19 İyun 2026 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İqtisadiyyat

Dövlət Gömrük Komitəsinin məlumatı əsasında…

Cari ilin 11 ayında dəniz nəqliyyatı ilə ümumilikdə 1,4 milyon tona yaxın yük daşınıb ki, bu yüklərin dəyəri 848,9 milyon ABŞ dolları təşkil edib.Dövlət Gömrük Komitəsindən Azərtac-a verilən məlumata görə, bu dövrdə dəniz nəqliyyatı ilə ixrac olunan 312,8 min ton yükün dəyəri 140,6 milyon dollar təşkil edib. Bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 1 milyon tondan çox, dəyəri isə 708,3 milyon dollar olub.xeber100.com

Dekabr 17, 2019 2:41

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin məlumatına görə…

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sifarişi ilə “Bakı gəmiqayırma zavodu” MMC-də inşasının növbəti mərhələsinin davam etdirilməsi məqsədilə yeni suya salınan “RoPax” tipli “Azərbaycan” bərə-gəmisi gələn ilin mayında istismara veriləcək.Azərtac xəbər verir ki, bu barədə ASCO-nun mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev deyib.O qeyd edib ki, bu gəminin gövdə hissəsinin inşası 100 faiz başa çatıb. Qalan tikinti və quraşdırma işləri gəmiqayırma zavodunun yanalma körpüsündə davam etdiriləcək. Bu məqsədlə gəmi-bərə zavodun tikinti-quraşdırma sahəsindən üzən dok üzərindən hidravlik arabacıqlarla suya salınıb. Unikal “RoPax” tipli gəmi-bərənin uzunluğu 154,50 metr, eni 17,7 metr, sürəti 14 uzelə bərabərdir. Gəmi 56 vaqon-çən, 50 yük maşını və 100 sərnişin daşımaq imkanına malikdir. Heyət sayı 30 nəfərdən ibarət olacaq bu gəminin konsepsiyası Odessa Dəniz Mühəndisliyi Bürosu və ASCO-nun təcrübəli mütəxəssisləri ilə birgə hazırlanıb. “Azərbaycan” bərə gəmisi, eləcə də hazırda inşası davam edən daha 1 ədəd eyni tipli bərə gəmisi “Şərq-Qərb” nəqliyyat dəhlizi üzrə Xəzər üzərindən keçən və artmaqda olan tranzit yüklərin daşınmasına mühüm töhfə verəcək.xeber100.com

Dekabr 16, 2019 2:30

Mərkəzi Bank depozit hərracının nəticələrini açıqlayıb

Mərkəzi Bank vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələrini açıqlayıb.Bankdan Azərtac-a bildirilib ki, dekabrın 16-da Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 745,7 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 5,76 faiz təşkil edib.xeber100.com

Dekabr 16, 2019 2:26

“BUDMA-2020” beynəlxalq inşaat sərgisi keçiriləcək

Gələn il fevralın 4-7-də Polşanın Poznan şəhərində “BUDMA-2020” beynəlxalq inşaat sərgisi keçiriləcək.Azərtac xəbər verir ki, sərgidə Azərbaycan da daxil olmaqla 30-dan çox ölkədən 800-dək şirkətin iştirakı gözlənilir.BUDMA 1978-ci ildən bəri Mərkəzi və Şərqi Avropanın ən iri inşaat sərgisi sayılır. Burada hər il tikinti sahəsinin ən yeni texnologiyaları və nailiyyətləri təqdim olunur. Sərgi tematik salonlara bölünəcək, hər birində uyğun qapı və pəncərə, dam örtükləri, taxta məhsulları, habelə tikinti vasitələrini daşımaq üçün nəzərdə tutulmuş logistika avadanlıqları nümayiş olunacaq.Mütəxəssislər və qonaqlar üçün 100-dən çox təqdimat və seminarın da təşkil olunacağı bildirilir.xeber100.com

