03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İqtisadiyyat

İqtisadiyyat Nazirliyinin məlumatına görə…

Baş Nazirin müvafiq tapşırığına uyğun olaraq, koronavirus (COVID-19) pandemiyasına yoluxma riskinin qarşısının alınması məqsədilə Hökumət Evində profilaktik və məhdudlaşdırıcı tədbirlər həyata keçirilir.İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, nazir Mikayıl Cabbarovun müvafiq əmri ilə nazirliyin strukturları üçün xüsusi iş rejimi müəyyən olunub. Nazirliyin Aparatının və strukturlarının yerləşdiyi inzibati binalara giriş-çıxış üçün xüsusi rejim tətbiq edilib. Bununla əlaqədar, nazirliyin Aparatının yerləşdiyi inzibati binada (Hökumət Evi) fəaliyyət göstərən dövlət qurumlarına və təşkilatlara müvafiq tövsiyə məktubları göndərilib.Eyni zamanda, Baş Nazirin müvafiq göstəriş-məktubuna əsasən, Hökumət Evində fəaliyyəti məhdudlaşdırılmayan qurumlarda iş həftəlik növbəli rejimdə həyata keçirilir.Bununla yanaşı, Hökumət Evində mütəmadi dezinfeksiya işləri görülür. Növbəti dezinfeksiya martın 27-də aparılacaq.xeber100.com

Mart 25, 2020 6:42

İqtisadiyyat Nazirliyinin məlumatına görə…

Koronavirus pandemiyasının (COVİD-19) yayılması təhlükəsi ilə bağlı məhdudlaşdırıcı tədbirlərin həyata keçirildiyini və obyektlərdə koronavirusa yoluxma halı qeydə alınarsa, həmin şəxslə (şəxslərlə) birlikdə işçilərin tam tərkibdə karantinə alınacağını nəzərə alaraq, iş fəaliyyəti məhdudlaşdırılmayan həyat əhəmiyyətli, eləcə də mühüm istehsal, emal və satış obyektlərinin fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə müəssisə və şirkət rəhbərlərinə işçilərin həftəlik növbə əsasında 50 faizinin işə cəlb edilməsi tövsiyə olunur.Azərtac xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında bildirilir.Məlumatda deyilir: “Belə ki, obyektdə işləyən şəxsdə (şəxslərdə) koronavirusa yoluxma baş verərsə, həmin şəxslə (şəxslərlə) birlikdə olan digər işçilər tam tərkibdə karantinə alınmalı, müvafiq dezinfeksiya tədbirlərindən sonra işçilərin digər 50 faizi ilə obyektin fasiləsiz fəaliyyəti təmin edilməlidir”.xeber100.com

Mart 24, 2020 7:47

Beynəlxalq Aeroportundan reyslər ikinci terminaldan həyata keçiriləcək

Heydər Əliyev Beynəlxalq Aeroportundan yerinə yetirilən reyslərin sayının azalması ilə əlaqədar 24 mart saat 00:00-dan etibarən bütün reyslər ikinci terminaldan (Terminal 2) həyata keçiriləcək.Bu barədə Azərtac-a “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən bildirilib.Qeyd edək ki, koronavirus infeksiyasının (COVID-19) yayılması ilə mübarizə çərçivəsində “Azərbaycan Hava Yolları”nın bütün struktur bölmələri gücləndirilmiş rejimdə və dövlət strukturları ilə sıx əməkdaşlıqda işləyir.

Mart 23, 2020 7:17

“Aeroflot” aviaşirkəti Azərbaycana uçuşları dayandırır

Rusiyanın “Aeroflot” aviaşirkəti Azərbaycana uçuşları dayandırır.Azərtac xəbər verir ki, “Aeroflot” koronavirus pandemiyası ilə əlaqədar martın sonlarında 7 ölkəyə, o cümlədən Azərbaycana uçuşları dayandırır. Bu barədə şirkətin saytında məlumat verilib. Belə ki, Bakıya uçuşlar martın 29-dan aprelin 30-dək həyata keçirilməyəcək.Şirkət Helsinki, Stokholm, Zaqreb, Sofiya və Afinaya da reysləri müvəqqəti ləğv edib.xeber100.com

