05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. İqtisadiyyat

“Brent” markalı neftin bir barelinin qiyməti 0,59 dollar artıb

Dünya birjalarında neft qiymətləri bahalaşıb. Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,59 dollar artaraq 85,39 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,63 dollar bahalaşaraq 81,88 dollar təşkil edib.xeber100.com

Avqust 21, 2023 11:37

Dövlət Gömrük Komitəsinin məlumatı əsasında…

Bu ilin yanvar-iyul aylarında 73,8 min ton qara metal və ondan hazırlanan məmulatlar ixrac edilib. Dövlət Gömrük Komitəsi xəbər verir ki, ixrac edilən qara metal və ondan hazırlanan məmulatların dəyəri 69,5 milyon dollar olub. Xatırladaq ki, 2022-ci ilin müvafiq dövründə dəyəri 83,2 milyon dollar olmaqla 90,5 min ton qara metal və ondan hazırlanan məmulatlar ixrac edilib. Hesabat dövründə 318,4 min ton plastmas və ondan hazırlanan məmulatların ixracı həyata keçirilib. İxrac edilən plastmas və ondan hazırlanan məmulatların dəyəri 289,5 milyon dollar olub. Ötən ilin eyni dövründə dəyəri 209,5 milyon dollar olmaqla 186,8 min ton plastmas və ondan hazırlanan məmulatlar ixrac edilib. Bu ilin yeddi ayında 46 min ton alüminium və ondan hazırlanan məmulatlar ixrac olunub. İxracın dəyəri 122,2 milyon dollar təşkil edib. Keçən ilin müvafiq dövründə dəyəri 145 milyon dollar olan 39,4 min ton alüminium və ondan hazırlanan məmulatlar ixrac edilib.xeber100.com

Avqust 20, 2023 11:41

Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresi keçiriləcək

Özbəkistanın “Uzbekspace Agency” kosmik agentliyinin Baş direktorunun rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresində (“IAC 2023”) iştirak edəcək. Bu barədə Özbəkistanın “Uzbekspace Agency” kosmik agentliyi məlumat yayımlayıb. “Bu fürsətdən maksimum yararlanmaq üçün biz Konqres zamanı əvvəlcədən planlaşdırılan görüşlərə açığıq. Biz xüsusilə kosmik təhsil proqramları, CubeSat layihəsi, texnologiya transferi və iqlim, fəlakət risklərinin azaldılması, ərzaq təhlükəsizliyi və su ehtiyatlarının idarə edilməsi mövzuları daxil olmaqla EO tətbiqləri ilə maraqlanırıq”, - deyə “Uzbekspace Agency” kosmik agentliyinin Baş direktoru Şuxrat Kadirov bildirib.xeber100.com

Avqust 20, 2023 11:37

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,14 dollar azalıb

Dünya bazarında Azərbaycan neftinin qiyməti ucuzlaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,14 dollar azalaraq 89,25 dollar olub. Qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb. “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 faizdir.xeber100.com

Avqust 19, 2023 11:46

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatı

Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, avqustun 19-da saat 22:00-dan avqustun 20-də saat 06:00-dək və avqustun 20-də saat 22:00-dan avqustun 21-də saat 06:00-dək Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Bibiheybət məscidindən Lökbatan dairəsinədək olan hissəsində (hər iki istiqamətdə) üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işlərini həyata keçirəcək. Bildirilir ki, işlərin aparılması ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Agentlik sürücülərə iş aparılan ərazilərdə qoyulmuş müvəqqəti nişanların tələblərinə riayət etmələrini tövsiyə edir.xeber100.com

Avqust 19, 2023 11:43

Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib

Avqustun 17-də Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib. Bankdan bildirilib ki, hərracda tələb 41,3 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.xeber100.com

Avqust 17, 2023 2:12

Dövlət Statistika Komitəsinin məlumatına görə…

Cari ilin yanvar-iyul aylarında neft-qaz sektoruna 3 milyard 237,1 milyon manatlıq vəsait yönəldilib. Dövlət Statistika Komitəsindən bildirilib ki, əvvəlki ilin müvafiq dövrünə nisbətən ölkənin neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 15 faiz artıb. Qeyd edək ki, 2022-ci ilin müvafiq dövründə sözügedən göstərici 2 milyard 724,3 milyon səviyyəsində olub.xeber100.com

Avqust 16, 2023 2:16

Mərkəzi Bank USD/AZN rəsmi məzənnəsini açıqlayıb

Azərbaycan Mərkəzi Bankı (AMB) avqustun 17-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən bildirilib ki, bankın avqustun 17-nə USD/AZN rəsmi məzənnəsi 1,7000 səviyyəsində müəyyən olunub.xeber100.com

Avqust 16, 2023 2:12

“9D Technologies”in nümayəndələri “AzInTelecom”da olub

Pakistanın “9D Technologies”in nümayəndələri “AzInTelecom”da olub. Pakistanın İKT sahəsində lideri sayılan bu şirkətin rəsmiləri “AzInTelecom”un rəhbər heyəti ilə görüşüb və qurumun rəqəmsallaşma sahəsində əldə etdiyi uğurları yüksək qiymətləndirib. Bulud xidmətlərini təqdim edən şirkət gələcəkdə Azərbaycanda fəaliyyətə başlamağı planlaşdırır və “AzInTelecom”la əməkdaşlığın onlar üçün vacib rol oynadığını bildirib.xeber100.com

Avqust 15, 2023 2:24

Dövlət Statistika Komitəsinin məlumatına görə…

2023-cü ilin yanvar-iyul aylarında ölkədə 70 milyard 372,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,7 faiz çox ümumi daxili məhsul istehsal olunub. Dövlət Statistika Komitəsindən bildirilib ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,2 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 3,4 faiz artıb. ÜDM istehsalının 42,8 faizi sənaye, 9,4 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 4,9 faizi tikinti, 2,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6 faizi informasiya və rabitə sahələrinin, 17,7 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,2 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 6938,8 manata bərabər olub.xeber100.com

Avqust 14, 2023 12:21
    Page 9 of 380« First«...7891011...203040...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az