05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. İqtisadiyyat

“Azərsu” ASC-nin məlumatı əsasında…

“Azərsu” ASC indiyədək 1045 kənddə modul tipli qurğuların istismarını həyata keçirib.Azərtac xəbər verir ki, bu barədə noyabrın 7-də “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov mətbuat konfransında deyib.Onun sözlərinə görə, regionlarda suyun keyfiyyəti ilə bağlı işlər görülüb, idarələrdə müvafiq laboratoriyalar yaradılıb, avadanlıqlar quraşdırılıb, maşın və mexanizmlə təmin edilib.xeber100.com

Noyabr 7, 2019 2:37

II Beynəlxalq Sənaye Sərgisi “CASPINDEXPO 2019” açılıb

Noyabrın 6-da Bakı İdman Sarayında II Beynəlxalq Sənaye Sərgisi “CASPINDEXPO 2019” açılıb.Azərtac xəbər verir ki, açılış mərasimində İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə sərginin əhəmiyyətindən söz açaraq sərgidə İranın ən tanınmış şirkətlərinin iştirak etdiyini nəzərə çatdırıb.Son illər ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafından danışan səfir bu əməkdaşlıqdan hər iki ölkənin mənfəət götürəcəyinə əminliyini vurğulayıb.Sərgi noyabrın 8-dək davam edəcək.xeber100.com

Noyabr 6, 2019 12:24

Dövlət Neft Fondunun iştirakı ilə hərrac keçirilib

Noyabrın 5-də Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.Bankdan Azərtac-a bildirilib ki, hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.xeber100.com

Noyabr 5, 2019 1:16

“Brent” markalı neftin bir barrelinin qiyməti 0,37 dollar ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti ucuzlaşıb.Azərtac xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,37 dollar ucuzlaşaraq 61,32 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,34 dollar azalaraq 55,86 dollar təşkil edib.xeber100.com

Noyabr 4, 2019 12:44

“Azərbaycan Dəmir Yolları” QSC-nin məlumatına görə…

Qış mövsümünə keçidlə əlaqədar Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarının hərəkət cədvəli dəyişdirilir.“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyindən Azərtac-a bildirilib ki, gündüz vaxtının qısalması səbəbindən və sərnişinlərin müraciətlərini nəzərə alaraq həmin istiqamətdə qatarların qrafiki yenilənib. Noyabrın 12-dən etibarən 702/701 nömrəli Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarı yeni cədvələ uyğun hərəkət edəcək.Qatar Bakıdan saat 08:45-da yola düşəcək, saat 13:00-da Gəncəyə çatacaq. Gəncədən saat 17:00-da yola düşən qatar isə saat 21:15-də Bakıda olacaq.xeber100.com

Noyabr 4, 2019 12:40

“Azərişıq” ASC gücləndirilmiş iş rejiminə keçib

Hazırda respublika ərazisində müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar “Azərişıq” ASC gücləndirilmiş iş rejiminə keçib.Bu barədə Azərtac-a ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.T.Mustafayev deyib ki, yerlərə əlavə texnikalar cəlb edilib: “Küləkli hava şəraiti ilə əlaqədar “Azərişıq” ölkə üzrə gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Belə ki, regionlara, xüsusən də dağlıq və dağətəyi ərazilərə əlavə mal-material, maşın-mexanizmlər cəlb olunub. Bu isə elektrik enerjisinin baş verə biləcək kəsintisi və qəzaların qarşısını ən qısa müddətdə almağa imkan verir”.Qurum rəsmisi abonentlərə müraciət edərək bildirib ki, vətəndaşlar baş verə biləcək hər hansı hadisənin qarşısını almaq üçün Çağrı mərkəzi ilə əlaqə saxlaya bilərlər: “Məlum hava şəraiti hər növ fəsadlara gətirib çıxara bilər. Buna görə də istehlakçılardan xahiş edirik ehtiyatlı olsunlar və elektrik enerjisinin təchizatında yaranan hər hansı problem və yaxud qəza hallarında 24 saat fəaliyyət göstərən 199 saylı Çağrı mərkəzi ilə əlaqə saxlasınlar”.xeber100.com

Noyabr 2, 2019 7:53

“UR Airlines” aviaşirkətinin Ərbildən Bakıya olan reysi ləğv olunub

Noyabrın 1-də həyata keçirilməli olan Ərbil-Bakı-Ərbil aviareysi ləğv edilib.Azərtac Heydər Əliyev Beynəlxalq Aeroportunun onlayn tablosuna istinadla xəbər ki, İraqın “UR Airlines” aviaşirkətinin yerli vaxtla saat 14:00-da Ərbildən Bakıya “UD 701” saylı reysi ləğv olunub. Həmin reys ləğv olunduğundan aviaşirkətin yerli vaxtla 15:00-da Bakıdan Ərbil istiqamətində “UD 702” saylı reysi də ləğv edilib. Aviareyslər “B737-200” təyyarəsi ilə həyata keçirilməli idi.Ərbil-Bakı-Ərbil aviareysinin hansı səbəbdən ləğv olunduğu məlum deyil.xeber100.com

Noyabr 1, 2019 12:59

Ukraynanın “Chumak” JSC şirkəti əməkdaşlıq təklif edir

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) sahibkarlara müraciət edib.AZPROMO-dan Azərtac-a bildirilib ki, Ukraynanın “Chumak” JSC şirkəti Azərbaycanda fəaliyyət göstərən şirkətlərə əməkdaşlıq təklif edir. “Chumak” JSC qida məhsullarının istehsalında ixtisaslaşıb. Şirkət Ukrayna, Şərqi və Mərkəzi Avropa ölkələrində ən böyük pomidor emalçısıdır.Əməkdaşlıqda maraqlı olanlar AZPROMO-ya müraciət edə bilərlər.xeber100.com

Oktyabr 31, 2019 11:28

Dövlət Neft Fondunun iştirakı ilə hərrac keçirilib

Oktyabrın 31-də Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.Bankdan Azərtac-a bildirilib ki, hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.xeber100.com

Oktyabr 31, 2019 11:21

“Light” markalı neftin qiyməti 0,31 dollar ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti ucuzlaşır.Azərtac xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,21 dollar geriləyərək 61,38 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,31 dollar ucuzlaşaraq 55,23 dollar təşkil edib.xeber100.com

Oktyabr 30, 2019 1:41
    Page 95 of 380« First«...102030...9394959697...100110120...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az