Mart 22, 2020 9:39

“Azəriqaz” qeyri-iş günlərində fəaliyyətini davam etdirir

“Azəriqaz” İstehsalat Birliyi Novruz bayramındakı qeyri-iş günlərində tam iş günü rejimində fəaliyyətini davam etdirir.İstehsalat Birliyindən Azərtac-a verilən məlumata görə, martın 15-dən 19-dək Heydər Əliyev prospektində yerləşən 5 saylı “ASAN xidmət” mərkəzində bir pəncərədə göstərilən xidmətlər 2 gündür ki, dayandırılıb. Müştəri xidmətləri yalnız Birliyin Mərdəkan, Xırdalan və Sabunçu xidmət sahələrində, Gəncə, Şəmkir, Tərtər, Zaqatala, Ağsu, Lənkəran, Xaçmaz, Salyan Regional qaz istismar İdarələri, Bakı Regional qaz istismar Departamenti və Sumqayıt qaz istismar Sahəsində həyata keçirilir. Bundan başqa Bakı Regional Qazın Satışı Departamentinin inzibati binasında da abonentlərə eyni xidmətlər təqdim olunur.Qarşıdakı 8 gün ərzində vətəndaşlara itirilmiş və ya zədələnmiş smart kartların bərpası, yeni qazlaşma nəticəsində quraşdırılmış smart tipli sayğacın kartının verilməsi, koda düşmüş kartların bərpası və digər zəruri xidmətlər göstəriləcək.xeber100.com

Mart 21, 2020 1:09

“Belavia” şirkətinin məlumatı əsasında…

Belarusda yaşayan Azərbaycan vətəndaşlarının vətənə qayıtması üçün çarter reyslər təşkil olunacaq.“Belavia” şirkətindən Azərtac-a bildirilib ki, koronavirusla bağlı Azərbaycan və Belarus arasında hava məkanı qapalı olduğundan şirkət martın 21, 25 və 29-da yerli vaxtla 23:15 Bakıya xüsusi reysləri reallaşdıracaq. Martın 22, 26 və 30-da isə yerli vaxtla 04:35-də Bakıdan Minskə aviareyslər həyata keçiriləcək.Biletlər artıq “Belavia” şirkətinin ofisində satılır. Biletlər yalnız Azərbaycan və Belarus vətəndaşları üçün satılacaq.xeber100.com

Mart 20, 2020 1:17

İqtisadiyyat Nazirliyində profilaktik tədbirlər davam etdirilir

Koronavirus infeksiyasının (COVID-19) yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Baş Nazirinin sədrliyi ilə yaradılmış hökumət komissiyasının təsdiq etdiyi Fəaliyyət Planına uyğun olaraq, İqtisadiyyat Nazirliyində profilaktik tədbirlər davam etdirilir.Nazirliyin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, bu məqsədlə infeksiyaya qarşı mübarizənin təşkil edilməsi, xəstəliyə yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan profilaktik tədbirlərin effektivliyinin daha da artırılması məqsədilə nazirlik əməkdaşları üçün təlimat hazırlanıb.Təlimatda nəzərdə tutulan tədbirlərə ciddi əməl olunması barədə nazirliyin strukturlarına müvafiq göstəriş verilib.xeber100.com  

Mart 20, 2020 1:09

İçməli suyun verilməsində məhdudiyyətlər olacaq

Binəqədi və Biləcəri qəsəbələrinin bir hissəsində içməli suyun verilməsində məhdudiyyətlər olacaq.“Azərsu” ASC-dən Azərtac-a bildirilib ki, Bakı-Sumqayıt avtomobil yolunun Xırdalan dairəsi ərazisində genişləndirilməsi layihəsi çərçivəsində ərazidən keçən su xətlərinin yenilənməsi ilə əlaqədar martın 19-da gün ərzində Binəqədi və Biləcəri qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.xeber100.com

Mart 19, 2020 12:24

“Azərbaycan Dəmir Yolları” QSC-nin məlumatı əsasında…

Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata əsasən, martın 19-da saat 00:00-dan etibarən Sumqayıt və Abşeron istisna olmaqla, ölkənin bütün şəhər və rayonlarından qatar vasitəsilə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna sərnişin daşınması dayandırılır.“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyindən Azərtac-a bildirilib ki, martın 18-də Bakıdan yola düşən ölkədaxili bütün qatarlar gündəlik qrafikə uyğun hərəkət edəcək. Martın 18-i və 19-u bölgələrdən çıxan qatarlar isə geriyə sərnişinsiz qayıdacaq.Martın 19-dan martın 29-dək Bakı-Sumqayıt-Bakı və Bakı-Pirşağı-Bakı elektrik qatarları istisna olmaqla, ölkədaxili sərnişin qatarlarının hərəkəti dayandırılır. Martın 18-dən 29-dək olan tarixlərdə qatarlara alınan biletlər üçün ödənilən məbləğ tam şəkildə vətəndaşlara geri qaytarılır. Bilet satışı qaydalarına uyğun olaraq, sərnişinlər qatarın yola düşəcəyi vaxtdan əvvəl bileti qaytarıb, ödədikləri məbləği geri ala bilərlər.xeber100.com

Mart 18, 2020 12:07

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 3,77 dollar ucuzlaşıb

Azərbaycan neftinin qiyməti kəskin ucuzlaşıb.Azərtac xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 3,77 dollar ucuzlaşaraq 29,37 dollar təşkil edib.Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.xeber100.com

Mart 17, 2020 10:48
    Page 82 of 380« First«...102030...8081828384...90100110...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az