İyunun 3-də Heydər Əliyev Sarayında yüzlərlə unudulmaz və sevilən mahnıların müəllifi, onlarla filmə öz musiqisi ilə ruh verən, bir çox televiziya və teatr tamaşalarını öz musiqiləri ilə insanlara daha da sevdirən görkəmli bəstəkar Emin Sabitoğlunun mahnılarından ibarət konsert proqramı keçiriləcək.Gecədə bəstəkarın “Bakı sabahın xeyir”, “Uzaq yaşıl ada”, “Payız gəldi”, “Bu gecə”, “Şükriyyə”, “Alagözlüm”, “Çiçək yağışı”, “Ayrılma məndən”, “Qəlbimdə qaldın”, “Əlvida”, “Dərələr” və digər sevilən mahnıları səsləndiriləcək.xeber100.com