28 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. Mədəniyyət,Teatr

“Yuğ” Teatrı təqdim edir

İyunun 4-də “Yuğ” Teatrının yaradıcı heyəti yeni tamaşasını – “Metamorfoza” adlı səhnə əsərini təqdim edəcək. Tamaşa yazıçı S.Haqverdiyevanın əsəri əsasında hazırlanıb.Teatrdan Azzərtac-a bildirilib ki, rejissor Günay Səttarın quruluşunda təqdim olunacaq tamaşada aktyorlar Oqtay Mehdiyev, Zümrüd Qasımov və Elgün Həmidov çıxış edəcəklər.Qeyd edək ki, tamaşanın premyerası A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində reallaşacaq.xeber100.com

İyun 3, 2017 1:05

Xalq Teatrları Festivalının final mərasimi təşkil ediləcək

İyunun 12-də Bakıda ikinci Respublika Xalq Teatrları Festivalının final mərasimi təşkil ediləcək.Azərtac xəbər verir ki, Akademik Milli Dram Teatrında gerçəkləşəcək final mərasimində əvvəlcə xalq teatrlarının çıxışlarına münsiflər heyəti tərəfindən baxış keçiriləcək.İyunun 14-də isə Milli Dram Teatrında təşkil ediləcək bağlanış mərasimində festivalın qalibləri və müxtəlif nominasiyalar üzrə təltif olunan teatrlar mükafatlandırılacaq.Eyni zamanda, festival çərçivəsində sənət ocağında “Açıq qapı” günləri də tətbiq ediləcək.xeber100.com

İyun 3, 2017 12:53

Rəssamlar İttifaqında rəsm sərgisi açılacaq

İyunun 5-də Rəssamlar İttifaqının V. Səmədova adına sərgi salonunda Əməkdar Rəssam Rəis Rəsulzadənin sənət əsərlərindən ibarət fərdi rəsm sərgisi açılacaq.Azərtac xəbər verir ki, ekspozisiyada rəssamın peyzaj və portret janrlarında olan əsərləri sərgilənəcək. Doğma vətəninin gözəlliklərini tablolarda əbədiləşdirən R.Rəsulzadənin yağlı boya ilə çəkdiyi “Çinarlar”, “Çaykənd yağışdan sonra”, “Quşçular kəndi”, “Abşeronda”, “Kəpəz və Murovdağ”, “Dəniz kənarında qəsəbə”, “Şəkidə bahar”, “Şahdağ” kimi əsərləri də sərgidə yer alacaq.Sərgi bir həftə davam edəcək.xeber100.com

İyun 3, 2017 12:43

Mahnı Teatrında “Odlar ölkəsi” adlı konsert keçiriləcək

İyunun 7-də Mahnı Teatrında gənc estrada ifaçılarının “Odlar ölkəsi” adlı konserti keçiriləcək.Azərtac xəbər verir ki, konsert “Mədəniyyət” kanalının və “Azərbaycan” radiosunun təşkilatçılığı ilə reallaşacaq.Konsertdə Sərxan Cəfərov, Şövqi Əmrahov, Nigar Xəlili, Tural Xəlilzadə, Şəfiqə Abbasova, Sevinc Cavadova, Səfa Eldar, Fərəh Həsənzadə, İradə Musayeva, Emin İsmayılov, Bəsti Qasımova, Leyla Əmrahova və digərlərinin ifaları dinləniləcək. Gənc müğənniləri Tofiq Əhmədov adına Estrada Simfonik Orkestrinin kiçik heyəti müşayiət edəcək.xeber100.com

İyun 2, 2017 12:52

Milli Konservatoriyada xalq çalğı alətləri orkestrinin konserti olub

Azərbaycan Milli Konservatoriyasında xalq çalğı alətləri orkestrinin konserti olub.Azərtac xəbər verir ki, konsertdə tanınmış bəstəkar, Xalq Artisti Dadaş Dadaşovun əsərləri səsləndirilib.Konservatoriya xorunun da çıxış etdiyi tədbirdə məktəbin tələbələri orkestr ilə birlikdə bəstəkarın mahnılarını ifa ediblər.Orkestrin bədii rəhbəri və dirijoru kimi AMK-nın müəllimi Aysel Bağırova çıxış edib.Sonda Azərbaycan Milli Konservatoriyasında rektoru, Xalq Artisti Siyavuş Kərimi və bəstəkar Dadaş Dadaşov tədbir və ifa olunan musiqilər barədə fikirlərini bölüşüblər.xeber100.com

