07 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. Mədəniyyət

Musiqili-əyləncəli konsert proqramı təşkil edilib

Heydər Əliyev Sarayında “Bir ömrə bərabər məktəb illəri” adlı musiqili-əyləncəli konsert proqramı təşkil edilib.Sarayın mətbuat xidmətindən Azərtac-a bildirilib ki, uşaqların marağına səbəb olan konsertdə vətənpərvərlik mövzusunda mahnılar və şeirlər, muğam və aşıq ifaları, milli və müasir rəqslər, rəngarəng çıxışlar və digər sürprizlər təqdim edib.xeber100.com

Oktyabr 9, 2017 2:17

Azərbaycan muğamlarına həsr olunmuş ədəbi-bədii gecə keçirilib

Vyana şəhəri Marqareten rayonunun bələdiyyə binasında Azərbaycan muğamlarına həsr olunmuş ədəbi-bədii gecə keçirilib.Azərtac xəbər verir ki, gecədə musiqiçi Fərəməz Gərmrudinin məruzəsi dinlənilib. Muğamların tarixindən bəhs edən natiq Azərbaycan və İran muğamları arasında oxşar və fərqli cəhətlərdən danışıb. Sözlə musiqinin vəhdətindən, muğamın yaratdığı ecazdan bəhs edib.Muğamın Azərbaycan klassik xalq musiqisinin əsas janrlarından olduğunu söyləyən F.Gərmrudi deyib ki, muğamlar muğam dəstgahları, kiçik həcmli muğamlar, zərbi muğamlar və simfonik muğamlara bölünür. Həmçinin qeyd olunub ki, çağdaş Azərbaycan musiqisində 7 əsas, 3 köməkçi muğam var.Ayrı-ayrı muğamların xüsusiyyətlərindən bəhs edən məruzəçi muğam dəstgahları barədə də iştirakçılara məlumat verib.Sonra Fərəməz Gərmrudi udda muğam ifa edib, Azərbaycan xalq mahnılarını səsləndirib, eləcə də tədbir iştirakçılarının suallarını cavablandırıb.Tədbirin sonunda dünyanın müxtəlif ölkələrində baş verən münaqişələrdə ən böyük zərbəyə məruz qalan şəxslərə - körpə uşaqlara həsr olunmuş videofilm təqdim olunub.xeber100.com

Oktyabr 9, 2017 2:13

Muğam Mərkəzində yaradıcılıq gecəsi keçiriləcək

Oktyabrın 10-da Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə bəstəkar Mobil Babayevin yaradıcılıq gecəsi keçiriləcək.Muğam Mərkəzindən Azərtac-a bildirilib ki, konsertdə ifaçıları Xalq Artisti Ənvər Sadıqovun bədii rəhbərliyi ilə Azərbaycan Televiziyası və Radiosunun “Qaytağı” instrumental ansamblı müşayiət edəcək.xeber100.com

Oktyabr 7, 2017 9:57

7-ci Koreya mədəniyyəti üzrə nitq müsabiqəsi keçirilib

Oktyabrın 7-də Bakı Dövlət Universitetində 7-ci Koreya mədəniyyəti üzrə nitq müsabiqəsi keçirilib.Azərtac xəbər verir ki, tədbirdə BDU-nun rektoru A.Məhərrəmov çıxış edərək bu ali təhsil ocağının beynəlxalq əlaqələrindən və Koreya universitetləri ilə qarşılıqlı layihələrindən danışıb. İki ölkə arasında əlaqələrin böyük tarixə malik olduğunu nəzərə çatdıran rektor bu əlaqələrin davamlı olacağına əminliyini söyləyib.Koreya Respublikasının ölkəmizdəki səfiri Kim Çanq-gyu nitq müsabiqəsi barədə məlumat verərək Koreya dili və ədəbiyyatı ixtisası üzrə təhsil alan tələbələrə dəstək göstəriləcəyini, iki ölkə universitetləri arasında əlaqələrin daha da inkişaf etdiriləcəyini bildirib.xeber100.com

