28 İyul 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. Mədəniyyət

Azərbaycan Mədəniyyət Günləri keçiriləcək

Mədəniyyət və Turizm Nazirliyi və İran İslam Respublikasının Bakıdakı səfirliyinin Mədəniyyət Mərkəzi arasında əldə olunmuş razılığa əsasən iyulun 3-dən 9-dək İran İslam Respublikasında Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsi planlaşdırılır.Nazirlikdən Azərtac-a bildirilib ki, Mədəniyyət Günləri çərçivəsində Tehran, İsfahan şəhərlərində musiqi və teatr kollektivlərinin iştirakı ilə konsertlər, teatr tamaşası, kino nümayişi, foto, turizm, milli mətbəx nümunələrinin təqdimatı ilə yanaşı, miniatür kitab sərgiləri də təşkil ediləcək.Mədəniyyət Günləri iki ölkə arasında qarşılıqlı mədəni əməkdaşlığın inkişafı, xalqların bir-birini daha yaxından tanıması, Azərbaycan mədəniyyəti və incəsənətinin, turizm potensialının təbliği, eyni zamanda ölkəmizin beynəlxalq aləmdəki müsbət imicinin daha da yüksəlməsi məqsədilə təşkil olunur.xeber100.com    

İyun 30, 2017 12:57

“TENGRI Music 2017” Klassik Musiqi Festivalı keçirilib

Qırğızıstanın paytaxtı Bişkekdə III “TENGRI Music 2017” Beynəlxalq Klassik Musiqi Festivalı keçirilib. Tədbir “Prima” İctimai Fondu, Qırğızıstanın Prezident Aparatı, Mədəniyyət, İnformasiya və Turizm Nazirliyi və Bişkek şəhər meriyası tərəfindən təşkil olunub. Festivalda ABŞ, Avstriya, Rusiya, Yunanıstan, Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstanın tanınmış musiqiçiləri iştirak ediblər.Tamaşaçıların sayı Qırğızıstanda keçirilən musiqi layihələri sırasında rekord kimi qeydə alınıb.xeber100.com

İyun 30, 2017 12:23

39-cu Beynəlxalq Moskva Film Festivalına yekun vurulub

Rusiyada gerçəkləşən 39-cu Beynəlxalq Moskva Film Festivalına yekun vurulub.Anadolu agentliyinin məlumatına görə, festivalda “Ən yaxşı film” mükafatı Çin kinematoqrafiyasının istehsalı olan “Təpəli güzgü” filminə, “Xüsusi jüri” mükafatı isə Rusiya kinematoqrafiyasının istehsalı sayılan “The Bottomless Bag” filminə verilib.Türkiyə istehsalı “Sarı isti” filminin rejissoru Fikrət Reyhan isə “Ən yaxşı rejissor” mükafatına layiq görülüb.Qeyd edək ki, festivalın gedişini Moskvada yaşayan həmyerlilərimiz də izləyib.xeber100.com

İyun 30, 2017 12:19

“YARAT” Müasir İncəsənət Mərkəzi təqdim edir

İyulun 1-də “YARAT” Müasir İncəsənət Mərkəzində Musiqi Bayramı təşkil olunacaq. Bu musiqi bayramı dünyanın 120 ölkəsində, eləcədə 30 ildir Fransada ənənəvi olaraq qeyd edilir.Azərtac xəbər verir ki, peşəkar və professional musiqiçilərin, musiqisevər publikanın küçələrə axışdığı, şən və bayram ab-havasında keçirilən bu Musiqi Bayramı təmənnasız olaraq hər kəs üçün, eləcə də ifa olunma tərzindən asılı olmayaraq bütün musiqi janrlarına açıqdır.Qeyd edək ki, həmin gün Azərbaycandakı Fransız İnstitutu, Fransanın ölkəmizdəki səfirliyi, “YARAT” Müasir İncəsənət Mərkəzi, Paris Bistro, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Hard Rock Cafe və Milli Turizm Təbliğat Bürosunun tərəfdaşlığı ilə Bakının müxtəlif yerlərində musiqi tədbirləri təşkil olunacaq.xeber100.com

İyun 29, 2017 11:48

“İpək Yolu” VIII Beynəlxalq Musiqi Festivalı başlayıb

İyunun 27-də Azərbaycanın qədim sənət və mədəniyyət mərkəzlərindən olan Şəkidə növbəti musiqi bayramı – Şəki “İpək Yolu” VIII Beynəlxalq Musiqi Festivalı başlayıb.Azərtac xəbər verir ki, festivalda Türkiyə, Yaponiya, Polşa, Macarıstan, İran və Gürcüstandan gəlmiş rəqs və musiqi qrupları, ifaçılar, həmçinin Azərbaycanın tanınmış musiqi kollektivləri iştirak edirlər.Bu dəqiqələrdə “Marxal” müalicə-istirahət kompleksinin Yay Teatrında təşkilatçı qurumların rəsmilərinin, şəhər ictimaiyyətinin nümayəndələrinin və musiqisevərlərin iştirakı ilə festivalın təntənəli açılış mərasimi keçirilir.xeber100.com