İyun 2, 2017 12:49

“YARAT” Müasir İncəsənət Mərkəzində sərgi açılacaq

İyunun 7-də “YARAT” Müasir İncəsənət Məkanında Qazaxıstanın tanınmış rəssamlarının əsərlərindən ibarət sərgi açılacaq.“YARAT”dan Azərtac-a bildirilib ki, “Qazaxıstan üzərində günəş və neonlar” sərgisi Erbossın Meldibekov, Baxıt Bubikanova, Qalim Madanov və Zaureş Terekbay, Almagül Menlibayeva, Yelena Vorobyeva, Viktor Vorobyev, Rüstəm Xalfin, Said Atabekov, Mariya Vilkoviski və Rufi Cenrbekova kimi tanınmış rəssamların 1990-cı illərin sonu – 2000-ci illərin əvvəllərinə aid orijinal əsərlərini, habelə yaradıcılığa yeni başlayan Asel Kadırxanova, Nurahmet Nurbol, Suyinbike Süleymanova, Aleksandr Uqay və Qayişa Madanovanın əsərlərini bir araya gətirəcək.Sərginin başlıca məqsədi onilliklər boyunca Qazaxıstanın kollektiv təfəkkürdə canlanan geniş, ucsuz-bucaqsız və əhalisiz coğrafiyasının “ideallaşdırılmış” obrazını dərindən təhlil etməkdir.Sərgi əsasən milli tarixin nəsillərdən-nəsillərə dəyişən yanaşmalarını və problemlərini aşkara çıxarmaqla, bu tarixin postkolonial və kritik baxış bucaqlarını əhatə edən müxtəlif diskurslara ünvanlanır.xeber100.com

İyun 1, 2017 4:13

Musiqili Teatr təqdim edir

İyunun 2-də Musiqili Teatrda “Bremen musiqiçiləri və Pen” musiqili nağıl-tamaşanın premyerası olacaq.Teatrın mətbuat xidmətindən bildirilib ki, yaradıcılıq studiyasında gənclər tərəfindən hazırlanan bu nağıl-tamaşa böyük səhnəyə vəsiqə qazanıb. Uşaqlar üçün nəzərdə tutulan yeni səhnə əsərini Anar Sadıqov Ceyms Barrinin “Piter Pen və Vendi” və Qrimm qardaşlarının məşhur “Bremen musiqiçiləri” nağıllarının süjetləri əsasında səhnələşdirib. Maraqlı hadisələrlə zəngin tamaşanın premyerası bir gündə iki dəfə baş tutacaq. Səhnə əsərində əsas məqsəd dostluğun, ləyaqətin insan həyatında rolunu dinamik və əyləncəli süjet xəttilə balaca tamaşaçılara çatdırmaqdır.xeber100.com  

İyun 1, 2017 4:06

Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş tədbir keçirilib

İyunun 1-də Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş tədbir keçirilib.Azərtac xəbər verir ki, Yazıçılar Birliyinin katibi Fikrət Qoca uşaqların bayramını təbrik edib, onların gələcəyin şair və yazıçıları kimi uğurlara çatmasını arzulayıb.Tədbirdə Azərbaycan uşaq ədəbiyyatının nümayəndələri iştirak edib. Xatırladılıb ki, 2009-cu Azərbaycanda “Uşaq ili” elan olunub.xeber100.com

İyun 1, 2017 4:00

Opera və Balet Teatrı iyun repertuarını təqdim edir

Opera və Balet Teatrının iyun repertuarı maraqlı tamaşalarla zəngindir.Azərtac teatrın iyun repertuarını təqdim edir: 7 iyun - Üzeyir Hacıbəyli “Əsli və Kərəm” (ikipərdəli opera) 10 iyun - Jorj Bize “Karmen” (dördpərdəli opera) 11 iyun - Lüdviq Minku “Paxita” (balet), Frederik Şopen “Şopeniana” (balet) 14 iyun - Rudjero Leonkovallo “Payatsı” (ikipərdəli opera) 17 iyun - Qara Qarayev “Yeddi Gözəl” (ikipərdəli balet) 18 iyun - Cüzeppe Verdi “Taraviata” (dördpərdəli opera) 24 iyun - “Qala-balet” (Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı balet truppasının solistlərinin iştirakı ilə).xeber100.com

May 31, 2017 11:32

Mahnı Teatrında konsert təşkil olunacaq

İyunun 9-da R.Behbudov adına Mahnı Teatrında görkəmli müğənni Rəşid Behbudovun xatirəsinə həsr olunmuş konsert təşkil olunacaq.Bu haqda Azərtac-a teatrın direktor müavini İlqar Musayev məlumat verib.Direktor müavini əlavə edib ki, bundan başqa iyunun 15-də teatrın sənətkarın adını daşıyan instrumental ansamblı maraqlı konsert proqramı ilə çıxış edəcək. 15 iyun- Qurtuluş Gününə həsr olunacaq konsertdə bir sıra xalq və bəstəkar mahnıları səsləndiriləcək.xeber100.com

May 31, 2017 11:27
    Page 125 of 219« First«...102030...123124125126127...130140150...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az