Oktyabr 7, 2017 9:52

“Muğam axşamları” layihəsinin ikinci mərhələsində

Beynəlxalq Muğam Mərkəzində “Muğam axşamları” layihəsinin ikinci mərhələsinin ilk konserti oktyabrın 11-də gerçəkləşəcək.Azərtac xəbər verir ki, konsert “Mahur-hindi” və “Bayatı-kürd” muğamlarına həsr olunacaq.Konsertdə respublikanın tanınmış xanəndələri Xalq Çalğı Alətləri Ansamblının müşayiəti ilə muğamın müxtəlif şöbələrini ifa etməklə yanaşı, bəstəkar mahnıları və təsniflərə də yer verəcəklər.Qeyd edək ki, icrasına cari ilin may ayında “Rast” muğamı ilə start verilmiş möhtəşəm layihənin növbəti konserti noyabrın 1-də “Orta mahur” və “Rahab” muğamlarının səslənməsi ilə davam edəcək.xeber100.com

Oktyabr 6, 2017 2:48

“YARAT” Müasir İncəsənət Mərkəzində sərgi açılıb

“YARAT” Müasir İncəsənət Mərkəzinin “Artım” layihə məkanında “Sıfır” adlı sərgi açılıb.Azərtac xəbər verir ki, “ARTIM LAB” layihə çərçivəsində baş tutan sərgi rəssam Faiq Əhmədin rəhbərliyi altında keçirilən ustad dərslərinin nəticəsidir. Yaradıcılıq prosesində rəssamlar boşluq və bütövlük vəziyyətini əks etdirərək, bu vəziyyətləri dərindən dərk etməyə çalışıblar. Rəssamlar, eyni zamanda, öz fərdiyyətindən uzaqlaşmağa və öz mahiyyətlərinin anlaşılmasına yaxınlaşmağa cəhd göstəriblər.Ustad dərslərinin hər biri öz reallığında olan rəssam və seyrçinin gözləntiləri və münasibətləri çərçivəsində yaradıcılıq prosesini nəzərdən keçirir. Ustad dərsi insanı ekzistensial məsələlərə qaytarır, tədbir iştirakçıları üçün isə istehsal dövriyyəsindən qurtulmaq və onu qısa müddətə dayandırmaq, individualist mədəniyyətin təzyiqindən və incəsənət bazarının diktə etdiyi rəqabətədavamlılıq standartlarından imtina etmək cəhdi idi.“ARTIM LAB” layihəsi çərçivəsində keçirilən bu 24 saatlıq sərgi bir eksperimentdir və sənətkarın ən sadə və eyni zamanda, ən əzəmətli yolla cəmiyyətlə necə vəhdət qurmaq sualına cavab əldə etməkdir.xeber100.com

Oktyabr 6, 2017 2:42

Musiqili Teatrda yubiley tədbiri keçirilib

Musiqili Teatrının aktyoru Boris Qrafkinin 80 illiyi yubileyi münasibətilə tədbir keçirilib.Teatrın mətbuat xidmətindən bildirilib ki, tədbirdə Əməkdar Artisti Svetlana Bulax sənətkarın həyat və yaradıcılığıdan danışıb, aktyorun ifa etdiyi rolların həmişə tamaşaçılar tərəfindən böyük sevgi ilə qarşılandığını vurğulayıb: “Artıq 58-ci mövsümdür ki, Boris Fyodoroviç teatrın səhnəsinə çıxır. Onun 80 yaşı var, bu, hər aktyora nəsib olan xoşbəxtlik deyil. Mən bütün kollektivimiz adından B.Qrafkini yubileyi münasibətilə təbrik edir, ona uzun ömür, can sağlığı, bundan sonra daha da gümrah olmağı arzulayıram”.Sonra Boris Qrafkinin iştirakı ilə macar bəstəkarı İmre Kalmanın məşhur “Silva” operettası təqdim edilib. Əməkdar Artist Boris Lukinskinin quruluşunda izlənilən tamaşada yubilyar əsas rollardan birini - Knyaz Volyapuk obrazını canlandırıb.Səhnə əsəri maraqla qarşılanıb.xeber100.com

