YUNESKO-nun ictimaiyyətə müraciəti əsasında…

Oktyabrın 27-də Dünya Audiovizual İrs Günüdür. YUNESKO-nun baş direktoru İrina Bokova bu əlamətdar gün münasibətilə ictimaiyyətə müraciət edib.Azərtac xəbər verir ki, müraciətdə audiovizual irsin qorumasının əhəmiyyətindən danışılır. Bildirilir ki, audiovizual irs görüntünün və səsin sayəsində keçmişlə tanış olub, gələcəyə baxmağa imkan yaradır. Bu irs xatirə və şahidliyi, bilik və ideyaları əyani və hərəkətli formada əhatə edərək müxtəlif nəsillər və cəmiyyətlər arasında, habelə onların öz daxilində qarşılıqlı əlaqənin və dialoqun möhkəmlənməsinə kömək edir. Audiovizual irs həm də cəmiyyətin ümumi tarixinin bir hissəsidir. Buna görə də onu özünəməxsusluğun, innovasiya və yaradıcılığın mənbəyi kimi qorumaq və gələcək nəslə ötürmək lazımdır. Filmlərin, səsli materialların, radio və televiziya proqramların saxlandığı arxivlər çoxsaylı təhlükələrə, o cümlədən səliqəsiz saxlanmaq, texnologiyanın köhnəlməsi və digər təsirlərə məruz qalır. Bu səbəbdən də YUNESKO audiovizual irsi ümumi gücün mənbəyi kimi qorumaq məqsədilə dünya ölkələrinin hökumətləri ilə əməkdaşlıq edir.Müraciətin tam mətnini YUNESKO-nun saytından oxumaq olar.Dünya Audiovizual İrs Günü 2005-ci ildə YUNESKO tərəfindən cəmiyyətdə səsli və audiovizual sənədlərin (filmlər, səs və videoyazıları, radio və televiziya proqramları) qorunmasının əhəmiyyəti barədə məlumatlılığı artırmaq məqsədilə təsis edilib.xeber100.com

Oktyabr 21, 2017 9:20

Azərbaycan xalçalarına həsr edilən videosüjet yayımlanıb

“Euronews” telekanalında Azərbaycan xalçalarına həsr edilən videosüjet yayımlanıb.Azərtac xəbər verir ki, “Azərbaycan. Xalçanın qəlbi” adlı süjetdə ölkəmizdə xalçaçılığın qədim və zəngin tarixindən, bu tətbiqi sənət növünün özəlliklərindən danışılır.Həmçinin süjetdə dünyada ilk xalça muzeyinin 2014-cü ildə məhz Azərbaycanda yaradıldığı, muzeyin orijinal üslubda - xalça formasında olduğu vurğulanır. Bu muzeydə 5 minə yaxın eksponat yer alır. Zallarda isə xalçaların təbii rənglərinə xələl gəlməsin deyə, lazımi hərarət və işıq səviyyəsi həmişə qorunur. Hər bir xalçanın ayrı tarixi var və onu toxuyanın xasiyyəti, əhvalı, ovqatı həmin xalçada əks olunur.Muzeyin tərtibatının çox maraqlı olduğunu deyən müəllif bildirir ki, ziyarətçi sanki tədricən bu sənətin sirlərinin açıldığı, onu yaradan xalqın və daha əvvəlki nəsillərin mənəvi dünyasını özündə birləşdirən başqa bir aləmə düşür. Bu sənəti qadınlar bir nəsildən başqa nəslə ötürüblər. Azərbaycan həmişə xalçaları ilə fəxr edib. Azərbaycan xalçalarının əksini 1915-1916-cı illərdə yaşayıb-yaratmış bir çox avropalı rəssamların işində görmək olar.Əlavə edilir ki, 2010-cu ildə YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilən Azərbaycan xalçaları Ağ Ev, Ermitaj və Vatikanda da qorunub saxlanılır.xeber100.com

Oktyabr 19, 2017 3:01