İyun 28, 2017 1:17

“Astana EXPO-2017” beynəlxalq sərgi çərçivəsində…

Astanada “Oxuyan dünyada - oxuyan millət” adlı beynəlxalq simpozium keçirilir.“Astana EXPO-2017” beynəlxalq sərgi çərçivəsində keçirilən simpoziumda “Mədəniyyət və cəmiyyət: mütaliə, bilik proseslərinin innovasiya və transformasiyası”, “Kitabxana müasir rəqəmsal texnologiya və mədəniyyətlərarası kommunikasiya kontekstində”, “Uşaq ədəbiyyatı və müasir təhsil: tendensiyalar və perspektivlər”, “Kitabxana və muzeylər: sosial mədəni mühitdə rolu və funksiyaları”, “Millətin mədəni irsinin yazılı abidələri” mövzuları üzrə çıxışlar və müzakirələr aparılacaq.Beynəlxalq tədbir çərçivəsində TÜRKSOY-un təqdim etdiyi “Türk dünyasının rəngləri” adlı fotosərgi də nümayiş olunur.İki gün davam edəcək simpozium çərçivəsində türkdilli dövlətlərin milli kitabxana direktorlarının V Beynəlxalq konfransı keçiriləcək.xeber100.com

İyun 27, 2017 2:18

“Art Tower” qalereyasında rəsm sərgisi açılacaq

İyunun 30-da Bakıdakı “Art Tower” qalereyasında tanınmış amerikalı gənc rəssam Mətyu Sekutanın fərdi rəsm sərgisi açılacaq. Sərgi Mədəniyyət və Turizm Nazirliyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi, “Arts Concil Azerbaijan” QHT-sinin təşkilatçılığı ilə keçiriləcək. Bu barədə Azərtac-a “Arts Concil Azerbaijan” təşkilatının rəhbəri Dadaş Məmmədov məlumat verib.Ekspozisiyada ABŞ və Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlığa dair əsərlər yer alacaq.Sərgi iyulun 10-dək davam edəcək.Qeyd edək ki, Mətyu Sekuta ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanın oğludur.xeber100.com

İyun 27, 2017 2:13

“Baku – Soul of Art” beynəlxalq rəqs və sənət festivalı keçiriləcək

İyulun 13-dən 16-dək Azərbaycan Gənclər İttifaqı və Rəqs Assosiasiyası paytaxtımızda “Baku - Soul of Art” beynəlxalq rəqs və sənət festivalını keçirəcək.Azərtac xəbər verir ki, bu barədə məlumat Azərbaycan Rəqs Assosiasiyasının “facebook” səhifəsində yer alıb.Dörd gün davam edəcək festival rəqsin milli və müasir istiqamətlərini, habelə Bakının ən gözəl yerlərinə ekskursiyaları əhatə edəcək. Festivalın sonuncu gününün tədbirləri Dənizkənarı Milli Parkda keçiriləcək.Festival çərçivəsində uşaqları və böyükləri maraqlı əyləncə proqramları da gözləyir.xeber100.com

İyun 26, 2017 4:20

Beynəlxalq Türk Xalqları Mədəniyyəti Konqresi keçiriləcək

Türkiyənin paytaxtı Ankarada doqquzuncu Beynəlxalq Türk Xalqları Mədəniyyəti Konqresi keçiriləcək.Anadolu agentliyinin məlumatına görə, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü əsasında gerçəkləşəcək beynəlxalq tədbirdə iştirak edən 14 ölkə arasında ölkəmizin də adı var.Konqresdə iştirak etmək istəyən dövlətlər türk və ya ingilis dilində 250- 500 sözdən ibarət bəyanat xülasələri ilə aragem.kultur.gov.tr elektron ünvanına müraciət etməlidirlər.Noyabr ayına planlaşdırılan qurultay çərçivəsində 42 iclasın keçiriləcəyi və 180 bəyannamənin qəbulu nəzərdə tutulur.Qeyd edək ki, 1975-ci ildən ənənəvi olaraq təşkil edilən qurultay beş ildən bir keçirilir. Qurultayın son iclası 2011-ci ildə İzmirdə reallaşıb.xeber100.com

İyun 23, 2017 1:43

Musiqi Akademiyasında məzun günü qeyd olunub

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) təntənəli məzun günü qeyd olunub. BMA-dan Azərtac-a bildirilib ki, tədbirdə təhsil nazirinin müavini F.Qurbanov, BMA-nın tələbə, müəllim heyəti və ictimaiyyət nümayəndələri iştirak edib.Tədbirdə BMA-nın rektoru F.Bədəlbəyli çıxış edərək gənclərə rəhbəri olduğu ali təhsil ocağının yaşatdığı ənənələrə daim sadiq olmağı tövsiyə edib.Təhsil nazirinin müavini F.Qurbanov gənc məzunları təbrik edərək, onlara gələcək həyatlarında uğurlar arzulayıb.xeber100.com

İyun 23, 2017 1:39
    Page 122 of 220« First«...102030...120121122123124...130140150...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az