrastruktur layihələrini dayandırıb.Azərtac xəbər verir ki, bu barədə şirkətin mətbuata açıqlamasında bildirilib. Qeyd edilib ki, şirkət İran dəmir yollarını elektrikləşdirmək üçün hazırlanmış birgə layihədən çıxır və ümid edir ki, bu, Rusiya və İran Dəmir Yolları idarələrinin əməkdaşlığına maneə yaratmaz. Layihəyə əsasən şirkət İranın Ramsar-İncə Burun dəmir yolu xəttində elektrik (elektrovoz) qatarların hərəkətini təmin etməli idi.“Rusiya Dəmir Yolları” Tehrandakı filialını bağladığını elan edib və İrandakı layihələrdən çıxmasının səbəbini açıqlamayıb. Lakin bildirilib ki, şirkət Hindistan, Serbiya və Kubada həyata keçirdiyi layihələri davam etdirəcək.Xatırladaq ki, “Rusiya Dəmir Yolları” şirkəti Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinə daxil olan dəmir yolunun İrandan keçən hissəsində də elektrik işlərini həyata keçirməyə razılıq vermişdi.xeber100.com

Aprel 5, 2020 7:34

Dünya birjalarında “Brent” markalı neftin bir barrelinin qiyməti…

Dünya birjalarında neftin qiyməti bahalaşıb.Azərtac xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 4,17 dollar artaraq 34,11 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 3,02 dollar bahalaşaraq 28,34 dollar təşkil edib.xeber100.com

Aprel 4, 2020 10:07

“Azərbaycan Hava Yolları” QSC çarter reysi yerinə yetirib

“Azərbaycan Hava Yolları” QSC (AZAL) tərəfindən aprelin 3-də İstanbuldan Bakıya çarter reysi yerinə yetirilib.QSC-dən Azərtac-a bildirilib ki, həmin reyslə Bakıya 106 Azərbaycan vətəndaşı çatdırılıb.Eyni zamanda, bu gün səhər saatlarında aviaşirkətin təyyarəsi ilə 69 sərnişinlə Londondan Bakıya reys həyata keçirilib.Bundan əlavə, dünən axşam Moskvadan (Vnukovo hava limanı) uçuş yerinə yetirən AZAL-ın təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna enib. Təyyarədə 123 sərnişin olub.Azərbaycana gələn bütün sərnişinlər mütləq qaydada karantinə yerləşdirilib.xeber100.com

Aprel 3, 2020 10:17

Mərkəzi Bank aprelin 2-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb

Azərbaycan Mərkəzi Bankı (AMB) aprelin 2-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.AMB-dən Azərtac-a bildirilib ki, bankın aprelin 2-dən etibarən USD/AZN rəsmi məzənnəsi 1,7000 manat səviyyəsində müəyyən olunub.xeber100.com

Aprel 1, 2020 10:22

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin məlumatı əsasında…

Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) profilaktik tədbirləri davam etdirir.ASCO-dan Azərtac-a bildirilib ki, müəyyənləşdirilmiş qrafikə uyğun olaraq növbəti dezinfeksiya işləri “Akademik Topçubaşov, “Vasif Hüseynov”, “Salyut”, “SLV-363”, “Abşeronskaya-6”, “Bunkerovşik-7”, “İrgiz”, “Qaradağ-4”, “Andoqa”, “Alı Mustafayev”, “Atlet-2”, “Atlet-5”, “Taman”, “Barja-701”, “Socar-1”, “Kapitan Ağasıyev” gəmilərində aparılıb.Dezinfeksiya bu sahədə ixtisaslaşmış və müvafiq lisenziyaya malik şirkət tərəfindən həyata keçirilib. Proses ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin əməkdaşlarının nəzarəti ilə yerinə yetirilib.xeber100.com

Mart 31, 2020 7:08

“Azərbaycan Hava Yolları” QSC sosial videoçarx hazırlayıb

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) pilotları və təyyarə bələdçiləri ölkə vətəndaşlarının evdə qalmaları ilə bağlı sosial videoçarx hazırlayıb.QSC-dən Azərtac-a bildirilib ki, AZAL ölkəmizin hər bir vətəndaşına müraciət edərək karantin rejiminə riayət etməyə, yaxınları və tanışlarını, xüsusilə yaşlıları artıq təmasdan qorumağa çağırır.Videoçarxın əsas ismarıcı özümüzün və yaxınlarımızın əmin-amanlığı naminə evdə qalmaq və sağlamlığı qorumaqdan ibarətdir.xeber100.com

Mart 30, 2020 7:54
    Page 81 of 380« First«...102030...7980818283...90100110...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az