Oktyabr 5, 2017 11:27

“Muğam axşamları” layihəsi çərçivəsində

Beynəlxalq Muğam Mərkəzində “Muğam axşamları” layihəsi çərçivəsində konsert proqramları təqdim ediləcək.Muğam Mərkəzindən Azərtac-a bildirilib ki, layihənin ikinci mərhələsi oktyabrın 11-dən dekabrın 27-dək davam edəcək. Bu dəfə konsertlərdə “Mahur-hindi”, “Bayatı-Kürd”, “Orta Mahur”, “Rahab”, “Bayatı-Qacar”, “Şahnaz”, “Qatar”, “Dəşti”, “Mirzə Hüseyn Segahı”, “Xaric Segah” muğamları, habelə “Heyratı”, “Mənsuriyyə”, “Qarabağ şikəstəsi”, “Osmanlı”, “Heydəri”, “Simayi-Şəms”, “Ovşarı”, “Arazbarı” kimi zərb muğamları səslənəcək.Biletləri şəhərin kassalarından və iticket.az saytından eldə etmək olar.Tədbirin informasiya dəstəkçiləri sırasında Azərbaycan Dövlət İnformasiya Agentliyi da yer alır.Qeyd edək ki, layihənin birinci mərhələsində reallaşan konsert proqramlarında yeddi əsas muğam tanınmış xanəndələr tərəfindən səslənib.xeber100.com

Oktyabr 5, 2017 11:23

“YARAT” Müasir İncəsənət Mərkəzinin təqdimatında

“YARAT” Müasir İncəsənət Mərkəzində rejissor Murad Əbiyevin “Dəniz suyu içən it” (The Salty Sea Dog) adlı qısametrajlı bədii filminin təqdimatı olub.Azərtac xəbər verir ki, cari ildə “Nərimanfilm” kinokompaniyasının bazası əsasında ekranlaşdırılan filmin süjet xətti qadın həyatında xəyanət və ağrı üzərində qurulub.Azərbaycan dilində nümayiş edilən film qonaqlar tərəfindən maraqla qarşılanıb.Qeyd edək ki, ekran əsəri “Calcutta İnternational Cul” film festivalında “Qadınlar haqqında film” kateqoriyasında avqust ayının ən yaxşı qısametrajlı filmi seçilib.xeber100.com

Oktyabr 4, 2017 1:41

Avropa rəqsləri üzrə “Dünya çempionatı – 2017” keçiriləcək

Oktyabrın 28-də Rusiyanın Kreml Sarayında Avropa rəqsləri üzrə peşəkarlar arasında “Dünya çempionatı – 2017” keçiriləcək.Azərtac xəbər verir ki, dünya çempionatının təşkilatçısı Rusiyanın Əməkdar İncəsənət Xadimi, Rusiya Rəqs Birliyinin prezidenti, Dünya Rəqs Birliyinin (WDC) fəxri vitse-prezidenti Stanislav Popovdur.Ölkəmizi müsabiqədə Eldar Cəfərov və Anna Sajina təmsil edəcək.Qeyd edək ki, E.Cəfərov və A.Sajina 2005-ci ildən birlikdə rəqs edirlər. Cütlük elə həmin il ölkə çempionatında iştirak edib və qalib olub. Onlar bal rəqsləri, Latın Amerikası və 10 rəqs bölgüsü üzrə üçqat ölkə çempionudurlar. Həmçinin, rəqqaslar 2008-ci ilin sentyabr ayında keçirilmiş “Eurovison” rəqs müsabiqəsində ölkəmizi təmsil ediblər.xeber100.com

Oktyabr 4, 2017 1:37
    Page 106 of 219« First«...102030...104105106107108...120130140...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az