“Azərkosmos” ASC əməkdaşlıq müqaviləsi imzalayıb

“Azərkosmos” ASC Rusiya telekanalları ilə əməkdaşlıq müqaviləsi imzalayıb.ASC-dən Azərtac-a bildirilib ki, “Azərkosmos” yanvarın 28-30-da Moskvada keçirilən “CSTB 2020” sərgi-forumunda iştirak edib. “CSTB” sərgisi telekommunikasiya sahəsində artıq 20 ildən çoxdur keçirilir, sərgidə Rusiya və MDB ölkələrindən televiziya yayımı, rəqəmsal media və peyk xidmətləri təqdim edən aparıcı şirkətlər öz məhsullarını nümayiş edir.Sərgi çərçivəsində “Azərkosmos” və Rusiyanın “VES-Media” (ВЕС-Медиа) şirkətinin “Yuveliroçka” kanalı və Tatarıstan Respublikasının “Novıy Vek” (Телерадиокомпания Новый Век) teleradio şirkətinin “TNV Planet” (ТНВ Планета) kanalları arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, fevral ayından etibarən “Yuveliroçka” və “TNV Planet” kanalları “Azerspace-1” peyki vasitəsilə yayımlanacaq. Bu kanallar vasitəsilə rus və tatar dillərində ictimai, siyasi, iqtisadi, analitik, idman, musiqi, əyləncə, moda, tərz və mədəniyyət proqramları nümayiş edilir. Yeni kanallar sayəsində hazırda “Azerspace-1” peykində nümayiş olunan rusdilli kanalların sayı artacaq və bu da regionda rusdilli kanallara olan tələbatı qarşılamaqla “Azerspace-1” peykinin orbital mövqeyinin daha da populyarlaşması üçün əlavə imkanlar yaradacaq.Sözügedən kanalların yayım tezlikləri aşağıdakı kimidir: “Yuveliroçka” kanalının tezliyi: 11095/H/3000, “TNV Planet” kanalının tezliyi: 11015/H/13000 “Azərkosmos”la qurulan əməkdaşlığımız sayəsində “Yuveliroçka” kanalı nəinki Rusiya və MDB məkanında, o cümlədən “Azerspace-1” peyki vasitəsilə 30-dan çox ölkədə yayımlanacaq. Biz inanırıq ki, bu kanala azərbaycanlı izləyicilərin də marağı yüksək olacaq. Öz növbəmizdə bizə beynəlxalq televiziya yayımına çıxış imkanı yaratdığı üçün etibarlı tərəfdaşımız “Azərkosmos”a təşəkkür edirik və bu əməkdaşlığımızın uzunmüddətli olacağına əminik”, - deyə “VES-Media” şirkətinin distribüter meneceri Yuliya Averkina bildirib.Həmçinin sərgi iştirakçılarına “Azərkosmos”un MDB regionu üzrə satış təmsilçisi tərəfindən şirkətin fəaliyyəti və “Azerspace-1” və “Azerspace-2” telekommunikasiya peykləri haqqında geniş məlumat verilib və təqdimat keçirilib.xeber100.com

Yanvar 30, 2020 12:19

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatı

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 7,5 kilometrliyindən başlayaraq Xırdalan dairəsi və əks istiqamətdə yenidənqurma işləri davam etdirilir.Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Azərtac–a verilən məlumata görə, qurum tərəfindən aparılan yenidənqurma işləri çərçivəsində yol 2 hərəkət zolağı enində genişləndirilir. Bunun üçün əraziyə kifayət qədər texnika cəlb olunub. İşlər magistral yolda intensivlik nəzərə alınaraq ümumi hərəkətə maneə yaradılmadan aparılır.Hazırda layihə boyu hər iki istiqamət üzrə yol kənarında tökmə torpaq hissələrin qazılıb çıxarılması işləri gedir. Sözügedən işlər mövcud körpülərin alt hissəsində də aparılır. Tökmə torpağın çıxarıldığı hissələr kipləşdirilir, kənarlarında istinad divarı inşa edilir.Analoji genişləndirmə işlərinin Xırdalan dairəsinin altından keçən avtomobil tunelində də aparılır. Əlavə olaraq tunel hər bir istiqamət üzrə 2 hərəkət zolağından 4 hərəkət zolağına genişləndiriləcək. Bundan başqa, daha 2 hərəkət zolağı dairəyə qalxan və düşən hissələrdə də yaradılır.Genişləndirmə işləri zamanı qeyri-yaşayış sahələrinin qanunvericiliyə əsasən kompensasiya ödənilməklə sökülməsi, həmçinin kommunikasiya xətlərinin və yaşıllıqların köçürülməsi işləri aparılır.Bundan başqa magistral yolda hər bir istiqamət üzrə 2 hərəkət zolağının xüsusi dəmir-beton maneələrlə digər zolaqlardan ayrılması nəzərdə tutulur. Həmin zolaqlara daxil olan avtonəqliyyat vasitələri heç bir maneə olmadan Masazır, Ceyranbatan və bu istiqamətdə olan digər qəsəbələrə, həmçinin Sumqayıt şəhəri və ölkənin şimal istiqamətində hərəkət edə biləcəklər. Digər zolaqlarla hərəkət edən avtonəqliyyat vasitələrinin isə Biləcəri, Binəqədi və bu istiqamətdə olan qəsəbələrə, həmçinin Xırdalan şəhəri və ölkənin şimal-qərb istiqamətində maneəsiz hərəkəti təmin olunacaq.xeber100.com

Yanvar 28, 2020 3:03