Dekabr 14, 2019 7:47

Bakı ilə İranın Məşhəd şəhəri arasında birbaşa aviareyslər başlayacaq

Dekabrın 16-dan Bakı ilə İranın Məşhəd şəhəri arasında birbaşa aviareyslər başlayacaq.Azərtac xəbər verir ki, bu barədən “Mehr” xəbər agentliyi məlumat yayıb. Bildirilir ki, müvafiq razılaşmaya əsasən, Bakı-Məşhəd istiqamətində aviareyləri Azərbaycanın “Buta Airways” şirkəti yerinə yetirəcək.“Buta Airways” şirkətinin təyyarəsi həftədə 2 dəfə Bakı-Məşhəd və əks istiqamətə uçuşlar həyata keçirəcək. Sonrakı mərhələdə reyslərin sayı artırıla bilər.xeber100.com

Dekabr 13, 2019 2:34

“Brent” markalı neftin bir barrelinin qiyməti 0,44 dollar azalıb

Dünya birjalarında neftin qiyməti ucuzlaşır.Azərtac xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,44 dollar geriləyərək 63,90 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,35 dollar ucuzlaşaraq 58,89 dollar təşkil edib.xeber100.com

Dekabr 11, 2019 1:03

İçməli suyun verilməsində məhdudiyyət olacaq

Badamdar qəsəbəsi və 20-ci sahə yaşayış massivinə içməli suyun verilməsində məhdudiyyət olacaq.“Azərsu” ASC-dən Azərtac-a bildirilib ki, Bakı şəhəri Səbail rayonu ərazisində magistral su xəttində yenidənqurma işlərinin aparılması ilə əlaqədar dekabrın 11-də gün ərzində Badamdar qəsəbəsi və 20-ci sahə yaşayış massivinə içməli suyun verilməsində məhdudiyyət olacaq.Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.xeber100.com

Dekabr 11, 2019 1:01

İran ilə Azərbaycan arasında yeni aviareyslər açılacaq

İran ilə Azərbaycan arasında yük və sərnişin daşınması üçün yeni aviareyslər açılacaq.Azərtac xəbər verir ki, bu barədə İranın Əlborz vilayətindəki Payam beynəlxalq hava limanının baş direktoru Nadir Sanai deyib. O bildirib ki, dekabrın 3-də Bakıda səfərdə olarkən Azərbaycanın müvafiq qurumlarının rəhbərləri ilə görüşlər keçirib. Qərara qalınıb ki, Payam beynəlxalq hava limanından Bakıya birbaşa uçuşlar təşkil olunsun.Qeyd edək ki, İran ilə Azərbaycan arasında qarşılıqlı münasibətlərin yüksələn xətlə inkişaf etməsi iqtisadi əlaqələrin də inkişafına təkan verib ki, bu da öz növbəsində yük və sərnişinlərin daşınmasının yeni mərhələyə qədəm qoyması tələbatını yaradıb. Hazırda İranın bu hava limanı Mərkəzi Asiya respublikaları ilə əməkdaşlıq edərək yük və sərnişindaşıma həyata keçirir. İranın Əlborz vilayəti isə Tehranın yaxınlığında yerləşir.xeber100.com

Dekabr 10, 2019 11:34

NYMEX birjasında “Light” markalı neftin qiyməti ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti ucuzlaşır.Azərtac xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,02 dollar geriləyərək 64,24 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,03 dollar ucuzlaşaraq 58,99 dollar təşkil edib.xeber100.com

Dekabr 10, 2019 11:31

2021-ci ilin avqustunda II Xəzər İqtisadi Forumu keçiriləcək

2021-ci ilin avqustunda Həştərxanda II Xəzər İqtisadi Forumu keçiriləcək.Azərtac xəbər verir ki, bu barədə dekabrın 9-da Bakıda keçirilən Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının 18-ci iclasında Rusiyanın İqtisadi İnkişaf naziri, komissiyanın həmsədri Maksim Oreşkin deyib.Nazir foruma hazırlıq işlərinə başlanıldığını qeyd edib.xeber100.com

Dekabr 9, 2019 1:04
    Page 93 of 381« First«...102030...9192939495...100110120...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az