19 İyun 2026 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İqtisadiyyat

“Azərbaycan Hava Yolları” QSC ən punktual aviaşirkət seçilib

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Avropa üzrə 2019-cu ilin ən punktual aviaşirkəti adına layiq görülüb.QSC-dən Azərtac-a bildirilib ki, dünyanın hava səyahətləri üzrə ən böyük məlumat bazası “Official Airline Guide”ın (OAG) hesabatına görə, “Azərbaycan Hava Yolları” bütün planlaşdırılan uçuşların 86,81 faizini vaxtında yerinə yetirərək Avropa aviaşirkətləri arasında birinci yeri tutub.xeber100.com

Yanvar 9, 2020 1:40

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin məlumatı

Sabahdan Bakıdan Cocuq Mərcanlı istiqamətinə ilk marşrut xətti istifadəyə veriləcək.Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən Azərtac-a bildirilib ki, 2 müntəzəm və 4 qeyri-müntəzəm xətt üzrə ümumilikdə 6 avtobus sərnişinlərin xidmətində olacaq. Müntəzəm marşrut xətti üzrə Bakı-Sabirabad-Saatlı-İmişli-Daşburun-Horadiz-Cocuq Mərcanlı, qeyri-müntəzəm xətt üzrə Bakı-Cocuq Mərcanlı trayektoriyası əhatə olunacaq.Aprel döyüşlərində qazanılan qələbədən sonra Cocuq Mərcanlı kəndində təhlükəsiz yaşayışın bərpa edilməsinə, məcburi köçkünlərin öz ata-baba yurdlarına qaytarılmasına əlverişli şərait yarandı. Bu məsələdə dövlət başçısının 2017-ci il yanvarın 24-də imzaladığı “Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası haqqında” Sərəncamı xüsusi əhəmiyyətə malikdir. Bu sərəncama dair tədbirlərin görülməsi çərçivəsində Cocuq Mərcanlı sakinlərinin respublikanın bütün istiqamətlərinə və xüsusilə paytaxt Bakıya rahat gediş-gəlişini təmin etmək məqsədilə yeni marşrut xətlərinin istifadəyə verilməsi davam edəcək.xeber100.com

Yanvar 8, 2020 1:03

“Azeri Light” markalı neftin qiyməti 70,04 dollar təşkil edib

Azərbaycan neftinin qiyməti ucuzlaşır.Azərtac xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,16 dollar geriləyərək 70,04 dollar təşkil edib.Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.xeber100.com

Yanvar 8, 2020 1:00

Mərkəzi Bank depozit hərracının nəticələrini açıqlayıb

Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələrini açıqlayıb.AMB-dan Azərtac-a bildirilib ki, yanvarın 7-də Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 909,1 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 5,76 faiz təşkil edib.xeber100.com

Yanvar 7, 2020 10:58

“Buta Airways”in J2-9103 nömrəli reysi Ankarada eniş etmək qərarı verib

Sabiha Gökçen aeroportunun baş vermiş insident səbəbindən bağlanması ilə əlaqədar “Buta Airways”in J2-9103 nömrəli reysində hava gəmisinin kapitanı Ankaranın hava limanına eniş etmək qərarı verib.Aviaşirkətdən Azərtac-a bildirilib ki, təyyarə yerli vaxtla 10:57-də Esenboğa aeroportunda uğurlu eniş həyata keçirib. Sabiha Gökçen aeroportundan icazə alındıqdan sonra təyyarənin heyətinin İstanbula uçuşa hazırlaşacağı gözlənilir.xeber100.com

Yanvar 7, 2020 10:55

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin məlumatı

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Nəqliyyat Donanmasına məxsus “Naftalan” tankeri əsaslı təmir olunub.QSC-dən Azərtac-a verilən məlumata görə, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmir çərçivəsində tankerin sualtı və suüstü hissələri, göyərtəsi tam təmizlənərək rənglənib. Baş mühərriklər təmir olunub, köməkçi mühərriklər isə yeniləri ilə əvəzlənib.Üzən vasitənin idarəetmə sistemləri sazlanıb. Maşın şöbəsində və boru sistemlərində təmir işləri aparılıb, yeni borular quraşdırılıb, gəmidə elektrik-quraşdırma işləri yerinə yetirilib. Bundan başqa, heyətin yaşayış otaqları, sanitar qovşaqlar və yeməkxanalar yenilənib. Təmirdən sonra tanker dəniz sınağından uğurla keçib və istismara qaytarılıb.“Naftalan” gəmisinin uzunluğu 125,06, eni 16.63 metr, tam yükgötürmə qabiliyyəti 4600 tondur.xeber100.com

Yanvar 3, 2020 7:46

Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə…

Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı öncəsi Bibiheybət yolunda hərəkətin bərpası nəzərdə tutulub.Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Azərtac-a bildirilib ki, hazırda 2 hərəkət zolağı enində yolda hərəkətin bərpası üçün işlər aparılır, yol asfaltlanır. Asfalt-beton örtüyünün döşənməsinin dekabrın 30-da gecə saatlarında yekunlaşdırılması, dekabrın 31-i səhər saatlarında yolda xətlənmə işlərinin aparılması və yol kənarına dəmir-beton təhlükəsizlik sədlərinin quraşdırılması nəzərdə tutulur.Dekabrın 31-i, günün ikinci yarısından isə yolda hərəkətin bərpası planlaşdırılır.Ərazidə gələcəkdə bu kimi hadisələrin baş verməməsi üçün tikinti-bərpa işləri davam etdirilir, svay əsaslı istinad divarları inşa olunur, yeni drenaj və yağış-kanalizasiya sistemi qurulur. İşlərin tam olaraq 2020-ci ilin birinci rübündə yekun vurulması nəzərdə tutulub.© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.xeber100.com

Dekabr 30, 2019 2:15

Bakı Nəqliyyat Agentliyinin məlumatı əsasında…

Paytaxta gətirilməsi nəzərdə tutulan 300 avtobusun 280-i artıq Bakıdadır.Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev Azərtac-a müsahibəsində deyib.O bildirib ki, bu avtobuslar 12 metrlikdir. İyirmi ədəd 18 metrlik avtobuslar isə yanvarın ortalarınadək paytaxtda olacaq.xeber100.com

Dekabr 29, 2019 2:18

Dövlət Statistika Komitəsinin məlumatına görə…

Yanvar-noyabr aylarında nəqliyyatçılar 1 milyard 856,2 milyon nəfərə və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,5 faiz çox sərnişinə xidmət göstərib.Dövlət Statistika Komitəsindən Azərtac-a bildirilib ki, sərnişinlərin 88,1 faizi avtomobil nəqliyyatı, 11,5 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.xeber100.com

Dekabr 27, 2019 1:59

“Azərbaycan Dəmir Yolları” QSC-nin məlumatına görə…

“Azərbaycan Dəmir Yolları” QSC Dünya azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi ilə əlaqədar Bakı-Gəncə istiqamətində əlavə daha bir qatar təyin edib.QSC-nin mətbuat katibliyindən Azərtac-a bildirilib ki, Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan tələbatı təmin etmək məqsədilə dekabrın 30-da Bakıdan saat 8:00-da yola düşəcək qatar saat 11:45-də Gəncəyə çatacaq. Gəncədən isə saat 16:00-da Bakıya yola düşəcək və saat 19:45-də paytaxtda olacaq.xeber100.com

Dekabr 26, 2019 2:25
    Page 91 of 381« First«...102030...8990919293...100110120...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az